Abstrakt
Dünyada hər il təxminən 1 milyon insan serozdan, 1 milyon insan isə viruslu hepatitdən və hepatosellular karsinomadan vəfat edir. Sirroz əlilliyə gətirib çıxaran əsas 20 səbəbindən biridir. Belə ki, bu patologiya 1,6 % - 2,1% halda əlilliyə səbəb olur [1]. Ultrasəs ilə müəyyən edilən əhali 2% -15%-də öd daşı xəstəliyi aşkar edilir [2]. Öd yollarının xərçəngi hepatobiliar sistemin xərçəng xəstəlikləri arasında dünyada ikinci yerdə durur [3].
Əsas mətn
Giriş. Dünyada hər il təxminən 1 milyon insan serozdan, 1 milyon insan isə viruslu hepatitdən və hepatosellular karsinomadan vəfat edir. Sirroz əlilliyə gətirib çıxaran əsas 20 səbəbindən biridir. Belə ki, bu patologiya 1,6 % - 2,1% halda əlilliyə səbəb olur [1]. Ultrasəs ilə müəyyən edilən əhali 2% -15%-də öd daşı xəstəliyi aşkar edilir [2]. Öd yollarının xərçəngi hepatobiliar sistemin xərçəng xəstəlikləri arasında dünyada ikinci yerdə durur [3]. Qaraciyər və öd yolları əsrlər boyu tibbin müxtəlif sahələrinə aid olan tədqiqatçıların diqqətini cəlb etmiş və cəlb etməkdədir. Bununla belə, bu orqanların quruluşunun və funksiyalarının, həmçinin uyğunlaşma, immun müdafiə xüsusiyyətlərinin bir sıra problemləri bu günə qədər həll edilməmiş qalır. [4]. Qaraciyərin və öd yollarının bəzi strukturlarını daha geniş mikroskopik və ultramikroskopik tədqiqinə hal-hazırda ehtiyac vardır. Buna görə də bu orqanlar təkcə cərrah və terapevtlərin deyil, morfoloqların da diqqət mərkəzində olmaqda davam edir [5].
Morfoloji baxımdan qaraciyərin və öd yollarının az tədqiq olunan strukturlardan biri də limfoid törəmələrdir. Limfoid strukturlar bir sıra bəd və xoşxassəli şişlərin (limfomanın, xolangiokarsinomanın, öd yollarının papıliyar törəmələrinin vəs.) mənbəyi hesab olunur [6]. Son illərdə əməkdar elm xadimi, Rusiya Elmlər Akademiyasının akademiki, professor V.B. Şadlinskinin elmi məktəbinin nümayəndələri daxili orqanların divarında yerləşən limfoid strukturların öyrə-nilməsinə həsr olunmuş çoxsaylı tədqiqat işləri aparmışlar [7,8,9,10]. Lakin, morfoloji cəhətdən qaraciyərxarici öd yollarının limfoid strukturlarının morfometrik xüsusiyyətləri normada az tədqiq olunmuşdur.
Tədqiqatın məqsədi insanın bətnxarici inkişafının müxtəlif yaş dövrlərində normada, qaraciyərxarici öd axacaqlarının limfoid düyüncüklərının morfometrik xüsusiyyətlərini öyrənmək olmuşdur.
Tədqiqatın material və metodları. Tədqiqatın materialını insanın bətnxarici inkişafının müxtəlif yaş dövrlərinə və hər iki cinsə aid 140 meyitdən götürülmüş qaraciyərxarici öd axacaqları və onların müxtəlif hissələrinin limfoid strukturları təşkil etmişdir. Qaraciyərxarici öd axacaqlarının limfoid strukturlarını tədqiq etmək üçün mikroskopik preparatlar hematoksilin-eozinlə, metilen abısı ilə, Van Gizon metodu ilə boyadılmışdır [11]. Bu üsullarla limfoid strukturların makro-mikroskopik mikroskopik quruluşu öyrənilmiş, morfometrik göstəriciləri müəyyən edilmişdir. Tədqiqat zamanı alınmış rəqəm göstəricilərinin statistik analiz variasiya və dispersiya üsullarının [12] tətbiqi ilə MS EXCEL-2019 və IBM Statistics SPSS-26
proqramlarında aparılmışdır.
Tədqiqatın nəticələri və onların müzakirəsi. Qaraciyərxarici öd axacaqlarına ümumi qaraciyər axacağı, öd kisəsinin axacağı, ümumi öd axacağı aiddir. Aparılmış histoloji tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, qaraciyər xarici öd axacaqlarının divarları epitel qatdan, selikli qişadan, selikaltı əsasdan, əzələ və birləşdirici toxuma (adventisiya) qişalarından ibarətdir. Qaraciyərxarici öd axacaqlarının bütün uzunluğu boyunca hündürlüyü onikibarmaq bağırsağa doğru artan təkqatlı silindrik epitellə örtülmüşdür.
M.A. Şorikov və başqalarının (2021) məlumatlarına görə qaraciyərxarici öd axacaqlarıı qaraciyəri on ikibarmaqbağırsaqla birləşdirən axsaqlar sistemdir və ödü daşıma funksiyasına uyğunlaşdırılmış mürəkkəb histoloji quruluşa malikdirlər. [13]. Tərəfimizdən aparılan qaraciyərxarici öd axacaqlarının limfoid strukturlarının morfologiyasının tədqiqi göstərmişdir ki, bu orqanların divarlarının selikli qişasında və selikaltı əsasda limfoid düyüncüklər, diffuz limfoid toxuma, epitel qatında isə tək-tək limfositlər müəyyən edilir (şəkil). Limfoid düyüncüklər uzunsov, dairəvi, oval formalı olub, çoxalma mərkəzi olmur. Öd kisəsi və ümumi qaraciyər axacağının selikli qişasında limfoid düyüncükləri axacağın başlanğıcından sonu istiqamətinə doğru qeyri-bərabər sıralar əmələ gətirirlər. Apardığımız tədqiqatın nəticələri bir sıra tədqiqatçıların aldığı məlumatları təsdiq edir. Belə ki, müəyyən edilmişdir ki, müxtəlif yaşlı insanların qaraciyərxarici öd axacaqları divarların selikli qişanın xüsusi səhifəsində yerləşən yaxşı inkişaf etmiş limfoid strukturlara malikdirlər. Bu orqanın limfoid strukturları diffuz limfoid toxuma və çoxalma mərkəzləri olmayan limfoid düyüncüklər ilə təmsil olunur.
Limfoid sıra hüceyrələri vəzilərin başlanğıc şöbələrinin çıxarıcı axacaqlarının ətrafında və vəzlərin stromasında yerləşirlər [14]. Öd yollarında olan limfoid düyüncüklər yerləşdiyi yerə, funksiyasına və ətraf toxumalarla qarşılıqlı əlaqəsinə görə digər orqanlardakı limfoid düyüncüklərindən fərqlənir. Onlar öd sisteminin immun müdafiəsinin bir hissəsidir və öd yollarının infeksiyalarının qarşısını alır. Həzm və ya tənəffüs sistemlərindəki limfoid düyüncüklərdən fərqli olaraq, öd yollarında düyüncüklər daha kompakt və daha az nəzərə çarpan olurlar. Onlar yerli immun reaksiyada rol oynayırlar, lakin onların aktivliyi xarici antigenlərlə daha intensiv təmasda olan bağırsağın və ya tənəffüs yollarının limfoid düyüncüklərindən daha aşağıdır. Bu limfoid düyüncüklər öd yolları ilə sıx əlaqədardır, digər orqanlarda isə daha avtonomdurlar [15]. Qaraciyərxarici ödçıxarıcı yollarının selikli qişasının bütün tədqiq edilmiş preparatlarında limfoid düyüncüklərin sayını hesabladıq (diaqram). Ölçmələrin nəticəsi göstərmişdir ki, ümumi qaraciyər axacağının divarlarında limfoid düyüncüklərinin sayı yenidoğulmuşlardan erkən uşaqlıq dövrünə doğru artaraq maksimuma çatır (M±m –94,3±7,2; 95% Eİ (AS) –75,9; 95% Eİ (YS) – 112,7; мin – 67, мax – 115). Sonrakı yaş dövrlərində bu göstərici azalır. Belə ki, erkən uşaqlıq dövrü ilə müqayisədə bu göstərici 1-ci uşaqlıq yaş dövründə (M±m – 83,0±9,6; 95% Eİ (AS) – 52,3 ; 95% Eİ (YS) – 113,7) 1,1 dəfə (Pm=0,286), 2-ci uşaqlıq yaş dövründə (M±m – 74,8±7,6; 95% Eİ (AS) – 50,6; 95% Eİ (YS) – 98,9) 1,3 dəfə (Pm=0,696), yeniyetmələrdə (M±m – 66,8±5,1; 95% Eİ (AS) –50,5; 95% - Eİ (YS) – 83,0) 1,3 dəfə (Pm=0,006), gənclərdə (M±m – 56,3±5,7; 95% Eİ (AS) –38,1; 95% Eİ (YS) – 74,4) 1,7 dəfə (Pm=0,006), 1-ci yetkinlik yaşı dövründə (M±m – 42,5±4,7; 95% Eİ (AS) –30,4; 95% Eİ (YS) – 54,6) 2,2 dəfə (Pm=0,365), 2-ci yetkinlik yaşı dövründə (M±m – 38,3±4,3; 95% Eİ (AS) –27,4; 95% Eİ (YS) – 49,3) 2,2 dəfə (Pm=0,696), ahıl yaş dövründə (M±m – 32,2±2,6; 95% Eİ (AS) –26,2; 95% Eİ (YS) – 38,2) 2,9 dəfə (Pm=0,196), və qocalarda (M±m –32,2±2,8; 95% Eİ (AS) –25,8; 95% Eİ (YS) – 38,6) 2,9 dəfə (Pm=0,247) azalır.
Erkən uşaqlıq yaş dövründə ümumi qaraciyər axacağının limfoid düyüncüklərinin sayının göstəriciləri ilə yenidoğulmuş, südəmər, 1-ci uşaqlıq, gənclik, 1-ci və 2-ci yetkinlik, ahıl, qocalıq yaş dövrlərinin eyni göstəriciləri arasında fərqlər statistik dürüst olmuş, lakin, 2-ci uşaqlıq, yeniyetmə yaş dövrlərinin eyni göstəriciləri arasında fərqlər statistik dürüst olmamışdır. Öd kisəsi axacağının selikli qişasında limfoid düyüncüklərin sayı erkən uşaqlıq yaş dövründə (M±m – 64,2±6,2; 95% Eİ (AS) –48,2; 95% Eİ (YS) – 80,1) yenidoğulmuşlarla (M±m – 30,0±1,6; 95% Eİ (AS) –26,3; 95% Eİ (YS) – 33,7) 2,1 dəfə (Po=0,005), südəmərlərlə (M±m –35,5±3,2; 95% Eİ (AS) – 27,2; 95% Eİ (YS) – 43,8) müqayisədə 1,8 dəfə (P=0,002) çox olur.
Erkən uşaqlıq dövründə ilə müqayisədə bu göstərici sonrakı yaş dövrlərində azalır. Belə ki, limfoid düyüncüklərinin sayı erkən uşaqlıq yaş dövrü ilə müqayisədə 1-ci uşaqlıq yaş dövründə (M±m – 54,8±6,3; 95% Eİ (AS) –34,6; 95% Eİ (YS) – 74,9) 1,2 dəfə (Pm=0,336), 2-ci uşaqlıq yaş dövründə (M±m – 50,5±5,6; 95% Eİ (AS) –32,8; 95% Eİ (YS) – 68,2) 1,3 dəfə (Pm=1,000), yeniyetmələrdə (M±m – 45,0±5,1; 95% Eİ (AS) – 28,9; 95% Eİ (YS) – 61,1) 1,4 dəfə. (Pm = 0,050), gənclərdə (M±m – 40,0±4,8; 95% Eİ (AS) –24,7; 95% Eİ (YS) – 55,3) 1,6 dəfə (Pm =0,088), 1-ci yetkinlik yaş dövründə (M±m – 34,2±2,7; 95% Eİ (AS) –27,4; 95% Eİ (YS) – 41,0) 1,9 dəfə (Pm =0,155), 2-ci yetkinlik yaşı dövründə (M±m – 30,0±2,8; 95% Eİ (AS) – 22,7; 95% Eİ (YS) – 37,3) 2,1 dəfə (Pm =1,000), ahıl yaş dövründə (M±m –26,6±1,4; 95% Eİ (AS) –23,4; 95% Eİ (YS) – 29,8) 2,4 dəfə (Pm =0,154) və qocalarda (M±m – 21,3; 95% Eİ (AS) –21,3; 95% Eİ (YS) – 27,1) 2,9 dəfə (Pm =0,016) azalır.
Erkən uşaqlıq yaş dövründə öd kisəsi axacağının limfoid düyüncüklərinin sayının göstəriciləri ilə yenidoğulmuş, südə-mər, 1-ci və 2-ci yetkinlik, ahıl yaş qocalıq yaş dövrlərinin eyni göstəriciləri arasında fərqlər statistik dürüst olmuş, lakin 1-ci və 2-ci uşaqlıq, yeniyetmə, gənclik dövrlərinin eyni göstəriciləri arasında fərqlər statistik dürüst olmamışdır. Ümumi öd axacağının selikli qisasında limfoid düyüncüklərinin sayı yenidoğulmuşlardan (M±m – 24,3±1,7; 95% Eİ (AS) – 20,2; 95% Eİ (YS) – 28,3) erkən uşaqlıq dövrünə doğru artaraq maksimuma çatır (M±m – 42,3±2,8; 95% Eİ (AS) –35,3; 95% Eİ (YS) – 49,4). Ümumi öd axacağının divarlarında limfoid düyüncüklərinin sayı erkən uşaqlıq yaş dövrü ilə müqayisədə 1-ci uşaqlıq yaş dövründə (M±m – 36,5±4,0; 95% Eİ (AS) – 23,9; 95% Eİ (YS) – 49,1) 1,2 dəfə (Pm=0,334), 2-ci uşaqlıq yaş dövründə (M±m – 32,3±4,3; 95% Eİ (AS) – 18,5; 95% Eİ (YS) – 46,0) 1,3 dəfə (Pm=0,106), yeniyetmələrdə (M±m – 30,0±3,9; 95% Eİ (AS) – 17,5; 95% Eİ (YS) – 42,5) 1,4 dəfə (Pm= 0,268), gənclərdə (M±m – 23,3±4,6; 95% Eİ (AS) – 8,5; 95% Eİ (YS) – 38,0) 1,8 dəfə (Pm= 0,443); 1-ci yetkinlik yaş dövründə (M±m – 12,0; 95% Eİ (AS) –12,0; 95% Eİ (YS) – 28,0) 2,1 dəfə (Pm=0,155), 2-ci yetkinlik yaş dövründə (M±m – 17,2±3,0, 95% Eİ (AS) – 9,4; 95% Eİ (YS) – 24,9) 2,5 dəfə (Pm=0,106), ahıl yaş dövründə (M±m – 15,0±1,4; 95% Eİ (AS) – 11,7; 95% Eİ (YS) – 18,3) 2,8 dəfə (Pm=0,004) və qocalarda (M±m –14,8±1,5; 95% Eİ (AS) – 11,5; 95% Eİ (YS) – 18,1) 2,9 dəfə (Pm=0,002) az olur.
Erkən uşaqlıq yaş dövründə ümumi öd axacağının limfoid düyüncüklərinin sayının göstəriciləri ilə yenidoğulmuş, südəmər, 1-ci uşaqlıq, 1-ci və 2-ci yetkinlik, ahıl, qocalıq yaş dövrlərinin göstəriciləri arasında fərqlər statistik dürüst olmuş, lakin, 2-ci uşaqlıq, yeniyetmə, gənclik yaş dövrlərinin göstəriciləri arasında fərqlər statistik dürüst olmamışdır. Tərəfimizdən limfoid düyüncüklərin faizlə sayının yerləşmə xüsusiyyətlərinin təhlili aparılmışdır. Öd axacaqlarının yerləşmə göstəriciləri arasındakı fərqlər statistik dürüst olmuşdur.
Müəyyən edilmişdir ki, limfoid düyüncüklərin faizlə sayı yenidoğulmuşların ümumi qaraciyər axacağında öd kisəsi axacağına nisbətən 1,2 dəfə (PH=0,001), ümumi öd axacağına nisbətən 1,5 dəfə (PH=0,001) çoxdur (diaqram). Südəmər uşaqlarda ümumi qaraciyər axacağında bu göstəricisi öd kisəsi axacağı ilə müqayisədə 1,2 dəfə (PH=0,008) və ümumi öd axacağı ilə müqayisədə 1,4 dəfə (PH=0,008) yüksəkdir. Erkən uşaqlıq yaş dövründə ümumi qaraciyər axacağının bu göstəricisi öd kisəsi axacağı ilə müqayisədə 1,5 dəfə (PH=0,002) və ümumi öd axacağı ilə müqayisədə 2,2 dəfə (PH=0,002) yüksəkdir.1-ci uşaqlıq yaş dövründə ümumi qaraciyər axacağında bu dəyər öd kişisi axacağının eyni göstəricisindən 1,5 dəfə (PH=0,013), ümumi öd axacağının göstəricidən 2,3 dəfə (PH=0,013) yüksəkdir. 2-ci uşaqlıq yaş dövründə ümumi qaraciyər axacağında bu dəyər öd kisəsi axacağının eyni göstəricisindən 1,5 dəfə (PH=0,013), ümumi öd axacağının göstəricidən 2,3 dəfə (PH=0,013) yüksəkdir.
Yeniyetmələrdə ümumi qaraciyər axacağında bu göstərici öd kisəsi axacağındakı göstəricidən 1,5 dəfə (PH=0,015) və ümumi öd axacağındakı göstəricidən 2,2 dəfə (PH=0,015) yüksəkdir. Gənclərdə ümumi qaraciyər axacağında bu göstərici öd kisəsi axacağındakı göstəricidən 1,4 dəfə (PH=0,019) və ümumi öd axacağındakı göstəricidən 2,4 dəfə (PH=0,019) yüksəkdir. 1-ci yetkinliyin yaş dövründə ümumi qaraciyər öd axacağında bu dəyər öd kisəsi axacağının eyni göstəricisindən 1,2 dəfə 24(PH=0,009), ümumi öd axacağının göstəricidən 2,1 dəfə (PH=0,009) yüksəkdir. 2-ci yetkinliyin yaş dövründə ümumi qaraciyər axacağında bu dəyər öd kisəsi axacağının eyni göstəricisindən 1,3 dəfə (PH=0,005), ümumi öd axacağının göstəricidən 2,2 dəfə (PH=0,005) yüksəkdir. Ahıl yaş dövründə ümumi qaraciyər axacağında limfoid düyüncüklərin sayı öd kisəsi axacağına nisbətən 1,2 dəfə (PH<0,001), və ümumi öd axacağına nisbətən 2,1 dəfə (PH<0,001) çoxdur. Qocalarda ümumi qaraciyər axaca-ğında limfoid düyüncüklərin sayı öd kisəsi axacağına nisbətən 1,3 dəfə (PH<0,001), və ümumi öd axacağına nisbətən 2,2 dəfə (PH<0,001) çoxdur. Digər tədqiqatçılar da boşluqlu orqanların divarlarında yerləşən limfoid dü-yüncüklərin regional və fərdi xüsusiyyətlərə malik olmasını sübut etmişlər. Müəyyən olunmuşdur ki, nəfəs borusu və baş bronxların limfoid düyünсüklərinin sayı və ölçüləri, proksimo-distal istiqamətdə azalır. Limfoid törəmələrin fərdi struktur xüsusiyyətləri az yenidoğulmuşlardə, ən çox isə ahıl və qocalıq yaş dövrlərində ifadə olunur [9].
Yekun. Beləliklə, qaraciyərxarici öd axacaqlarının divarlarında limfoid düyüncüklərin sayı erkən uşaqlıq dövründə maksimal həddə çatır, sonrakı yaş dövrlərində isə bu göstəricinin qiyməti azalır. Limfoid düyüncüklərin faizlə sayının yerləşmə xüsusiyyətlərinin təhlili göstərdi ki, bütün yaş dövrlərində ümumi qaraciyər axacağında bu göstərici öd kisəsi axacağına və ümumi öd axacağına nisbətdə daha yüksəkdir. Bütün yaş dövrlərində fərdi minimal və maksimalgöstəricilər ümumi qaraciyər axacağından ümumi öd axacağına qədər azalır.
Tədqiqatda alınmış nəticələrdən qaraciyərxarici öd axacaqlarının immun müdafiə mexanizmlərinin yaş dinamikasını və onlarla əlaqəli patoloji proseslərin yaranma səbəblərini başa düşməkdə, immun pozğunluqların korreksiya üsullarının hazırlanmasında istifadə edilə bilər.
Şəkillər
Açar sözlər
İstinadlar
1. Stawinska-Witoszynska B. Trends in the Incidence of Acute Hepatitis B in the Polish Population and Their Determinants. / B.Stawinska-Witoszynska, J.Klos [et al.] // – Kaunas: Medicina, – 2021. Jul 22, 57(8), – p. 738. doi: 10.3390/medicina57080738
2. Brandon, T. Biliary Issues in the Bariatric Population / T.Brandon, D.O.Grover, N.Shanu [et al.] // Surgical Clinics of North America. – 2014. April 94(2), – p. 413-425. doi: https://doi.org/10.1016/j.suc.2014.01. 003
3. Marcano-Bonilla, L. Biliary tract cancers: epidemiology, molecular pathogenesis and genetic risk associations / L.Marcano-Bonilla, A.M.Essa, M.Taofic [et al.] // –Shatin: Chinese Clinical Oncology, – 2016 Oct, 5(5):61. doi: 10.21037/cco.2016.10.09.
4. Мяделец, О.Д. Функциональная морфология и элементы общей патологии печени. Монография / О.Д.Мяделец Е.И.Лебедева – Витебск: УО “Витебский государственный медицинский университет” – 2018. – 339с.
5. Kruepunga, N. Anatomy of rodent and human livers: What are the differences? / N.Kruepunga, T.B.Hakvoort, J.P.Hikspoors [et al.] // Biochim Biophys Acta Mol Basis Dis, – 2019, May 1, 1865(5), – p. 869-878. doi: 10.1016/j.bbadis.2018.05.019.
6. Mocchegiani, F. Intraductal papillary neoplasm of the bile duct: The new frontier of biliary pathology / F.Mocchegiani, P.Vincenzi, G.Conte [et al.] // World Journal of Gastroenterology, – 2023. Oct 14, 2925(38), – p. 5361-5373. doi: 10.3748/ wjg.v29.i38.5361.
7. Шадлинский, В.Б., Гусейнова, Г.А. Морфологические характеристики железистого аппарата мочевого пузыря на разных этапах постнатального онтогенеза // – Санкт-Петербург: Морфология, – 2011. № 1, – c. 68-73.
8. Аллахвердиев, М.К. Структурно – функциональная характеристика и закономерности морфогенеза железистого и лимфоидного аппаратов внепеченочных желчевыводящих путей человека в постнатальном онтогенезе: / автореферат дисс. доктора медицинских наук. / – Баку, 2007. – 40 с
9. Гусейнов, Б.М. Морфологические особенности желез и лимфоидных структур трахеи и главных бронхов у человека в постнатальном онтогенезе и в эксперименте у крыс при воздействии водных процедур с разным солевым составом: / автореферат дисс. доктора медицинских наук. / – Баку, 2011. – 40с.
10.Шадлинская, С.В. Макромикроскопическая анатомия, закономерности морфогенеза малых желёз и лимфоидных образований преддверия влагалища в постнатальном онтогенезе человека и в эксперимент / автореферат дисс. доктора медицинских наук. / – Баку. 2021. – 61
11. Коржевский, Д.Э. Основы гистологиче-ской техники / Д.Э.Коржевский – Санкт-Петербург: Спец.Лит, – 2010. – 95 c.
12.Qafarov İ.A. Biostatistika / İ.A.Qafarov. –Bakı; Müəllim, – 2021. – 238s.
13.Шориков М.А. Проксимальные внепеченочные желчные протоки с органной позиции / М.А.Шориков, О.Н.Сергеева, М.Г.Лаптева [и др.] // – Москва: Онкологический журнал: лучевая диагностика, лучевая терапия –2021. № 1, – c. 74-93
14.Сайиджанова, Ф.Л. Патоморфологическая характеристика лимфоидных образований и желез желчного пузыря человека в норме и при патологии // – Саратов: Экономика и социум. – 2021. №3, c. –319-313
15.Петренко, В.М. Иммунопротективная система и ее устройство // – Москва: Международный журнал прикладных и фундаментальных исследований, – 2014. №8, – с. 67-70.
Məqalə barədə təfərrüatlar:
Nəşr tarixçəsi
Dərc edilib: 25.Oct.2025
Müəllif hüququ
© 2022-2026. Nəzəri, Klinik və Eksperimental Morfologiya Jurnalı. Jurnalın elektron versiyası "Uptodate in Medicine" tibb nəşriyyatı tərəfindən dərc olunur. Bütün hüquqlar qorunur.Əlaqəli məqalələr
Baxılıb: 30


