Abstrakt
Tədqiqatın məqsədi normal vəziyyətdə və ümumi qaraciyər axacağının mexaniki blokadası modelində qaraciyərin mikroskopik və ultramikroskopik strukturlarının morfoloji xüsusiyyətlərini öyrənmək idi. Tədqiqat materialı kimi 30 baş yetkin dovşan (mexaniki blokada modelində 15, nəzarət qrupunda isə 15 dovşan) istifadə edilmişdir. Öd axacağının blokadası modeli, qaraciyərdənkənar ümumi qaraciyər axacağının liqasiyası (bağlanması) yolu ilə yaradılmışdır. 2-3 saatdan sonra heyvanlar evtanaziya edilmişdir. Dovşanlar, nəzarət qrupundakı heyvanlar üçün tətbiq olunan metodla yarılmışdır. Eksperimental və nəzarət qruplarındakı dovşanların qaraciyərinin müxtəlif hissələrindən nümunələr götürülmüşdür. Bu nümunələrdən 5-7 mkm qalınlığında eninə kəsiklər hazırlanmışdır. Hazırlanmış kəsiklər hematoksilin və eozin, metilen mavisi ilə boyanmış, həmçinin Van Gizon metodu ilə işlənmişdir [7]. Preparatlar Almaniya istehsalı olan "MicroOptix" işıq mikroskopuna quraşdırılmış "Topica TP1002DS" video-təsvir sistemi vasitəsilə tədqiq edilmiş və fotoşəkilləri çəkilmişdir. Elektron-mikroskopik tədqiqatlar isə 80 kV gərginlikdə "FEI Tecnai G 2 Spirit BioTWIN" elektron mikroskopunda aparılmışdır. Qaraciyərin histoloji preparatlarının tədqiqi nəticəsində məlum olmuşdur ki, ümumi qaraciyər axacağının mexaniki blokadasından sonra toxumalarda orta dərəcəli hüceyrədaxili xolestaz, öd kapillyarlarında və axacaqlarında öd toplanması, paycıqlar ətrafında ödem və paycıqlararası arakəsmələrdə fibroz müşahidə olunur. Öd axacaqlarının forması dəyişməsə də, xolangiositlərdə şişkinlik və degenerativ dəyişikliklər baş verir. Əksər öd axacaqlarında divarların sklerozu və epitel örtüyünün itirilməsi qeyd edilmişdir. Bu zaman öd ətrafdakı boşluqlara sızaraq "öd gölməçələri"nin yaranmasına və sinusoid kapillyarların genişlənməsinə səbəb olur. Elektronqramlarda öd kapillyarlarında mikroxovluqların əhəmiyyətli dərəcədə itirilməsi, hepatosellülyar xolestaz, öd kapillyarlarının degenerativ iltihabı və axacaqlar ətrafında iltihabi fibroz prosesləri aşkar edilmişdir. Əldə edilmiş məlumatlar patoloji tədqiqatlarda – qaraciyər və öd yollarının atreziyası zamanı götürülmüş biopsiya və autopsiya materialları ilə müqayisə aparmaq üçün standartlar (normalar) qismində, həmçinin hepatoloq və cərrahlar tərəfindən bu patologiya zamanı müalicə taktikasının düzgün seçilməsi məqsədilə istifadə oluna bilər.
Əsas mətn
Giriş. Qaraciyər eksperimental tədqiqatlarda və toxuma elektron mikroskopik üsullarının təkmilləşdirilməsində ən çox istifadə edilən orqandır. Elektron mikroskopun köməyi ilə qaraciyərin daha kiçik histoloji strukturlarını dəqiq tədqiq etmək mümkündür. Hazırda müxtəlif anadangəlmə anomaliyalar zamanı və xarici amillərə məruz qaldıqdan sonra daxili orqanların divarlarının öyrənil -məsinə diqqət artır. Buna baxmayaraq, elmi ədəbiyyatda öd yollarının atreziyası zamanı qaraciyərin ultramikroskopik morfologiyasının xüsusiyyətlərinə dair heç bir məlumat yoxdur. Öd yollarının atreziyası yenidoğulmuş uşaqlqrın hər 20 mindən birində rast gəlinir və 0nlarda cərrahi sarılığın ən çox yayılmış səbəbidir. Bu anomaliya həm qaraciyərdaxili, həm də qaraciyərxarici öd yollarının obliterasiyası ilə xarakterizə olunur. Beləliklə, hal-hazırda normada və öd yollarının atreziyası zamanı qaraciyərin elektron mikroskopiyası ilə bağlı məlumat çatışmazlığı mövcuddur. Bu istiqamətdə görülən tədqiqatlar xüsusi elmi-praktik dəyərə malik olacaqdır. Tədqiqatın məqsədi normada və ümumi qaraciyər axacağının blokadası modelində mikroskopik və ultramikroskopik strukturlarının morfoloji xüsusiyyətlərini öyrənmək olmuşdur. Tədqiqatın material və metodları. Tədqiqatın materialı cinsi xətti məlum olmayan 30 yetkin dovşan (mexaniki blokada mode -lində 15 dovşan, nəzarət qrupunda 15 dovşan) olmuşdur.
Heyvanların saxlanması və onların evtanaziyası Avropa Şurasının “Təcrübə və elmi məqsədlər üçün istifadə edilən heyvanların mühafizəsi haqqında” Direktivinə (86/609 CE) uyğun olaraq həyata keçirilirmişdir.
Qaraciyərxarici ümumi qaraciyər axacağını ligaturaya alamaqla öd yollarının blokadası modeli yaradılmışdır.. Bunun üçün, heyvanlar izofluran ilə anesteziya edilmiş, sonra sağ qabırğaaltı nahiyədə köndələn kəsik aparılmışdır. Kiçik piyliyin ön səhifəsi kəsilmiş, ümumi qaraciyər axacağı ətrafı toxumalardan təmizləndir. Bu axacaq ligaturaya götürülmüşdür. Sonra kiçik piyliyin ön səhifəsi və qarın boşluğunun ön divarı ardıcıl olaraq tikilmişdir. Müdaxilədən sonra öd ifrazını stimullaşdırmaq üçün dovşanlara 1,25 ml Ursofalk verilmişdir .2-3 saatdan sonra heyvanlar evtanaziya edilmişdir. Dovşanların təşrihi nəzarət qrupunun dovşanları ilə aparılan prosedurlara uyğun şəkildə aparılmışdır. Heyvanların evtanaziyası təcrübədə geniş istifadə olunan natrium pentobarbitalatın venadaxili yeridilməsi ilə həyata keçirilmişdir. boyunca Evtanaziyadan sonra dovşanların qaraciyərinin strukturlarını öyrənmək üçün orta xətt boyunca qarın boşluğu açılmış, qaraciyər öd axacaqları ilə birlikdə çıxa-rılmış və ətrafdakı toxumalardan təmizlənmişdir. Eksperiment və nəzarət qrupu dovşanların qaraciyərinin müxtəlif hissələrindən par-çalar kəsilib götürülmüşdür. Material 10% neytral formalində, seçmə olaraq “Karnua” mayesində fiksasiya edilmiş, parafinə salınmş-dır. Bu parçalardan 5-7 µm qalınlığında kön-dələn kəsiklər hazırlanmışdır. Hazırlanmış kəsiklər hematoksilin-eozin, metilen mavisi və Van Gison üsulu ilə boyanmışdır.
Preparatlar “MicroOptix" (Almaniya) işıq-optik mikroskopuna quraşdırılmış "Topica TP1002DS" video görüntü sistemi ilə tədqiq edilmiş və fotoşəkilləri çəkilmişdir. Elektron makroskopik müayinə üçün əsas və nəzarət qruplarından dovşanların qaraciyərinin müxtəlif hissələrindən parçalar götürülümüş . Bu parçalar 2,5% qlutaraldehid məhluluna salınmış. 1 saat, sonra 1% soyudulmuş OsO4 məhlulunda fiksasiya edilmişdir. Qaraciyər toxumaları 50%, 70%, 90% və 100% (3X) aseton ilə susuzlaşdırıldı və Agar 100 epoksi qatranına daxil edildi. Susuzlaşdırmadan sonra, iki mərhələli boyama üsulu uranil asetat UA və ardınca qurğuşun sitrat tətbiq edilmişdir. Bu preparatlardan qalınlığı 20 ilə 50 nm arasında olan nazik və ultra nazik kəsiklər hazırlanmışdır Tədqiqatlar 80 kV gərginlikli “FEI Tecnai G 2 Spirit BioTWIN” elektron mikroskopunda aparılmisdir. Tədqiqatın nəticələri və onların müzakirəsi. Normada qaraciyərin histoloji preparatlarının öyrənilməsinin nəticələri göstərdi ki, paycıqlar birləşdirici toxuma təbəqələri (arakəsmələr) ilə ayrılır. Paycıqların konturları, adətən, bitişik paycıqların qovşağında, paycıqarası səviyədə yerləsən triadaların və mərkəzi venanın mövqeyi ilə təxminən müəyyən edilə bilər. Paycıqətrafı damarlardan (arteriollardan və venulalardan) kapillyarlar paycığın daxilinə uzanır və bunlar vahid sinusoidal kapillyarlar şəklində birləşirlər. Sonuncular qaraciyər hüceyrələrinin sıraları arasında açıq rəngli boşluqlar kimi görünür və mərkəzi damara doğru radial istiqamətdə yerləşirlər. Qaraciyər hüceyrələri (hepatositlər) şüavarı sütunlar əmələ gətirirlər. Hepatosit nüvələri təxminən bərabər ölçüdə olmuşdur. İkinüvəli hepatositlər nadir hallarda rast gəlinmişdir. Hepatositlərin sitoplazması heterogendir, xüsusən də nüvələrin ətrafında. Sütunlar sinusoidal kapillyarların üstündə və ya altında bir-biri ilə anastomozlaşırlar. Qaraciyər paycıqlarının sütunlarının hepatositlərinin iki sırası arasında öz divarı olmayan kiçik yarıqvari boşluqlar – öd kapillyarları müəyyən edilir. Bu kapillyarlar şüaların mərkəzi hissələrində kor-şəkildə başlayır. Buna görə də, onların daxilində öd axını mərkəzdən periferiyaya döğrudur. Bu axacaqların divarı tək qatlı epiteldən ibarətdir.
Ümumi qaraciyər axacağının mexaniki blokadasından sonra qaraciyərin histoloji preparatlarının öyrənilməsinin nəticələri göstərdi ki, bu zaman orta dərəcədə hüceyrədaxili xolestaz, öd kapillyarlarında və axacaqlarında ödün toplanması, paycıqətrafı ödem və paycıqarası arakəsmələrin fibrozu müşahidə edilir. Öd yollarının forması dəyişmir, lakin xolangiositlərdə şişkinlik və degenerativ dəyişikliklər baş verir. Əksər öd yollarında divar sklerozu və epitelin örtüyünün yox olması qeyd edildi. Bu zaman "öd göllərinin" meydana gəlməsi ilə nəticələnən ödün ətrafdakı boşluğa keçməsi, sinusoidal kapillyarların genişlənməsi müşahidə edilir (). Normada qaraciyərin elektron mikroskopik tədqiqatlarının nəticələrinin təhlili göstərdi ki, elektronoqramlarda hepatositlər, sinusoidal endotel hüceyrələr, Kupffer hüceyrələr, yağ toplayan hüceyrələri, retikulya lifləri və öd axacaqlarının epitel hüceyrələri müəyyən edilir (). Hepatositlər bucaqlı bir formaya malik olub olub sinusoidal səthə və öd kapillyarlara baxan səthlərə malikdirlər.
Onlar periferik heterokromatin oval nüvəyə, mərkəzi elektron şəffaf qovuqcuqlara və qabarıq nüvəciyə malikdirlər. Hepatositlər sinusoidini divarına daxil olan çoxlu sayda mikroxovlar ilə örtülür. Sinusoidal endotel hüceyrələrdə çoxsaylı sayda böyük və kiçik sitoplazmik pəncərələr olur. Endotel hüceyrələr qaraciyərin paycığımda bərabər paylanır. Sinusoidin endotel hüceyrələri ilə hepatositlər arasında dar Disse boşluğu və sinusoidin mənfəzində Kupfer hüceyrələri müşahidə edilir. Bu hüceyrələr çoxsaylı xovşəkilli çıxıntılarla xarakterizə olunur. Yağ toplayan hüceyrələr (Ito hüceyrələri) hepatositlər arasındakı sahədə yerləşlər və sinusoidin mənfəzinə daxil olmurlar. Bu hüceyrələr yuvarlaq və ya oval ekssentrik şəkildə yerləşən nüvəyə və sitoplazmanın çox hissəsini tutan çoxsaylı iri yağ damcı modelini yaratdıqdan sonra dovşanların qaraciyərinin ultrastrukturlarının tədqiqi göstərdi ki, bu zaman elektronoqramlarda öd kapillyarının mikroxovlarının nəzərəçarpacaq dərəcədə itkisi, öd kapillyarlarının degenerasiya olunmuş və axacaqətrafı iltihabı fibroz ilə qeyd olunan hepatoselüler xolestaz müəyyən edilir. Bu xüsusiyyətlər öd yollarının blokadası zamanı əsas patoloji prosesin bilyar sistemə təsir etdiyini göstərir. Bir sıra müəlliflərə görə öd axacaqlarının blokadası zamanı ümumi patohistoloji mənzərə qaraciyərxarici və qaraciyərdaxili öd yollarının iltihabi zədələnməsi, onların divarlarının sklerozu, mənfəzinin daralması və obliterasiyası ilə xarakterizə olunur. W\.F. Balistreri və b. məlumatlarına əsasən öd yollarının atreziyası ilə başlı qaraciyərdə gedən ən xarakterik dəyişikliklərə aşağıdakılar daxildir: 1) hepatositlərdə və öd yollarında ödün durğunluğu, 2) öd yollarının proliferasiyası, 3) nəhəng hüceyrə transfermasiyası, 4) portal və perilobulyar ödem və fibroz . D.C. Yamaquti və F.R. Patricio (2011) bilyar atreziyası olan uşaqlarda qaraciyərdaxili öd yollarının morfoloji xüsusiyyətlərini öyrənmişlər. Tədqiqat materialına bilyar atreziyası olan uşaqlardan alınmış 35 qaraciyər preparatları daxil edilmişdir. Uşaqların 42,86%-ində qaraciyərdaxili öd yollarının obliterasiyası, 20%-də öd yollarının sayının azalması, 28,57%-də öd axacaqlarının lövhələrinin quşuru, öd axacaqlarının malformasiyası 8,57%-də aşkar edilmişdir. Yekun. ümumi qaraciyər axacağının me -xaniki blokadasından sonra qaraciyərin histoloji preparatlarının öyrənilməsinin nəticələri göstərdi ki, histoloji preparatlarda orta dərcədə hüceyrədaxili xolestaz, öd kapillyarlarında və axacaqlarında ödün toplanması, paycıqətrafı ödem və paycıqarası arakəsmələrin fibrozu müşahidə edilir. Öd yollarının xolangiositlərində şişkinlik və degenerativ dəyişikliklər baş verir. Əksər öd yol-larında divar sklerozu və epitelin örtüyünün yox olması qeyd edildi. Bu vəziyyətdə "öd göllərinin" meydana gəlməsi ilə nəticələnən ödün ətrafdakı boşluğa keçməsi, sinusoidal kapilyarların genişlənməsi müşahidə edilir. Bu zaman elektronoqramlarda öd kapillyarının mikroxovlarının nəzərəçarpacaq dərəcədə itkisi, öd kapillyarlarının degenerasiya olunmuş və axacaqətrafı iltihabı fibroz ilə qeyd olunan hepatoselüler xolestaz müəyyən edilir. Bu xüsusiyyətlər öd yollarının blokadası zamanı əsas patoloji prosesin bilyar sistemə təsir etdiyini göstərir. Əldə edilmiş məlumatlardan öd axacaqlarının atreziyası zamanı götürülən biopsiya və seksion materialların patoloji-anatomik müayinəsində, hepatoloqla-rın və cərrahların bu patologiya zamanı müalicə taktikasının düzgün seçimində istifadə oluna bilər.
Şəkillər
Açar sözlər
İstinadlar
1. Мильто И.В., Суходоло И.В., Миллер А.А. Электронно-микроскопическое исследование печени крыс после внутривенного введения суспензии наноразмерного магнетита // – Москва: Бюллетень экспериментальной биологии и медицины. – 2012. № 4, – с. 510-513
2. Шадлинская, С.В. Макромикроскопическая анатомия, закономерности морфогенеза малых желёз и лимфоидных образований преддверия влагалища в постнатальном онтогенезе человека и в эксперимент / автореферат дисс. доктора медицинских наук. / – Баку. 2021. – 61 с.
3. Шадлинcкий В.Б., Гараев Г.Ш., Хыдырова Х.Ф. Морфологические особенности сосудов микроциркуляторного русло печени // V национальный конгресс Азербайджана по аллергологии и иммунореабилитации. – Баку: 21 октября, – 2016. – с.107-108.
4. Гараев Г.Ш., Хыдырова Х.Ф. Изменения лимфообрашения печени в зависимости от продолжительности ингаляционной интоксикации парами хлористого водорода в эксперименте // – Самара: Морфологические ведомости. – 2018. №2, – с.38-40.
5. Betalli P., Maurizio Cheli M,, D’Antiga L. Diseases of the Liver and Biliar Atreziya /
P.Betalli, M,Maurizio Cheli, L.D’Tree Springer: Cham – 2021. 170 p.
6. Директива 2010/63/EU Европейского Парламента и Европейского Союза: По охране животных, используемых в научных целях / Санкт-Петербург,: Спец.Лит, 2012. – 48 с.
7. Коржевский, Д.Э. Основы гистологической техники / Д.Э.Коржевский – СанктПетербург: Спец.Лит, – 2010. – 95 c.
8. Santhana Raj L, Nur Dayana MA, Norzarila SN, Tan CV, Afrina N () New Preparation Method of Reynolds' Stain for Transmission Electron Microscope for Liver Samples. International Journal of Medical Nano Research 2021 8(1). doi.org/10.23937/2378- 3664.1410033
9. Roy P. A histopathological study of liver and biliary remnants with clinical outcome in cases of extrahepatic biliary atresia. Indian / P.Roy, U.Chatterjee, M.Ganguli [et al.] // J. Pathol. Microbiol. – 2010. 53(1) – p 101–105. doi: 10.4103/0377-4929.59194
10.Yamaquti D.C., Patricio F.R. Morphometrical and immunohistochemical study of intrahepatic bile ducts in biliary atresia // Eur. J. Gastroenterol. Hepatol. – 2011. 23(9), – p. 759 –765. doi: 10.1097/MEG.0b013e32832e9df0.
11.Balistreri W.F. Biliary Atresia: Current Concepts and Research Directions Summary of a Symposium / W.F.Balistreri, R.Grand, J.H.Hoofnagle [et al.] //Hepatology. – 1996. 23 (6), – р.1682–1692. doi: 10.1002/ hep.510230652.
12.Yamaquti D.C., Patricio F.R. Morphometrical and immunohistochemical study of intrahepatic bile ducts in biliary atresia // Eur. J. Gastroenterol. Hepatol. – 2011. 23(9), – р. 759 –765. doi: 10.1097/MEG.0b013e32832e9df0.
Məqalə barədə təfərrüatlar:
Nəşr tarixçəsi
Dərc edilib: 15.Jan.2025
Müəllif hüququ
© 2022-2026. Nəzəri, Klinik və Eksperimental Morfologiya Jurnalı. Jurnalın elektron versiyası "Uptodate in Medicine" tibb nəşriyyatı tərəfindən dərc olunur. Bütün hüquqlar qorunur.Əlaqəli məqalələr
İNSANIN YEDDİNCI BOYUN FƏQƏRƏSİNİN ƏLAVƏ KÖNDƏLƏN ÇIXINTI DƏLIKLƏRININ MORFOLOGİYASI HAQQINDA
Baxılıb: 19


