Abstrakt
Tədqiqatın məqsədi yoğun bağırsaq qanqlionlarının neyronları arasında sinsitial əlaqələrin mövcudluğunu müəyyən etmək idi. Tədqiqat materialına insanın uşaqlıqdankənar inkişaf dövrünün müxtəlif yaş mərhələlərində olan, hər iki cinsə mənsub 61 meyitdən götürülmüş yoğun bağırsaq hissələri, həmçinin bu orqanda aparılan cərrahi müdaxilələr nəticəsində əldə edilmiş 64 rezeksiya və biopsiya nümunəsi daxil edilmişdir. Nümunələr yoğun bağırsağın proksimal, orta və distal hissələrindən götürülmüşdür. Əldə edilən material 10%-li neytral formalin və ya Karnua (Carnoy) məhlulunda fiksasiya edilmişdir. Fiksasiya olunmuş nümunələr 96%-li spirtlə işlənmiş və daha sonra parafinə yerləşdirilmişdir. Bu nümunələrdən qalınlığı 5–7 mkm olan kəsiklər hazırlanmışdır. Hazırlanmış preparatlar hematoksilin və eozin, metilen mavisi, Van Gizon (Van Gieson) üsulları, gümüş duzları ilə emprenyasiya (Ranvier-Goyer və Bielschowsky-Gross üsulları), eləcə də arqirofil strukturların seçici aşkar edilməsinə yönəlmiş universal emprenyasiya üsulu ilə boyanmışdır. Neyronlar arasındakı əlaqələrin iki yolla formalaşa biləcəyini müəyyən etdik. Birinci halda, əlaqə təmas zonasında lif uclarının birləşməsi nəticəsində yaranır. İkinci halda isə, qonşu sinir hüceyrələrinin çıxıntılarının bir-biri ilə birləşməsi nəticəsində sinsitial sitoplazmatik əlaqələr formalaşır. Yoğun bağırsağın bütün hissələrində "cütləşmiş proksimal sinsitial birləşmələr" adlanan qalın neyronlararası körpülərə rast gəlinir. Biz, bir-birinə yaxın yerləşən neyronların böyük bir ikinüvəli hüceyrəyə çevrilməsi prosesini müşahidə etdik. Bəzi hallarda neyron membranlarında 3 və ya daha çox sinsitial əlaqəyə rast gəlinir. Əldə edilən məlumatlar patofizioloqlar üçün mədə-bağırsaq sisteminin çoxsaylı patologiyalarının patogenezini daha dərindən anlamağa, qastroenteroloqlar üçün isə bu orqanla əlaqəli müxtəlif xəstəlik formalarının müalicə keyfiyyətini təkmilləşdirməyə kömək edə bilər.
Əsas mətn
Giriş. Sinapsların elektron mikroskopun köməyi ilə kəşfini neyron doktrinasının qələbəsinin mütləq sübutu kimi qimətləndirmək olmaz. Belə ki, sinapsların mövcudluğu neyronlararası sinsitial əlaqələrin mövcud olmasını inkar etmir. Hal-hazırda neyronistlərin və retikulositlərin diskussiyasında əks nəzəriyyənin qarşılıqlı olaraq qəti şəkildə rədd edilməsi prinsipial məsələdir. Sinir sisteminin təşkili prinsipi kimi neyron çıxıntılarının ümumi sinsitial sitoplazmatik əlaqəsinin retikulyar nəzəriyyəsi barədə hələ German Joseph von Gerlach məlumatlı idi. Retikulyar nəzəriyyə neyronların diskret tək deyil, qrup şəklində fəaliyyətini nəzərdə tutur ki, bu da indiki dövrdə daha real görünür. Neyromorfoloji ədəbiyyatda sinir sistemində əlaqələrin öyrənilməsi əsasən kimyəvi və elektrik sinapslarının tədqiqi ilə məhdudlaşır. Sinsitial əlaqələrin olması isə sinir nəzəriyyəsi tərəfindən qəbul edilmir. Bununla belə, sinir sistemindəki sitoplazmatik əlaqələrin öyrənilməsi son dərəcə vacibdir, çünki sinsitial əlaqələr sıfır müqavimətə malik sinir impulsunun keçiricisidir. O, sinaptik gecikmə olmadan, hər iki istiqamətdə qıcığı keçirir və sərbəst membran keçiriciliyinə malik olur. Kompyuter metodlarından istifadə edərək iki və çoxhüceyrəli sinsitial əlaqələr aşkar edilmişdir ki, bu da retikulyar konsepsiyanın reallığının birbaşa sübutudur. Qeyd edilənləri nəzərə alaraq sinsitial əlaqələrin ümumilikdə reallığını sübut et-mək üçün yoğun bağırsağın sinir kələfi qanqlionlarının neyrositlər arasında sinsi-tial əlaqələrin mümkünlüyünü araşdırmağı zəruri hesab etdik. Tədqiqatın məqsədi yoğun bağırsağın sinir kələfli qanqlionlarında neyrositlər arasında sinsitial əlaqələrin mövcudlu-ğunun müəyyən edilməsi olmuşdur.
Tədqiqatın material və metodları. Tədqiqatın materialını insanın bətnxarici inkişafının müxtəlif yaş dövrlərinə və hər iki cinsə aid 61 meyitdən götürülmüş yoğun bağırsağın müxtəlif hissələri, həmin orqanın üzərində aparılan cərrahi müdaxilələr nəticəsində əldə olunmuş 64 ədəd rezeksiya və biopsiya materialı təşkil etmişdir. Meyit materialı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” publik hüquqi şəxsin və Azərbay-can Tibb Universitetinin İnsan anatomiyası və tibbi terminologiya kafedrasının meyitxanalarından, cərrahi müdaxilələr nəticəsində əldə olunmuş rezeksiya və biopsiya materialları isə Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasından toplanışdır. Materialların götürüldüyü andan preparatın hazırlanmasına qədər müddət 1-3 saatdan çox olmamışdır. Həm meyit, həm də rezeksiya və biopsiya materialları Azərbaycan Tibb Uni-versitetinin Elmi-Tədqiqat Mərkəzində tədqiq olunmuşdur. Yoğun bağırsağın sinir törəmə-lərini öyrənmək üçün insan meyitləri makro-mikroskopik metodla təşrih edildikdən sonra bu orqanın proksi-mal, orta və distal üçdə bir hissələrindən parçalar kəsilmişdir. Əldə olun-muş material 10% neytral formalində və ya Karnua mayesində fiksə edilmişdir. Fiksə edil-miş parçalar 960-li spirtdə emal edildikdən sonra parafinə salınmışdır. Bu parçalardan 5mkm qalınlığında kəsiklər hazırlanmışdır. Hazırlanmış parçalar hematoksilineozinlə, metilen abısı ilə, Van Gizon metodları ilə boyadılmışdır.
Bundan başqa tədqiqatda gümüş duzları ilə impreqnasiya, (Ranvye-Qoyer və Bilşovski -Qross metodları), argirofil strukturların elektiv aşkarlanmasının universal impreqnasiya metodlarından istifadə edilmişdir. Preparatların öyrənilməsi video sis-temi olan «1_еюа-ЭМ 1000» mikroskopu vasitəsi ilə həyata keçirilmişdir. Tədqiqatın nəticələri və onların müzakirəsi. Tərəfimizdən müəyyən edimişdir ki, saysız-hesabsız neyrit şaxələri neyronların struktur təşkilinin mürəkkəbliyini və digər argentofil qarışıqları gizlədir. Fikrimizcə bu hal sinir strukturlarının maskalanmasına gətirib çıxarır və neyronistlərlə retikulyar nəzəriyyənin tərəfdarları arasında mübahisələrə səbəb olur. Buna görə də onların impreqnasiya mənzərəsini sadələşdirmək, əsas sinir kötüyünü gizlədən nazik "hörümçək torlarının" əksəriyyətini görünməz edərək, lif və neyron çaşqınlığını üzə çıxartmaq zəruridir. Bunun üçün kompüter texnikasının köməyi ilə ilk növbədə təsvirin kontrastını kəskin şəkildə artırmaq lazımdır. Daha sonra durulducu Dodge alətindən istifadə edərək, bir-biri ilə təmasda olmayan neyritlərin görüntüsünü zəiflətmək lazımdır. Belə olduqda neyronların cismi və birbiri ilə təmasda olan yalnız iri kon-trastlı argentofil strukturlar qalır. Bunlar əsasən sinir körpüləri və sinsitial təmas-lardır.
Tərəfimizdən müəyyən edimişdir ki, neyronlar arasında əlaqələr iki yolla əmələ gələ bilər. Birincisi, təmas sahəsində liflərin uclarının birləşməsi nəticəsində yaranan əlaqə. Bu halda filamentli iki hüceyrə üçün ümumi olan sitoplazmatik əlaqənin əmələ gəldiyi görünür. İkinci tip sinsitial sitoplazmatik əlaqələr qonşu sinir hüceyrələrinin çıxıntılarının yanyana birləşməsi nəticəsində yaranır. Belə hüceyrələrarası əlaqələr müxtəlif uzunluğa malik ola bilər. Bu, onların hərəkətliliyi ilə bağlıdır. Bir-ləşən çıxıntıların retraksiyası və onların qonşu neyronların cisimlərinə qabarması nəticəsində birləşmələrin uzunluğu daim qısalır. Yoğun bağırsağın bütün şöbələrində qoşalaşmış yaxın sinsitial əlaqələr adlandırılan birləşdirici qalın neyronlararası kör-pülər rast gəlinir. Onlar çox vaxt aydın görünürlər enli, qısa və ya nazik-uzun olurlar. Tərəfimizdən bir-birinə yaxın neyronların böyük bir ikinüvəli hüceyrəyə çevrilməsi müşahidə edilmişdir. Təmasların retraksiyası əlaqədə olan hüceyrələrin yaxın-laşmasına, tədricən birləşməsinə və beləliklə də bir ikinüvəli neyronun – dikarionun əmələ gəlməsinə səbəb olur. Belə dikarionlara yoğun bağırsağın preparatlarında çox müşahidələrdə rast gəlin-mişdir. Onların sinsitial əlaqələri uzana və uzaq sinir hüceyrələrinə çata bilir. Eyni zamanda sinsitial anastomozların diametri azalır və onlarda əlavə şaxələr görünür. Kəskin genişlənmiş qısa sinsitial birləşmələr və hətta sinir kələfindəki neyron cisimləri bir-biri ilə təmasda ola bilir. Bəzi hallarda kələf neyronlarında 3 və ya daha çox sinsitial əlaqə müşahidə edilir.
Sinsitial əlaqələr pişiklərin vegetativ qanqlionlarında, dovşanların dənizatıyanı qırışığında və beyin qabığında öyrənilmişdir.
Yekun. Tədqiqat nəticəsində yoğun bağırsaq qanqlionlarında neyronlararası tipik sitoplazmatik sinsitilər aşkar edilmişdir. Tərəfimizdən neyronların arasında üç və ya daha çox sinsitial əlaqələr müşahidə edilmişdir. Tədqiqatda iki neyronun bir-birinə birləşməsi nəticəsində bir iri həcmli ikinüvəli hüceyrənin yaranması faktı sübut edilmişdir. Belə hüceyrələr yoğun bağırsağın müxtəlif hissələrində müşahidə edilmişdir. Əldə edilən dəlillər mədə bağırsaq sistemi orqanlarının çoxsaylı patologiyalarının patogenezini optimallaşdırmaq üçün patofizioloqlara, bu orqanın müxtəlif nozoloji formalarının müalicəsinin keyfiyyətini yaxşılaşdırmaq üçün qastroenteroloqlar üçün faydalı ola bilər.
Şəkillər
Açar sözlər
İstinadlar
1. Mazzarello, P. Net without nodes and vice versa, the paradoxical Golgi-Kajal story: a reconciliation? // Brain Research Bulletin – 2007. Jan;71(4), – р. 344–346.
2. Kajal R. Neuron theory or reticular theory? Objective evidence of the anatomical unity of nerve cells / R.Kajal. – Madrid: Inst. «Ramon y Kajal», – 1954. – 144 s.
3. Rovenska, E, Rovensky, J. Structure and function of lymphatic capillaries in synovial joint // Journal of Czech Physicians. – 2012. 151(11), – p. 520-522.
4. Jabeen, S., Thirumalai, V. The interplay between electrical and chemical synaptogenesis // J Neurophysiology, – 2018. Oct;120(4), – p. 1914-1922.
5. Pereda, A. Electrical synapses and their functional interactions with chemical synapses // Nature Reviews Neuroscience. – 2014. Apr;15(4), – p. 250-263.
6. Şadlinski, V.B., Hüseynova. G.A. Periferik sinirlərin anatomiyası / V.B.Şadlinski, G.A.Hüseynova. – Bakı: Müəllim, – 2008. – 177 s.
7. Абдуллаев, А.С. Холинергическая и норадренергическая иннервация губных желез крыс // ‒ Кутаиси: Кутаисский медицинский журнал, ‒ 1998. №1, ‒ с.10-11
8. Сотников, О.С. Объединенная нейронноретикулярная теория / О.С.Сотников, // – Санкт-Петербург: Наука, – 2019. – 239 с.
9. Коржевский, Д.Э. Основы гистологической техники / Д.Э.Коржевский – СанктПетербург: Спец.Лит, – 2010. – 95 c.
10.Даценко, А.В., Казьмин, В.И. Импрегнация микроглиоцитов солью серебра на гистологических срезах гиппокампа кроликов // – Саратов: Саратовский научно-медицинский журнал. – 2016. №4, – с. 692-695\
11.Марков, И.И. Универсальный метод элективного выявления аргирофильных структур / И.И.Марков, Е.С.Петров, В.И.Маркова // Морфологические ведомости. – Самара: – 2016. № 1. – с. 114 – 117
12.Сотников, О.С. Экспериментальное моделирование и обсуждение синцитиальных связей в нервной системе / О.С.Сотников, Х.М.Парамонова , А.А.Лактиононва [и др.] // – Санкт-Петербург: Морфология, – 2010. №6, – с.15-20
13.Gershon, M., Margolis, K. The gut, its microbiome, and the brain: connections and communications // Journal of Clinical Investigation. – 2021. Sep;131(18), – p. e143768.
14.Archakova, L. Syncytial cytoplasmic anastomoses between neurites in caudal mesenteric qanqlion cells in adult cats / L.Archakova, O.Sotnikov, S.Novakovskaya [et al.] // Neuroscience and Behavioral Physiology, – 2010. 40(4), – р. 447 – 450.
Məqalə barədə təfərrüatlar:
Nəşr tarixçəsi
Dərc edilib: 15.Jan.2025
Müəllif hüququ
© 2022-2026. Nəzəri, Klinik və Eksperimental Morfologiya Jurnalı. Jurnalın elektron versiyası "Uptodate in Medicine" tibb nəşriyyatı tərəfindən dərc olunur. Bütün hüquqlar qorunur.Əlaqəli məqalələr
QARACİYƏRİN İŞEMİK-REPERFUZİON ZƏDƏLƏNMƏSİ ZAMANI TROMBOSİTLƏRDƏ SİTOKİMYƏVİ DƏYİŞİKLİKLƏR
Baxılıb: 18


