Abstrakt
Tədqiqatda işemiyanın müddətindən asılı olaraq trombositlərin sitokimyəvi statusunda baş verən dəyişikliklər öyrənilmişdir. İş, qaraciyərin işemiya-reperfüziya zədələnməsi (İRZ) modeli fonunda, üç qrupa bölünmüş 70 qeyri-xətti siçovul üzərində aparılmışdır: I qrup – nəzarət (intakt vəziyyət), II qrup – 5 dəqiqəlik işemiya, III qrup – 15 dəqiqəlik işemiya. Trombositlərdəki dəyişiklikləri qiymətləndirmək məqsədilə, qaraciyərin İRZ-sindən sonrakı 5-ci, 10-cu və 15-ci günlərdə götürülmüş qan yaxmaları hazırlanmışdır. Sitokimyəvi üsullarla trombositlərdə suksinat dehidrogenaza (SDH), nikotinamid-adenin-dinukleotid-fosfat oksidaza (NADFH-oksidaza), mieloperoksidaza (MPO), turş fosfataza (Turş F), qələvi fosfataza (Qələvi F), qlikogen (QL) və fosfolipidlərin (FL) miqdarı təyin edilmişdir. Əldə edilən nəticələr göstərir ki, qaraciyərin İRZ-sindən sonra trombositlərin funksiyasında ciddi dəyişikliklər baş verir: SDH, NADFH-oksidaza və Turş F-in aktivliyindəki dəyişikliklərlə yanaşı, hüceyrə strukturunun formalaşmasında mühüm rol oynayan FL və QL-in sitokimyəvi göstəricilərində də əhəmiyyətli dəyişikliklər müşahidə olunur. Bu dəyişikliklər eyni istiqamətli xarakter daşıyır və onların intensivliyi işemiyanın müddətindən asılı olaraq dəyişir. Qaraciyər İRZ-si zamanı trombositlərin sitokimyəvi parametrlərində ən ciddi dəyişikliklər uzunmüddətli işemiya fonunda baş verir və bunlar qaraciyər İRZ-sinin diaqnostikası üçün informativ meyarlar hesab olunur. Həmçinin, qaraciyər işemiya-reperfüziya sindromunun müalicə planına qeyd olunan fermentlərin səviyyəsini normallaşdıran preparatların daxil edilməsi üçün nəzəri əsaslar mövcuddur.
Əsas mətn
Giriş. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, planetin yaşlı əhalisinin üçdə biri qaraciyərin bu və ya digər xəstəliyindən əziyyət çəkir. Hazırda qaraciyərin ağır zədələnmələrinin, müxtəlif etiologiyalı diffuz xəstəliklərinin radikal müalicəsində dünya təcrübəsində transplantasiya, həmçinin qaraçıyərin hissəvi rezeksiyası geniş istifadə olunur. Lakin qaraciyərin köçürülməsi yeni texnologiyalar əsasında həyata keçirilən mütərəqqi müalicə vasitəsi olsa da, bir sıra fəsadlarla müşayət olunur. Bu fəsadlar içərisində qaraciyərin işemik-reperfuzion zədələnməsi (İRZ) daha çox əhəmiyyət kəsb edir, cünki qaraciyərin köçürülən hissəsində donordan götürüldükdən sonra işemiya baş verir, bir sıra toksik metabolitlər əmələ gəlir və əməliyyatdan sonra inkişaf edən qaraciyərin İRZsi qaraciyər çatışmazlığına səbəb olur. Müəyyən edilib ki qaraciyərin İRZ zamanı mikrosirkulyator, struktur və metabolik dəyişikliklər, apoptoz prosesin sürətlənməsi və hepatositlərin nekrozu nəticəsində orqanın çoxsaylı funksiyaları pozulur və qaraciyər çatışmazlığı baş verir, lakin bu zaman qanın formalı elementlərində baş vermiş dəyişikliklər araşdırılmamışdır. İşin məqsədi qaraciyərin IRZ zamanı trombositlərin sitokimyəvi statusunda baş verən dəyişikliklərin öyrənilməsindən ibarət olmuşdu.
Tədqiqat;n material və metodları. Tədqiqat işi çəkisi 180-200 qram olan 70 baş cinsi xətti bəlli olmayan siçovul üzərində üc qrupda hərəsində on heyvan olmaqla aparılmışdır. Bütün təcrü-bələr “Təcrübi və elmi məqsədlər üçün istifadə edilən onurğalı heyvanların mühafizəsi haq-qında Avropa Konvensiyası” (Strasburq, 18 mart 1986-cı il) müəyyən edilmiş tövsiyələrə uyğun olaraq həyata keçirilmişdir. I-ci qrupu (kontrol qrupu) intakt vəziyyətdə olan heyvanlar təşkil etmişdir. Qaraciyərin İRZ modeli üc epapda həyata kecirilmişdır. Öncə qaraciyərdə işemiya – hipoksik hepatit (HH) modeli vasitəsilə yaradılmışdır. Bunun üçün kəskin massiv qanitirmə üsulundan istifadə olunmuşdur: narkoz vəziyyətində olan təcrübə heyvanlarının ürəyinin punksiyası (4-5-ci qabırğa arasında sol parasternal xətt üzrə olan yerdə) vasitəsilə 4- 4,5 ml qan götürülür. 24 saat sonra yenidən narkoz altında siçovulların qarın boşluğu orta kəsiklə açılmış və hepatoduodenal bağ 5 dəqiqə (II-ci qrup) və 15 dəqiqə (III-cü qrup) müddətində liqaturaya alınmışdır. Nahayət ücüncü etapda liqaturanı götürməklə reperfuziya modeli yaradılmışdır.
Trombositlərdə baş vermiş dəyişiklikləri dəyərləndirmək üçün təcrübə heyvanlarında aşağı boş venadan qaraciyərin İRZ sonra 5,10 və 15-ci günlər qan alınmışdır. Götürülən qan nümunəsinidə trombositlərdə sitokimyəvi metodlarla suksinat dehidrogenaza (SDG), nikotinamid-adenin-dinukleotid fosfat oksidaza (NADFO), mieloperoksidaza (MPO), turş fosfataza (TF), qələvi fosfataza (QF), qlikogen (QL) və fosfolipidlərin (FL) miqdarı təyin edilmişdir. Götürülmüş qan nümunələrində SDG, NADFO, MO, TF, QF, QL və FL miqdarının sitokimyəvi metodlarla təyin etmək ücün yaxmalar hazırlanmışdır. Trombositlərdə SDG və NADFO R.P. Nartsissov (1970) üsulu ilə, MPO-V.Y.Dvornik (1992), TF və QF M.Q. Shubic (1983), FL və QL isə McManus və Sheleham-story (1983) üsulu ilə təyin edilmişdir. Sitokimyəvi reaksiyaların nəticələri SDG və NADFO fermentlərində kəmiyyət üsulu ilə hər hüceyrəyə (50 hüceyrə) düşən qranulların sayına görə (qr/l, qr/n, qr/tr), MPO, TF, QF, QL və FL-də isə 100 hüceyrədə orta sitokimyəvi göstəriciyə (osg) əsasən Kaplow formulu təyin edilmişdir. Trombositlərin sitokimyəvi statusunda müşahidə edilən dəyişikliklər orta sitokimyəvi göstəricilərlə yanaşı populyasiyanın struktur göstəriciləri ilə qiymətləndirilmişdir: variasiya (V), asimmetriya (A) və eksess əmsalları (E). Təcrübələrdən alınmış kəmiyyət göstəricilərinin statistik hesablamaları ücün SPSS-22.0 paket proqramlarından istifadə olunmuşdur.
Tədqiqatın nəticələri və onların müzakirəsi. Qaraciyərin İRZ zədələnmələri zamanı 5 və 15 dəqiqəlik işemiyada sonra reperfuziyanın 5, 10 və 15 günlərində qanda trombositlərinin sitokimyəvi və struktur göstəricilərində baş verən dəyişikliklər cədvəl və -də verilmişdir.
-də II qrupda olan dəyişiklliklər (hipoksik hepatit modeli fonunda qaraciyərdə 5 dəqiqəlik işemiya) aşağıdakimi olmuşdur. İntakt vəziyyətində olan ağ siçovulların periferik qanında trombositlərdə mitoxondrial fermentlərdən SDG-in miqdarının orta kəmiyyət göstəricisi 4,0±0,3 qr/tr olmuşdur. Qaraciyərin İRZ-si zamanı SDG fermentinin miqdarının orta kəmiyyət göstəricisi II qrupun A yarımqrupunda azalaraq 3,60,4qr/tr təşkil etmişdir. Bu miqdar normadan 10% (p>0,05) az idı. B yarımqrupunda da bu miqdar bir qədər azalaraq 3,40,3qr/tr, C yarımqrupunda isə 3,20,3qr/ tr olmuşdur. Qeyd edilən kəmiyyətlər normadan müvafiq olaraq 15,0% (p>0,05) və 20,0% (p>0,01) az olmuşdur.
Analoji qanunauygunluqlar NADFOnun fəallığında da qeyd edilmişdir. Belə ki, onun miqdarının orta kəmiyyət göstəricisi normada 33,6±0,3qr/tr olduğu halda qaraciyərin İRZ-si zamanı trombositlərdə II qrupun A yarımqrupunda bu miqdar 3,2±0,3qr/tr-ə müvafiq gəlmişdir. Bu azalma nəzarət qrupa nisbətdə cəmi 11,1% (p>0,05) təşkil etmişdir. Praktik olaraq B yarımqrupunda elə ciddi bir azalma qeyd edilməmişdir. NADFO-nun miqdarı 3,1±0,3qr/tr olmuş, bu da normadan 13,9% (p>0,05) az idi. C yarımqrupunda isə onun miqdarı 2,3±0,3qr/tr-dır. Bu da intakt vəziyyətdə olan rəqəmdən 22,2% (p>0,05) az olmuşdur.
Trombositlərdə TF-in miqdarının orta kəmiyyət göstəricisi intakt vəziyyətində olan ağ siçovulların qanında 0,410,03osg olmuşdur. II qrupun yarımqrupları qaraciyərin İRZsi zamanı belə dəyişmişdir: A yarımqrupunda 0,48±0,03osg, B yarımqrupunda 0,54±0,04osg və C yarımqrupunda 0,61±0,04osg olmuşdur. Bu kəmiyyətlər kontrol göstəricilərlə müqayisədə müvafiq olaraq 17,1% (p>0,05), 31,7% (p>0,05), 48,8% 1,5 dəfə (p>0,05) çoxalıb.
.İntakt vəziyyətində olan siçovulların trombositlərində QF miqdarının orta kəmiyyət göstəricisi 0,36±0,02osg olmuşdur. Qaraciyərin İRZ-si zamanı trombositlərdə QF-in miqdarının orta kəmiyyət göstəricisi II qrupun A yarımqrupunda 0,42±0,03osg olmuşdur. .Bu kə-miyyət norma ilə müqayisədə 16,7% (p>0,05) yüksəlmişdir.
B yarımqrupunda onun miqdarı 36,1% (p>0,05) yüksələrək 0,49±0,03osg catmışdır. C yarımqrupunda isə 155,6% (p>0,05) (1,6 dəfə) yüksələrək 0,56±0,04 osg olmuş. Eksperimental heyvanlarda 5 dəqiqəlik işemiyadan sonra qaraciyərin İRZ-sində zamanı trombositlərdə QL və FL-in sitokimyəvi göstəricilərində kontrol qrup siçovullarla müqayisədə müəyyən dəyişikliklər baş vermişdir. Belə ki intakt heyvanların trombositlərində QL-in miqdarının orta kəmiyyət göstəricisi 0,24±0,02 osg olmuşdur.
Qaraciyərin İRZ-si zamanı II qrupun A yarımqrupunda QL-in miqdarının orta kəmiyyət göstəricisi 0,32±0,02osg, B yarımqrupunda 0,36±0,03osg, C yarımqrupunda 0,39±0,03osg təşkil etmişdir. Bu kəmiyyət göstəriciləri yarımqruplarda kontrol göstəricilərə nisbətdə müvafiq olaraq 33,3% (p>0,05); 50,0% (p>0,05); 62,5% (p>0,05) azalmışdır. Kontrol qrupun heyvanlarında FL-in trombositlərdə miqdarı 0,46±0,03osg olmuşdur. Qaraciyərin İRZ-si zamanı trombositlərdə II qrupunun A yarımqrupunda FL-in miqdarının orta kəmiyyət göstəricisi 0,54±0,04osg–dur. Bu miqdar nəzarət qrupla müqayisədə 17,4% (p>0,05) artıq olmuşdur. B yarımqrupunda FL miqdarı 0,58±0,04 osg təşkil etmişdir, bu da nəzarət qrupla müqayisədə 26,1% (p>0,05). C yarımqrupunda FL-in miqdarı bir qədər də yüksələrək 0,61±0,05osg olmuşdur və bu miqdar normadan 62,5% (p>0,05) çox olmuşdur (p>0,05).
Hipoksik hepatit modeli fonunda qaraciyərdə 15 dəqiqəlik işemiyadan sonra aparılmış reperfuziyanın 5,10,15 günlərində siçovulların trombositlərində sitokimyəvi dəyişikliklər aşağıdaki kimi aşkarlanmışdır.
Qaraciyərin İRZ-si zamanı III qrupda bütün yarımqruplarda SDG fermentin miqdarının orta kəmiyyət göstəricisi azalması davam etmiş və yarımqruplara müvafiq olaraq belə dəyişmiş: A yarımqrupunda 1,80,2qr/tr, B yarımqrupunda 1,60,1 qr/tr və C yarımqrupunda 1,2 qr/tr olmuşdur. SDG – in trombositlərdə qaraciyərin İRZ-si zamanı azalması nəzarət qrupunda olan göstəricilərlə müqaisədə A yarımqrupunda 55%, p<0,01), B yarımqrupunda 60,0% (p<0,01), C yarımqrupunda 70,0% (p<0,01) təşkil etmişdir. NADFO-nun fəallığında III qrupda daha kəskin azalma qeyd edilmişdir. Bu azalma normadan A yarımqrupunda 55,6% (p<00,01), 1,6±0,2qr/tr, B yarımqrupunda 58,3% (p<0,01) (2,4 dəfə), 1,5±0,2qr/tr, C yarımqrupunda 61,1% (p<00,01) (2,6 dəfə) 1,4±0,2 qr/ tr təşkil etmişdir. III qrupunun A yarımqrupunda TF-in miqdarının orta kəmiyyət göstəricisi 0,820,05 osg təşkil etmişdir. Qeyd edilən kəmiyyət göstəricisi intakt vəzitdə olan səviyyədən 100,0% (p<0,01) çox olmuşdur. B yarımqrupunda onun miqdarı 217,1% (p<0,01) (2,2 dəfə) artaraq 0,890,06 osg olmuşdur. C yarımqrupunda isə TF-in miqdarı 129,3%, (p<0,01) artaraq 0,94±0,08 osg təşkil etmişdir. QF-in miqdarı III qrupda bir qədər yüksələrək yarımqruplara müvafiq olaraq 0,61± 0,05 osg, 0,66±0,05osg, 0,72±0,05 osg təşkil etmişdir. Bunların yüksəlməsi normadan müvafiq olaraq 69,4% (p<0,05); 83,3% (p<0,05); 100,0% (p<0,05) yüksək olmuşdur. GL-in miqdarı III qrupda A yarımqrupunda 0,54±0,03 osg, B yarımqrupunda 0,61±0,04osg, C yarımqrupunda 0,68±0,04osg olmuşdur. Qeyd etdilən bu kəmiyyətlər nəzarət qrupla müqayisədə A yarımqrupunda 125,0% (p<0,01), B yarımqrupunda 154,2% (p<0,01), C yarımqrupunda isə 183,3% (p<0,01) çox idi. FL-in miqdarının orta kəmiyyət göstəricisi III qrupda A yarımqrupunda 0,75± 0,06osg, B yarımqrupunda 0,82±0,07osg, C yarımqrupunda 0,90,07 osg, normaya nisbətən isə 63,0% (p<0,05), 78,3% (p<0,01), 104,3% (p<0,01 çox olmuşdur. Qaraciyərin İRZ-si zamanı trombosit populyasiyanın struktur göstəriciləri ilə qiymətləndirilməsi aşağıdakıları göstərmişdir. Cədvəl 1 və 2 göründüyü kimi eksperimental heyvanlarda 15 dəqiqəlik işemiyadan sonra reperfuziyadan sonra müxtəlif müddətlərdə götürülmüş qanda (5,10,15 gün sonra) trombosit populyasiyasının struktur göstəricilərində 5 dəqiqəlik işemiya ilə müqayisədə daha qabarıq dəyişikliklər müşahidə edilmişdir. Belə ki, III-cü qrupun bütün yarımqruplarında (A,B,C) SDG və NADFO fəallığında yüksək varıabellik (V-SDG≥90,0; V-NADFO≥78,0), qabarıq asimmetriya (A-SDG≥1,12; ANADFO≥0,96) və tipik fəallığa malik hüceyrələrin defisiti (E-SDG≥-3,32; E-NADFO≥- 0,25) qeyd edilmişdir. Bunlar qaraciyərin İRZ zədələnməsi zamanı tənəffüs zəncirinin başlanğıc mərhələsinin fermentləri olan SDG və NADFO fəallığının paralel olaraq azalması və nəhayət depressiyası, mitoxondriyalarda tənəffüs potensialının pozulmasının və trombositlərdə metabolik hipoksiyanın inkişafını göstərir. Bundan başqa 5 və 15 dəqiqəlik işemiyadan sonra reperfuziyaya cavab olaraq trombositlərdə lizosomal fermentlərin – fosfatazaların (TF,QF) orta tipik sitokimyəvi göstəricilərində qeyd edilən dəyişikliklər populyasiyanın struktur göstəricilərində yüksək vari-abellik, aşağı fəallığa malik hüceyrələrin üstünlük təşkil etdiyi və tək-tək yüksək hiperaktivliyə və aşağı aktivliyə malik trombositlərin olması ilə müşahidə olunmuşdur. Variasiya, asimmetriya və eksess əmsallarının kontrol qrupun göstəricilərindən 2 dəfədən çox artması III-cı qrupun bütün yarımqruplarında nəzərə çarpır. Qaraciyərin İRZ-də lizosomal fermentlərin (TF, QF) fəallığında müəyyən edilən cavab reaksiyası lizosomal membranın destabilizasiyasını, trombositlərdə katabolik proseslərin artdığını əks etdirir . Paralel olaraq III-cı qrup təcrübə heyvalarının bütün yarımqruplarında (A,B,C) həm QL, həm də FL-in dürüst yüksək orta sitokimyəvi səviyyəsi fonunda trombosit populyasiyanın struktur göstəricilərində qabarıq dəyişikliklər müəyyən edilmişdir: V-QL-78-dən, V-FL-81-dən, A-QL-1,18-dən, A-FL-1,08-dən çox olmuş, tipik fəal trombositlərin defisiti qrupun B və C yarımqruplarında qeyd olunmuşdur (E-QL=-0,21 və -0,26; E-FL=-0,18 və -0,29 müvafiq olaraq).
Beləliklə, alınan nəticələr qaraciyərin İRZ zamanı trombositlərin orta sitokimyəvi və populyasiyanın struktur göstəriciləri statusunda ciddi dəyişikliklər baş verməsini göstərmişdir. Təcrübə heyvanlarında qaraciyərin İRZ-si zamanı dövr edən trombositlərdə dehidrogenazaların (SDG, NADF) və fosfatazaların (TF, QF) fəallığında gedən dəyişikliklərlə yanaşı hüceyrənin strukturunun formalaşmasında mühüm rol oynayan fosfolipid və qlikogenin sitokimyəvi göstəricilərində də qabarıq dəyişikliklər müşahidə olunmuşdur. Bu dəyişikliklər eyni istiqamətli xarakter daşımış və intensivliyi işemiyanın müddətindən asılı olaraq təzahür etmişdir. Qaraciyərin İRZ zamanı tənəffüs zəncirinin başlanğıc mərhələ-sinin fermentləri olan SDG və NADFO fəallığının azalması və nəhayət depressiyası, mitoxondriyalarda tənəffüs potensialının pozulmasının və trombositlərdə metabolik hipoksiyanın inkişafını sübut edir. Lizosomal fermentlərin (TF, QF) fəallığında müəyyən edilən cavab reaksiyası eyni istiqamətli artma şəklində baş verir və fosfatazaların yüksək stabil fəallığı lizosomal membranın destabilizasiyasını, trombositlərdə katabolik proseslərin artdığını əks etdirir. Yekun. Aparılan təcrübələrin yekün təhlili göstərmişdir ki qaraciyərin işemik - reperfuzion zədələnməsi zamanı trombositlərin funksiyasında ciddi dəyişikliklər baş verir və bu dəyişikliklər ən qabarıq şəkildə uzunmüddətli işemiyadan sonra aşkarlanır. İRZ-si zamanı dövr edən trombositlərdə mitoxondrial (SDG, NADF), lizosomal (TF, QF) fermentlərin fəallığındavə eyni zamanda hüceyrənin strukturunun formalaşmasında mühüm rol oynayan FL və QL sitokimyəvi göstəricilərində də qabarıq dəyişikliklər müşahidə olunur. Bu dəyişikliklər eyni istiqamətli xarakter daşıyır və intensivliyi işemiyanın müddətindən asılı olaraq təzahür edir. Bu dəyişikliklər qaraciyərin İRZ zamanı mitoxondriyalarda tənəffüs potensialının pozulmasını və trombositlərdə metabolik hipoksiyanın inkişafını, lizosomal membranın destabilizasiyasını, trombositlərdə katabolik proseslərin artdığını göstərir.
Sitokimyəvi və strukur dəyişmələr qaraciyərin işemik-reperfuzion zədələnmə diaqnozu üçün informativ meyarlardı. Alınan nəticələr qaraciyərin işemiya-reperfuziya sindromunun qaraciyərə dağıdıcı təsirinin patogenezinə yeni yanaşma olmaqla bərabər, həmcinin onun müalicə planına trombositlərin metabolik pozulmalarında rolu olan fermentlərin səviyyəsinin normallaşmağına xidmət edən preparatların əlavə dilməsinin nəzəri əsaslarını yaradır.
Şəkillər
Açar sözlər
İstinadlar
1. Bayramov N.Y. Qaraciyərin cərrahi xəstəlikləri / N.Y.Bayramov. – Bakı: Qismət. – 2012. – 327s.
2. Yuan Liu Activation of YAP attenuates hepatic damage and fibrosis in liver ischemiareperfusion injury / L.Yuan, L.Tianfei, Z.Cheng [et al.] // J. Hepatol. – 2019. 71(4). -– p.719- 730. doi: 10.1016/j.jhep.2019.05.029
3. Camila G. Dossi. Beneficial effects of natural compounds on experimental liver ischemiareperfusion injury / Camila G Dossi, Romina G Vargas, Rodrigo Valenzuela [et al.] // Food Funct. – 2021. 12(9). – p.3787-3798. doi: 10.1039/d1fo00289a
4. De Oliveira T. H.. Neutrophils: a cornerstone of liver ischemia and reperfusion injury / Thiago Henrique Caldeira de Oliveira, Pedro Elias Marques, Paul Proost [et al.] // Lab. Invest. - 2018. – 98(1). – p.51-62. doi: 10.1038/ labinvest.2017.90.
5. Wojciechowski D. Retrospective evaluation of the efficacy and safety of belatacept with thymoglobulin induction and maintenance everolimus: a singlecenter clinical experience / D.Wojciechowski, S.Chandran, J.Y.Yang [et al.] // Clinical transplantation. – 2017. 31(9). – p.13042-13051. doi: 10.1111/ctr.13042
6. İskəndərov, E.A. Qaraciyərin işemikreperfuzion sindromunun etiopato genezinə müasir baxış //Azərbaycan Təbabətinin Müasir Nailiyyətləri. – 2012. №1. – s.12-15.
7. Domínguez-Andrés J. Bromodomain inhibitor I ‐BET151 suppresses immune responses during fungal–immune interaction / J.Domínguez‐ Andrés, A.V.Ferreira, T.Jansen [et al.] // European journal of immunology. – 2019. 49 (11). – p.2044-2050. doi: 10.1002/ eji.201848081.
8. Jaeschke H., Farhood A. Neutrophil and Kupffer cell-induced oxidant stress and ischemia-reperfusion injury in rat liver // American Journal of PhysiologyGastrointestinal and Liver Physiology. – 1991. 260(3). – p. G355-G362. doi: 10.1152/ ajpgi.1991.260.3.G355
9. Cieutat A.M. Azurophilic granules of human neutrophilic leukocytes are deficient in lysosome-associated membrane proteins but retain the mannose 6-phosphate recognition marker / A.M. Cieutat, P. Lobel, J. August [et al.] // Blood. The Journal of the American Society of Hematology. – 1998. 91(3). – p. 1044-1058.
10.Hamdorf M. Kawakita S., Everly M. The potential of MicroRNAs as novel biomarkers for transplant rejection // Journal of immunology research. – 2017. 40, – p. 723- 734. doi: 10.1155/2017/4072364.
Məqalə barədə təfərrüatlar:
Nəşr tarixçəsi
Dərc edilib: 15.Jan.2025
Müəllif hüququ
© 2022-2026. Nəzəri, Klinik və Eksperimental Morfologiya Jurnalı. Jurnalın elektron versiyası "Uptodate in Medicine" tibb nəşriyyatı tərəfindən dərc olunur. Bütün hüquqlar qorunur.Əlaqəli məqalələr
2020–2022-Cİ İLLƏRDƏ AZƏRBAYCANDA COVID-19 ÜZRƏ EPİDEMİOLOJİ VƏZİYYƏTİN KOMPLEKS TƏHLİLİ
Baxılıb: 20


