Abstrakt

Tədqiqatda müxtəlif kəllə tiplərində və hipofiz çuxurunun müxtəlif formalarında, hipofiz çuxurunun həcm və sahə göstəricilərindəki cinsiyyət fərqləri öyrənilmişdir. Bunun üçün Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının Radiologiya şöbəsinin və Şüa diaqnostikası və terapiyası kafedrasının arxivlərindən götürülmüş 84 tomoqram retrospektiv olaraq təhlil edilmişdir. Tomoqramlara baxmaq üçün "RadiAnt DICOM Viewer" proqram təminatından istifadə olunmuşdur. Təhlil edilən kəllələrdən 30-unda hipofiz çuxuru dairəvi, 27-sində oval, 27-sində isə yastı formada olmuşdur. Hipofiz çuxurunun statistik təhlili göstərmişdir ki, qadınlarda sahə göstəricisi dairəvi formada 90,3±6,3 mm², oval formada isə 94,5±4,3 mm² təşkil etmişdir ki, bu da kişilərdəki müvafiq göstəricilərdən daha yüksəkdir. Yastı formada isə bu göstərici həm qadınlarda, həm də kişilərdə eyni ölçüdə (91,9±3,3 mm²) olmuşdur. Həcm göstəricilərinin müqayisəsində də eyni dinamika müşahidə edilmişdir. Kişilərdə hipofiz çuxurunun sahəsi dolixokranial kəllələrdə braxikranial və mezokranial kəllələrə nisbətən, qadınlarda isə mezokranial kəllələrdə braxikranial və dolixokranial kəllələrə nisbətən daha kiçik olmuşdur. Həcm göstəriciləri kişilərdə dolixokranial kəllələrdə braxikranial və mezokranial kəllələrə nisbətən, qadınlarda isə mezokranial kəllələrdə braxikranial və dolixokranial kəllələrə nisbətən daha aşağı olmuşdur. Beləliklə, müxtəlif kəllə tiplərində və hipofiz çuxurunun müxtəlif formalarında, hipofiz çuxurunun həcm və sahə göstəricilərində cinsiyyət fərqləri aşkar edilmişdir. Tədqiqatdan əldə edilən nəticələr hipofiz çuxuru və ya hipofiz vəzisi ilə əlaqəli müxtəlif patologiyalar zamanı tomoqramların təhlilində standart kimi istifadə oluna bilər.

Əsas mətn

Giriş. Son illərdə rentgen diaqnostikasının müasir metodlarının inkişafı ilə əlaqədardır olaraq tədqiqatçılar tərəfindən hipofiz çuxuruna maraq artmışdır. Hipofiz çuxurunun və hipofiz vəzinin ölçülərinin canlı insanda yaş və cinsi xüsusiyyətlərinin tədqiqi klinik təcrübədə böyük əhəmiyyət kəsb edir. Belə tədqiqatlar hipofiz vəzinin şişlərinin radikal müalicəsi zamanı daha təhlükəsiz neyrocərrahiyə əməliyyatlarının aparılması baxımından faydalıdır. Normada insanların hipofiz çuxurunun sahə və həcminin təyinin nəticələri bu və ya digər patologiyaların dəyərləndirilməsi üçün normativ kimi istifadə oluna bilər. Uzun müddət hopofiz çuxurun həcmini müəyyən edərkən meyit preparatlardan, qurudulmuş kəllələrdən istifadə olunmuşdur. Bunun üçün hipofiz çuxuru xüsusi çəkisi sudan çox olan, bərkiyən və ya plastik (yumşaq) doldurucu ilə doldurulurdu.. Daha sonra qəlib çuxurdan çıxarılırdı və müvafiq qaydada həcm hesablanırdı. Səhvləri minimuma endirmək üçün adətən hər kəllədən iki və ya üç qəlib hazırlanırdı. Belə tədqiqatlar əsasən elmi-nəzəri əhəmiyyətə malik olub, daha çox tövsiyə xarakteri daşıyırdı. Müasir şüa-diaqnostik aparatlardan istifadə (KT, MRT) hipofiz çuxurun morfometrik ölçülərinin diri insanda müayinə edilməsinə yeni imkanlar açmışdır. Tədqiqatın məqsədi kəllənin müxtəlif tiplərində və hipofiz çuxurunun müxtəlif formalarında onun həcminin və sahəsinin ölçü göstəricilərində cinsi fərqliliyi müəyyən etmək olmuşdur. Tədqiqatın material və metodları. Tədqiqatda Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının Radiologiya şöbəsinin və Şüa diaqnostikası və terapiyası kafedrasının arxivindən götürülmüş 84 tomoqram retrospektiv təhlil edilmişdir. Təhlil üçün mütəxəssislər tərəfindən kəllə, əsas sümüyün, hipofiz vəzinin heç bir patologiyası müəyyən edilməyən tomoqramlar seçilmişdir. Tədqiqat materialı 4 yaş qrupuna bölünmüşdür: I qrup (7-12 yaş), II qrup (13-21 yaş), III qrup (22-61 yaş), IV qrup (62 yaş və yuxarı). Öyrənilən kəllələri en indeksinin dəyişiklik diapazonuna görə üç qrupa bölmüşük:

1\) Dolixosefal – uzun kəllə; 2) Mezosefal – orta kəllə; 3) Braxisefal – enli kəllə. Tədqiq olunan 84 kəllədən 32-i mezosefal, 28-i braxisefal və 24-ü dolixosefal olmuşdur.

Kompüter tomoqrafiya (KKTA) müayinəsi 128-kəsikli TOSHİBA tomoqra-fında aparılmışdır. Tomoqramlara baxmaq üçün “RadiAnt DICOM Viewer” proqramından istifadə edilmişdir. Alınmış nəticələr protoklaşdırılmış statis -tik təhlil aparılmışdır. Variasiya qrupları üzrə göstəriciləri təhlil edərkən orta rəqəm (M), standart xəta (±m), ən kiçik və ən böyük (min, max), orta struktur - Me (median), kvartillər (Q1, Q3), 95% etibarlıq intervalı (AS-YS) göstəricilər hesablanmışdır. Qruplar arasındakı fərq F-Fisher tərifi ilə, cütlər arasında isə Stüdent-Bonferroni tərifi ilə müəyyənləşmişdir. İki və ya daha çox qrup üçün fərq dürüstlüyü H-Kruskal-Wallis tərifi ilə qiymətləndirilmişdir. 

Həcm göstəricilərinin müqayisəsində də eyni dinamika müşahidə edildi. Belə ki, bu ölçü dairəvi formada qadınlarda – 734,5±41,6mm3 , kişilərdə – 671,6±47,2mm3 , oval formada qadınlarda – 755,0±42,0mm3 , kişilərdə – 718,9±67,2mm3 və yastı formada qadın və kişilərdə bərabər olmuşdur – 713,0±32,2mm3 Tədqiqatda kişi və qadınlarda kəllə tipindən asılı olaraq istər sahə və istərsə də həcm ğöstəricilərinin müqayisəsi aparılmışdır. Sahənin ölçüsü kişilərdə braxisefal tip kəllələrdə – 87,0±5,1mm2 , dolixosefallarda – 83,4±4,4mm2 , mezosefallarda – 89,9±3,9mm2 . Qadınlarda isə braxisefallarda – 89,6±4,7mm2 , dolixosefallarda – 99,3±3,5mm2 , mezosefallarda – 88,6±55,1mm2 bərabər olmuşdur . İki qrup arasında müqayisə kişi və qadınlar arasında dolixosefallarda fərq dürüstlüyünü (Pt=0,023) müəyyən etdi.  Həcm göstəriciləri kişilərdə braxisefal (737,5±53,3mm3 ) və mezosefallara (716,5± 46,6mm3 ) nisbətdə dolixosefal tip kəllələrdə (614,6±42,6mm3 azdır. Qadınlarda qruplar arasında (braxisefal – 753,5±70,5mm3 , dolixosefal – 779,8±40,8 mm3 və mezosefal – 684,5±45,8mm3 , fərq dürüstlüyü müəyyən edilmir, yalnız dolixosefal tip kəllələrdə kişi və qadınlar arasında fərq (Pt=0,039) aşkarlandı .

Tədqiqat nəticəsində aldığımız hipofiz çuxuru həcminin göstəriciləri digər müəlliflərin aldığı nəticələrə uyğun gəlir. Belə ki, Hasan H.A. et al. 71 insanın kompyutertomoqram kəsiklərində (yan sefaloqrammada) hipofiz çuxurun bir sıra morfometrik göstəricilərin o cümlədən sahənin yaşla əlaqədar böyüdüyünü qeyd etmişlər. Müəlliflər belə bir fikir irəli sürürlər ki, bu dinamika əsasən pubertat dövrdə tamamlanır və nəticələr iki yaş qrupundan (9-14 və 15-26) alınmışdır. Belə bir fikir digər müəlliflər tərəfindən də tərəfindən də səslənmişdir. Lakin bizim aldığımız nəticələr göstərir ki, bu dinamika bütün yaş qruplarını əhatə edir və 7-12 yaş qrupu ilə müqayisədə nəinki 13-21, hətta 22-61 və daha yuxarı yaşlarda fərq dürüstlüyünə malikdirlər. Abebe G. və başqaları hipofiz çuxur para-metrlərinin 30 yaşdan yuxarı böyüdüyünü müəyyən etmişlər. Hipofiz çuxurun həcminin ölçüləri də yaşla əlaqədar eyni dinamikanı müəyyən etdi. Lakin H.I.Pecina və başqaları daha böyük rəqəmlər almışlar. Bu araşdırmada, hipofizlə əlaqəli olmayan şikayətlər zamanı maqnit rezonans görüntülərində Xorvatiyadan olan 91 kişi və 108 qadında, yaş və cinsin hipofiz çuxuru və hipofiz vəzin həcmlərinə təsirini öyrənmişlər. Həcmlər kəsiyin qalınlığına vurulan bütün sahələrin cəmindən əldə edilmişdir. Kişilərdə hipofiz çuxurunun orta həcmi 1111,1,4mm3 , qadınlarda 1354,4,2 mm3 olmuşdur. Korrelyasiya təhlili xəstənin yaşı ilə hipofiz vəzinin həcmi arasında əhəmiyyətli mənfi korrelyasiyanın (P=0,09) olduğunu göstərdi. Belə böyük fərqin olduğunu biz onunla izah edə bilərik ki, bu müəlliflər hipofiz çuxurun ön sərhəddini yəhər qabarından keçən xətt üzrə müəyyən edirlər. Biz isə hipofiz çuxurun sərhəddini orta maili çıxıntılar-arası xəttə əsasən ölçürük. T.Iskra və başqaları yan ensefaloqramlarda hipofiz çuxurun dərinliyinin 8mm, sahəsinin 56,64mm2 olduğunu qeyd etmişlər . Bir sıra müəlliflər hipofiz çuxurun sahəsini müəyyən edərkən, yəhər qabarı ilə dal maili çıxıntıları birləşdirən xətt ilə təsvir olunan konturu (yan sahə) əsas götürmüş və qeyd etmişlər ki, bu sahə hər növ doda və damaq yarığı olan xəstələrdə sağlam olanlarla müqayisədə xeyli kiçikdir (sağlam insanlarda - 43,12 mm2 , xəstələrdə - 56,64 mm2 ). Bundan əlavə, müəlliflər türk yəhəri sahəsinin asiyalılarda Avropa əhalisi ilə müqayisədə daha yüksək olduğunu da qeyd etmişlər (müvafiq olaraq asiyalılarda - 62,32 mm2 , avropalılarda - 56,29 mm2 ).

Yekun. Hipofiz çuxurunun dairəvi və oval formalarında qadınlarda kişilərə nisbətdə onun sahəsi çox və həcmi böyük olur. Yastı formada isə istər qadınlarda və istərsə də kişilərdə eyni ölçüdədir. Həcm göstəricilərinin müqayisəsində də eyni dinamika müşahidə edilmişdir. Müxtəlif tipli kəllərdə hipofiz çuxurunun sahəsi kişilərdə braxisefal və mezosefallara nisbətdə dolixosefal tip kəllələrdə, qadınlarda isə braxisefallarla və dolixosefallarla nisbətdə mezosefallarda az olmuşdur. Həcm göstəriciləri kişilərdə braxisefal və mezosefallara nisbətdə dolixosefal tip kəllələrdə, qadınlarda braxisefallarla və dolixosefallarla nisbətdə mezosefallarda az olmuşdur. Tədqiqatda alınmış nəticələrdən hipofiz çuxurunun və ya hipofiz vəzinin müxtəlif patologiyaları zamanı tomoqramların təhlilində normativlər kimi istifadə edilə bilinər.

Şəkillər

Açar sözlər

İstinadlar

1. Meenakshi P.S. Radio-Morphometric Analysis of Sella Turcica in Relation to Age and Gender in Sri Ganganagar Population: A Prospective Cephalometric Study / P.S. Basavaraj, T.Bhagawati, K.Nishant [et al.] // Cureus. – 2022. Nov 30;14(11), – p. e32048. doi: 10.7759/cureus.32048.
2. Kucia A. Sella turcica anomalies on lateral cephalometric radiographs of Polish children \ A.Kucia, T.Jankowski, M.Siewniak [et al.] // Dentomaxillofac Radiol. – 2014. 43, – p.20140165. doi: 10.1259/dmfr.20140165
3. Choi W.J., Hwang E.H., Lee S.R. The study of shape and size of normal sella turcica in cephalometric radiographs // Korean J. Oral Maxillofac Radiol. – 2001. 31, – p. 43–49.
4. Haider A.H. 3DCT Morphometric Analysis of Sella Turcica in Iraqi / A.H.Haider , K.A.Mohammad , J.A.Yap [et al.] // Population Journal of Hard Tissue Biology. – 2016. 25(3), – p. 25-29
5. Kjaer I. Sella turcica morphology and the pituitary gland-a new contribution to craniofacial diagnostics based on histology and neuroradiology // Eur J Orthod. – 2015 Feb;37 (1), – p. 28-36. doi: 10.1093/ejo/cjs091.
6. Qafarov İ.A. Biostatistika / – Bakı: Müəllim, – 2021. – 238 s.
7. Hasan H. Size and morphology of sella turcica in malay populations: a 3D CT study / H.Hasan, M.Alam, A.Yusof [et al.] // J. Hard Tissue Biol. – 2016, 25(3), – p. 313-320.
8. Choi W.J., Hwang E.H., Lee S.E. The study of shape and size of normal sella turcica in cephalometric radiographs // Korean J. Oral Maxillofac Radiol. – 2001, 31, – p. 43-49.
9. Abebe G. Morfometric fnalysis of the sella turcica with sex and age among computed tomography scanned individuals in Soddo Christian Hospital, Ethiopia, / G.Abebe, A.Gebremickael, P.Mergu [et al.] // International J. of Anatomy Radiology and Surgery –2021. 51(4), – p. 32-41 doı:10.7860/ IJARS/2021/47047.2652
10.Pecina H.İ, Age and sex related differences in normal pituitary gland and fossa volumes / H.İ.Pecina, T.C.Pecina, V.Vyroubal [et al.] // Front Biosci, – 2017, 9(2), – p. 204-213 doı: 10.2741/e796
11.Iskra T. Morphology of the Sella Turcica / T.Iskra, B.Stachera, K.Możdżeń [et al.] MetaAnalysis Based on the Results of 18364 Patients // Brain Sci. – 2023, 13(8), – p. 1208; doi:3390/brainsci13081208
12.Neha; Mogra S., Shetty V., Shetty S. Sella Size and Jaw Bases – Is There a Correlation? // Contemp. Clin. Dent. – 2016. 7, – p. 61.
13.Andredaki M.A. cephalometric morphometric study of the sella turcica / M.Andredaki, A.Koumantanou, D.Dorotheou [et al.] Eur J Orthod. – 2007. 29(5), – p. 449

Məqalə barədə təfərrüatlar:

Nəşr tarixçəsi

Dərc edilib: 15.Jan.2025

Müəllif hüququ

© 2022-2026. Nəzəri, Klinik və Eksperimental Morfologiya Jurnalı. Jurnalın elektron versiyası "Uptodate in Medicine" tibb nəşriyyatı tərəfindən dərc olunur. Bütün hüquqlar qorunur.

Əlaqəli məqalələr

QARIN KƏLƏFİNİN QURULUŞ XÜSİSİYYƏTLƏTİ

Baxılıb: 15