Abstrakt
XX əsrin 80–ci illərinin əvvəllərində Avstraliyalı tədqiqatçılar B. Marşall və C.Uorren mədə -12 bağırsaq bağırsaq xoralarının əsas səbəbinin mədənin turş – peptiki təsirləri ilə deyil məhz Helicobacter pylori tərəfindən törədilən spesifik infeksion proses olduğunu sübut etmişlər [1,2]. Helicobacter pylori infeksiyası dünyada ən geniş yayılmış bakterial infeksiyalardandır. Bu mikroorqanizm xroniki qastrit və peptiki xora xəstəliyinin yaranmasında rol oynayır və adenokarsinoma və mədənin selikli qişasının limfoid toxumasının limfoması kimi mədə-bağırsaq sisteminin xərçəng prosesləri üçün risk amili rolunu oynayır. Son dövrlərdə aparılan elmi-tədqiqatlar dəri, ürək-damar, revmatizm, tənəffüs sistemi xəstəliklərindən xroniki obstruktiv ağciyər xəstəliyi, xroniki vərəm və bronxiostaz kimi mədə-bağırsaq sistemindən kənar patologiyaları olan şəxslər arasında H.pylori mikroorqanizminin rast gəlinməsinin yüksək olduğunu göstərmişdir.
Əsas mətn
Giriş. XX əsrin 80–ci illərinin əvvəllərində Avstraliyalı tədqiqatçılar B. Marşall və C.Uorren mədə -12 bağırsaq bağırsaq xoralarının əsas səbəbinin mədənin turş – peptiki təsirləri ilə deyil məhz Helicobacter pylori tərəfindən törədilən spesifik infeksion proses olduğunu sübut etmişlər [1,2]. Helicobacter pylori infeksiyası dünyada ən geniş yayılmış bakterial infeksiyalardandır. Bu mikroorqanizm xroniki qastrit və peptiki xora xəstəliyinin yaranmasında rol oynayır və adenokarsinoma və mədənin selikli qişasının limfoid toxumasının limfoması kimi mədəbağırsaq sisteminin xərçəng prosesləri üçün risk amili rolunu oynayır. Son dövrlərdə aparılan elmi-tədqiqatlar dəri, ürək-damar, revmatizm, tənəffüs sistemi xəstəliklərindən xroniki obstruktiv ağciyər xəstəliyi, xroniki vərəm və bronxiostaz kimi mədə-bağırsaq sistemindən kənar patologiyaları olan şəxslər arasında H.pylori mikroorqanizminin rast gəlinməsinin yüksək olduğunu göstərmişdir. Qeyd edilən bu assosasiativ hallar mikroorqanizmin bu patologiyaların etiopatogenetikasında potensial rolunun göstəricisi ola bilər. Hesablamalar göstərir ki, dünya əhalisinin demək olar ki, yarısı bu bakteriya ilə yoluxmuşdur ki, bu göstərici ayrılıqda Asiya qitəsində daha yüksəkdir. H.pylori mikrooqanizminin xoraya səbəb olduğu aşkar edilsə də, onun bütün ştammlarının xəstəliyə səbəb olub-olmaması və nə üçün uyğun mikroorqanizmə yoluxmuş şəxslərin bəzilərinin asimptomatik olması tam izah edilməmişdir.
Hal-hazırda ÜST belə infeksiyaların törədicilərinə qarşı antibiotiklərin inkişaf etdirilməsinə deyil, onlara qarşı effektiv vaksinlərin hazırlanmasına üstünlük verməyə çağırır. Hal-hazırda H.pylori mikroorqanizminə qarşı effektiv vaksinin hələ əldə edilmədiyi üçün antibiotikoterapiya tətbiq edilmıli olur. Ancaq buna baxmayaraq, antibiotikoterapiya da düşünülmüş şəkildə icra edilməlidir. Düzgün antibiotikoterapiya strategiya və taktikası seçmək üçün ilk öncə mədədən götürülmüş bioloji materiallardan uyğun mikroorqanizmin təmiz kulturası yetişdirilərək saf şəkildə alınmalı və qəti təsir göstərən ən optimal antibiotik seçilərək qəfil tətbiq edilməlidir. Belə taktika, mikroorqanizmlərdə şok effekti yaradır və ilk həmlədən onların əksəriyyətinin məhvinə nail olunur. Mikroorqanizmlərin sayı müalicə əsnasında nə qədər çox olarsa onların koloniyaları birlikdə daha davamlı xarakter daşıyır və mikro-orqanizmlərin tətbiq edilən antibakterial vasitəyə qarşı rezistentlik yaratmaları üçün şansları olur. Bu onların təkamül nəticəsində əldə etdikləri uyğunlaşma rekasiyasıdır. Hal-hazırda metranidazol və klaritromisinə qarşı rezistent ştammların yaranması yuxarıda bəhs etdiyimiz amillərlə əlaqədar baş vermişdir. Əgər bu problemlərin izahı verilsəydi H.pylori mikroorqanizminə qarşı müalicəni daha effektiv təşkil etmək və mikroorqanizmin antibiotiklərə qarşı rezistentliyinin inkişaf etməsinə mane olmaq olardı. üsullarla qeyri-invaziv testlərə əsaslanır. Bu üsullar sadəliyi və tez nəticə vermələri ilə seçilirlər. Buna baxmayaraq, H.pylori mikroorqanizminin mədə biopsiyası nümunələrində aşkar edilməsi və kulturası invaziv qastroduodenoskopiya tələb edir [3-6].
Helikobakteriozun diaqnostikasında metodların böyük bir qrupundan istifadə edilir ki, onların da arasında aşağıdakı invaziv metodlar daha yüksək həssaslığı və spesifikliyi ilə fərqlənir: bakterial kultural metod (BKM), biokimyəvi ureaza metodu (BUM), zəncirvari polimeraza reaksiyası (ZPR), morfo –histoloji metod (MHM) və morfo –sitoloji metod (MSM) [7, 8]. Müasir dövrümüzdə insanların iş rejimi və həyat tərzi onların mədə-bağırsaq sistemlərində problemlərin meydana gəlməsinə səbəb olur. Sadaladığımız metodların hamısı qastroduodenal sistemin selikli qişasından götürülmüş biopsiya materiallarının müayinəsinə əsaslanır. İnvaziv metodlar zəhmət tələb edən, bahalı və travmagen olsa da, onlar qastroduodenal patologiyalı xəstələr arasında helikobakteriozun diaqnostikasında geniş tətbiq edilir. Praktikada H.pylori infeksiyasına olan maraq onun diaqnostikasının müxtəlif metodlarının meydana gəlməsi və inkişafına şərait yaratmışdır [9, 10].
Tədqiqatın məqsədi xəstə qruplarında müxtəlif amillərin H.pylori ştammlarının rast gəlinməsinə təsirlərinin öyrənilməsi olmuşdur.
Tədqiqatın material və metodları. H.pylori mikroorqanizmi və onun törətdiyi xəstəlik müasir dövrümüzn aktual mövzusunu əhatə edir. H.pylori mikroorqanizminin müxtəlif növ və ştamları aşkar edilmişdir ki, onların da hər biri müxtəlif antibiotik növlərinə həssas ola bilər. Ümumiyyətlə hər bir infeksion proses zamanı törədicinin laborator yolla müəyyən edilməsi və sonradan ona qarşı həssaslığı müəyyən etmək yolu ilə planlaşdırılan müalicə daha effektiv olur. Bu məqsədlə tədqiqatın 3 mərhələli sxemi tərtib edilmişdir. Həzm traktının müxtəlif şöbələrindən əldə edilmiş kulturalardan izolə edilmiş H.pylori populyasiyalarının müxtəlif antibakterial preparatlara qarşı həssaslıqlarının qiymətləndirilməsi məqsədilə tərəfimizdən qastroduodenitdən əziyyət çəkən, yaşı 20-35 arasında tərəddüd edən, digər somatik və infeksion xəstəliyi olmayan, kişi cinsinə məxsus 30 nəfər qastro-duodenit xəstəsinin mədəsinin antral hissəsi və 12-barmaq bağırsağın selik qişasından götürülmüş selikli qişa yaxmalarının mikrobioloji analiz nəticələri tədqiq edilmişdir. Mikrobioloji müayinələr Bakı Şəhər Dezinfeksiya İdarəsində aparılmışdır. Tədqiqat zamanı xəstələrini bu yaş intervalında olması və kişi cinsinə məxsus şəxslərin seçilməsi zamanı məqsədimiz yaşla əlaqədar baş verən dəyişikliklər və qadınlarda baş verən aybaşı, hamiləlik və s. kimi disbalans törədən patoloji və fizioloji dəyişikliklərin 25 tədqiqatın nəticələrinə təsir etmə imkanlarını minumuma endirməkdir. Qeyd edilən xəstələrin selikli qişa nümunələrinin mikrobioloji kulturaları əldə edildikdən sonra kulturadakı H.pylori nümayəndələri izolə edilmişdir. Bakterioloji kultural metod (BKM) H.pylori-ni becərmək üçün optimal mühit kimi tərtib edilmiş (yuxarıya bax) və bu üsul müqayisənin etalonu vəzifəsini yerinə yetirir. Biokimyəvi ureaza metodu (BUM), bu üsulda reaktiv kimi: sidik cövhəri 2 qr, 0,5%-li fenol qırmızısı (fenol fuksin), 10 ml; fosfat bufer məhlulu 0,01 M pH 6,0 100 ml-ə qədər.
Hazırlanmış məhlulu 4-80C temperaturda 2 həftəyə qədər saxlayırlar. Bioptat mikrosınaqlar aparmaq üçün hazırlanmış sınaq şüşələrinə (və yaxud immunoloji reaksiyalar qoyulan planşetin yuvacıqlarına) daxil edilmişdir. Reaksiyanın nəticəsi reaktivin sarı rəngdən moruğu rəngə keçməsilə müsbət hesab edilir. Morfoloji histoloji metodda (MHM) bioptatdan əşya şüşəsi üzərində basma yaxmalar hazırlanmış, sonra yuyulmuş və ümumi qəbul olunmuş qayda üzrə fiksasiya edilmiş, bir rəng məhlulu ilə boyadılmış və mikroskopun immersion sistemilə (böyütmə x630) mikroskopiya edilmişdir. Daha sonra izolatlardan əldə edilmiş təmiz koloniyalarda Amoksisillin, Siprofloksasin, Tetrasiklin, Eritromisin, Metronidazol və Seftriakson kimi antibakterial vasitələrə qarşı həssaslıq göstəriciləri müvafiq “antibiotik diskləri” tətbiq etməklə öyrənilmişdir və müşahidələr aparılmışdır. Disklərin ətrafında koloniya sahəsinin məhv olma radiusuna görə koloniyaların müvafiq preparatlara qarşı həssaslıqları “yüksək həssaslıq”, “zəif həssaslıq” və preparata qarşı davamlı –“rezistent” olmaqla klassifikasiya edilmişdir.
Xarici amillərin təsiri altında H. pylori-nin tez məhv olmasını nəzərə alaraq, diaqnostik səmərə əldə etmək üçün biopsiya materialını laboratoriyaya tez çatdırmaq lazımdır. Hazırda bu məqsədlə bir sıra kommersiya daşınma mühitlərindən istifadə edilir ki, onlar H.pylori-nin 2-4 saatdan 72 saata qədər müddətdə diri saxlanmasına imkan verir. Daşınma mühitlərindən ən çox istifadə ediləni aşağıdakılardır: inyeksiya üçün işlədilən steril qlükoza məhlulu, kampilobakteriyalar üçün 40%-li quru daşınma qidalı mühiti; sterilliyə nəzarət üçün qidalı mühit (tioqlikol mühiti); bakterioloji mühitlər üçün normal duru at zərdabı; təzə götürülmüş, fibrinsizləşdirilmiş at qanı; infeksiya üçün liofilləşdirilmiş sidik cövhəri, 20%-li fenol-ftalein məhlulu. Alınmış ədədi verilənlər müasir tələbləri nəzərə almaqla statistik metodlarla işlənmişdir. Qrup göstəriciləri üçün orta qiymətlər (M), onların standart xətası (m), sıraların minimal (min) və maksimal (max) qiymətləri, həmçinin qruplarda keyfiyyət göstəricilərinin rastgəlmə tezliyi müəyyən edilmişdir.
Variasion sıralar arasındakı fərqin ilkin qiymətləndirilməsi üçün Styüdentin tmeyarı parametrik metodundan, cüt-cüt əlaqəli variantlar üçün seçilmiş göstəricilər arasındakı orta fərq və hissələr arasındakı fərqin qiymət¬ləndirilməsindən istifadə edilmişdir. Sonra alınmış nəticələrin yoxlanması və dəqiqləşdirilməsi məqsədilə qeyri-parametrik meyarlardan – Uilkoksonun (Manna-Uitni) U-meyarı, tezliklərin analizi üçün Pirsonun χ2 – meyarından istifadə edilmişdir. Öyrənilən göstəricilər arasındakı əlaqənin gücünü müəyyən etmək məqsədilə korrelyasion analiz aparılmışdır.
Tədqiqatın nəticələri və onların müzakirəsi. Tədqiqat zamanı I qrupu təşkil edən stomatoloq tərəfindən xroniki generalizə olunmuş parodontit diaqnozu qoyulmuş 35 nəfər xəstədən 20-sinin mədəsinin antral hissəsinin selikli qişa nümunələrində H.pylori aşkar edilmişdir və bu müvafiq qrupun 57,1%-ni əhatə etmişdir. Müayinələrə cəlb edilmiş 28 nəfər mədə turşusundan asılı xəstəliyi olan (II qrup) qastroduodenitli xəstələrdən götürülmüş mədənin selikli qişası nümunələrindən 17-ində yaxud bu qrupdakı xəstələrin 60,7%-ində H.pylori növ aşkar edilmişdir. Tədqiqatın bu mərhələsində alınmış nəticələr mədənin turuşuluğundan asılı olan xəstəlik olan qastroduodenitli xəstələrin mədələrinin selikli qişası nümunələrində daha çox hallarda H.pylori növü aşkar edilmişdir. Müxtəlif sosial qruplara mənsub şəxslərdə H.pylori növünün rast gəlinməsinin öyrənilməsi nəticəsində tədqiqatın ilk mərhələsi zamanı 120 nəfərdən ibarət müxtəlif kurslara mənsub tələbələrin 27 nəfəri I kursda təhsil almışdır. Bu 27 nəfərdən 17 nəfəri, yaxud I kursda təhsil alan tələbələrin 63%-ində H.pylori mikroorqanizmi ilə yoluxma qeydə alınmışdır. Tədqiqatın bu mərhələsinə cəlb edilmiş 120 nəfər tələbədən 25 nəfəri II kursda təhsil alanlar olmuşdur və onlardan 11-i yaxud 44% -ində müvafiq növə yoluxma müşahidə olunmuşdur.
Tədqiqata cəlb edilmiş 120 nəfər tələbədən 25 nəfəri III kursda təhsilini davam etdirənlər olmuşdur və bu tələbələrdən 15 nəfərində yaxud müvafiq kursda təhsil alan tədqiqat obyektlərinin 60%-ində H.pylori ilə yoluxma halı qeydə alınmşdır. Tədqiqatın bu mərhələsi üçün nəzərdə tutulmuş müvafiq tələbələrdən (n=120) IV kursda təhsil alanların sayı 23 nəfər olmuşdur ki, onlardan 14 nəfəri yaxud IV kursda təhsil alan tələbələrin 60,9%-i H. pylori növü ilə yoluxmuş vəziyyətdə olmuşdur. Tədqiqata cəlb edilmiş 120 tələbə. Tədqiqatın bu mərhələsində alınmış nəticələr mədənin turuşuluğundan asılı olan xəstəlik olan qastroduodenitli xəstələrin mədələrinin selikli qişası nümunələrində daha çox hallarda H.pylori növü aşkar edilmişdir. Müxtəlif sosial qruplara mənsub şəxslərdə H.pylori növünün rast gəlinməsinin öyrənilməsi nəticəsində tədqiqatın ilk mərhələsi zamanı 120 nəfərdən ibarət müxtəlif kurslara mənsub tələbələrin 27 nəfəri I kursda təhsil almışdır. Bu 27 nəfərdən 17 nəfəri, yaxud I kursda təhsil alan tələbələrin 63%-ində H.pylori mikroorqanizmi ilə yoluxma qeydə alınmışdır. Tədqiqatın bu mərhələsinə cəlb edilmiş 120 nəfər tələbədən 25 nəfəri II kursda təhsil alanlar olmuşdur və onlardan 11-i yaxud 44% -ində müvafiq növə yoluxma müşahidə olunmuşdur. Tədqiqata cəlb edilmiş 120 nəfər tələbədən 25 nəfəri III kursda təhsilini davam etdirənlər olmuşdur və bu tələbələrdən 15 nəfərində yaxud müvafiq kursda təhsil alan tədqiqat obyektlərinin 60%-ində H.pylori ilə yoluxma halı qeydə alınmşdır. Tədqiqatın bu mərhələsi üçün nəzərdə tutulmuş müvafiq tələbələrdən (n=120) IV kursda təhsil alanların sayı 23 nəfər olmuşdur ki, onlardan 14 nəfəri yaxud IV kursda təhsil alan tələbələrin 60,9%-i H. pylori növü ilə yoluxmuş vəziyyətdə olmuşdur. Tədqiqata cəlb edilmiş 120 tələbədən 20 nəfəri V kursda təhsil alanlar olmuşdur ki, onlardan da 13 nəfəri yaxud onların 65%-i H.pylori növünə yoluxmuş vəziyyətdə olmuşlar. Beləliklə, ümumilikdə tədqiqata cəlb edilmiş 120 nəfər I (n=27), II (n=25), III (n=25), IV (n=23) və V(n=20) kurslarda təhsil alan tələbələrdən 70 nəfərində yaxud onların 58,3%-ində mədə-bağırsaq sisteminin xora və zədələnmələrinin əsas mikrobioloji etioloji amilini təşkil edən H.pylori ilə yoluxma halı qeydə alınmışdır. Tədqiqatın Bakı şəhərində məskunlaşmış 110 nəfər məcburi köçkünlər obyekt kimi seçildiyi və müvafiq sosial təbəqədə yaş qrupları üzrə H.pylori növü ilə yoluxma hallarının öyrənilməsi həyata keçirilmiş 2-ci mərhələsində yaşı 16-35 arasında tərəddüd edən şəxslərin sayı 62 nəfər Cədvəl.I qrup və mədə turşusundan asılı xəstəliyi olan (II qrup) qastroduodenitli xəstələrin mədəsinin selikli qişası nümunələrində H.pylori növünün rast gəlinməsi Parametrlər Qruplar üzrə xəstələrin sayı Mədəsinin selikli qişasında H.pylori aşkar edilmiş xəstələrin sayı Sayla Faizlə I qrup 35 20 57,1 II qrup 28 17 60,7 27 olmuşdur Bu yaş qrupuna daxil edilmiş şəxslərdən isə 48 nəfərin bu və ya digər üsulla H.pylori növü aşkar edilmişdir ki, bu da müvafiq yaş intervalına mənsub məcburi köçkünlərin 77,4%-ni əhatə etmişdir. Tədqiqatın bu mərhələsi üçün müayinələrə cəlb edilmiş 110 nəfər məcburi köçkünlərdən 48 nəfərinin yaşı 36-44 intervalında olmuşdur. Bu yaş intervalına daxil etdiyimiz tədqiqat obyektlərindən 42 nəfərində yaxud onların 87,5%-ində müvafiq mikroorqanizm növünə rast gəlinmişdir (diaqram). Müvafiq sosial təbəqədə yaş qrupları üzrə H.pylori növü ilə yoluxma hallarının öyrənilməsi həyata keçirilmiş 2-ci mərhələsində ümumilikdə 90 nəfərdə müvafiq mədə-bağırsaq sisteminin xora və zədələnmələrinin əsas mikrobioloji etioloji amilini təşkil edən H.pylori ilə yoluxma müşahidə edilmişdir ki, bu da ümumilikdə 81,8%
təşkil edir.
Tədqiqata cəlb edilmiş ümumi xəstələrdən 9 nəfərində isə mədənin selikli qişasından əldə edilmiş bioloji materiallarda H.pylori növü aşkar edilmədiyinə baxmayaraq, diş əti nümunələrin qeyd edilən növə rast gəlinmişdir və belə pasiyentlərin sayı ümumi xəstələrin 13,2 ± 4,1%-dir. Bu mərhələdə kliniki baxımdan parodontunda hər hansı bir xəstəlik diaqnozu qoyulmayan və müvafiq yaş intervalında olan 25 nəfər qastroduodenitli xəstələr qrupundan əldə edilmiş ağız suyu nümunələrindən 12 ədədində yaxud bu qrupdan əldə edilmiş nümunələrin 48%-ində H.pylori izolə edilmişdir. Tədqiqatın ikinci mərhələsinin nəticələri dişəti və digər parodont toxumalarında xəstəliyi olan şəxslərin ağız suyu numunələrində.Müvafiq sosial təbəqədə yaş qrupları üzrə H.pylori növü ilə yoluxma hallarının öyrənilməsi həyata keçirilmiş 2-ci mərhələsində ümumilikdə 90 nəfərdə müvafiq mədə-bağırsaq sisteminin xora və zədələnmələrinin əsas mikrobioloji etioloji amilini təşkil edən H.pylori ilə yoluxma müşahidə edilmişdir ki, bu da ümumilikdə 81,8% təşkil edir. Tədqiqata cəlb edilmiş ümumi xəstələrdən 9 nəfərində isə mədənin selikli qişasından əldə edilmiş bioloji materiallarda H.pylori növü aşkar edilmədiyinə baxmayaraq, diş əti nümunələrin qeyd edilən növə rast gəlinmişdir və belə pasiyentlərin sayı ümumi xəstələrin 13,2 ± 4,1%-dir. Bu mərhələdə kliniki baxımdan parodontunda hər hansı bir xəstəlik diaqnozu qoyulmayan və müvafiq yaş intervalında olan 25 nəfər qastroduodenitli xəstələr qrupundan əldə edilmiş ağız suyu nümunələrindən 12 ədədində yaxud bu qrupdan əldə edilmiş nümunələrin 48%-ində H.pylori izolə edilmişdir. Tədqiqatın ikinci mərhələsinin nəticələri dişəti və digər parodont toxumalarında xəstəliyi olan şəxslərin ağız suyu numunələrində H.pylori növləri nisbətən daha çox hallarda qeydə alınır. Bu hal çox güman ki, parodont xəstəlikləri zamanı dərinləşmiş diş əti ciblərində anaerob mikroorqanimzlərin, o cümlədən də müvafiq mikroorqanizmlərin koloniyalaşması ilə əlaqədardır. Apardığımız tədqiqatlar qastroduodenal patologiyanın inkişafında H.pylori-nin rolunu nəinki təsdiq edir və hətta helikobakteriozun müstəqil infeksiya olmasını və xüsusi diaqnostik, kliniki-müalicəvi yanaşmaya malik olan bir patologiya olduğunu qəbul etməyi tələb edir.
Yekun. Qeyd etmək lazımdır, mikroorqanizmlərin mikrobioloji xüsusiyyətləri Diaqram. Müxtəlif yaş qrupuna mənsub olan məcburi köçkünlərdə H.pylori növünün aşkarlanması 28 nə qədər dərindən öyrənilsə də yenə də elmə məluma olmayan xüsusiyyətlər mübahisəyə açıq qalır. Ona görə klinikada hər hansı bir mikrobioloji xəstəliyə qarşı mübarizə aparmaq üçün ən əlverişli metod mikroorqanizmin saf kulturasının alınması və antibiotik diskləri vasitəsilə həssaslığın müəyyən edilməsidir. Son illərin tədqiqatları göstərir ki, helikobakterioz dünya əhalisinin ən geniş yayılmış xəstəliklərindən biridir, inkişaf etməkdə olan ölkələrdə isə, belələrinə bizim respublika da aiddir, onunla yoluxma 80-90%-ə çatır. Bununla bərabər, qastrit, mədə və onikibarmaq bağırsaq xorası və digər mədə-bağırsaq patologiyaları kimi geniş yayılmış və sosial-iqtisadi cəhətdən əhəmiyyətli xəstəliklər 80%-dən çox hallarda helikobakterioz törədiciləri – Helicobacter pylori ilə assosiasiyalaşmış olurlar. Ona görə də, helikobakteriozun klinik təzahürləri əsasən bu xəstəliklər fonunda öyrənilmişdir, onların kompleks terapiyasına antihelikobakterioz vasitələrin daxil edilməsi isə məcburi xarakter daşıyır. Bütün bunları nəzərə alaraq, Bir H.pylori mikroorqaniz-mi və onun törətdiyi xəstəlik müasir dövrümüzn aktual mövzusunu əhatə edir. Müvafiq tədqiqatın nəticələri, praktiki həkimlərin fəaliyyəti və onların uyğun xəstələrdə müalicə taktikalarının təkmilləşdirmələri üçün şərait yaratmışdır. Müalicə zamanı antibiotiklərin tədqiqatda göstərildiyi kimi selektiv seçilməsi daha tez kliniki nəticələrin əldə edilməsinə şərait yarada bilər. Profilaktik tədbir kimi infeksiya mənbəyinin ləğvinə doğru yönəldilmiş və xarici mühitin H.pylori ilə çirklənmə intensivliyinin azaldılmasına səbəb ola biləcək helikobakterioz infeksiyasının diaqnozunun müəyyən edilməsi və müalicəsi nə qədər epidemioloji əhəmiyyətə malik olsa da, iqtisadi cəhətdən bu işin həyata keçirilməsi qeyri-mümkün olan bir məsələdir və infeksiyanın əhali arasında yayılmasının qarşısını ala bilməz. Bu məsələ, digər bağırsaq infeksiyalarında həyata keçirilən epidemioloji əsaslanmış profilaktik tədbirlərə analoji olaraq həll edilə bilər. Çünki bu həm iqtisadi cəhətdən həyata keçirilə bilər və həm də yüksək səviyyəli sağlamlaşdırma effekti verər. Helikobakteriozun epidemiologiyasının hərtərəfli təhlili ilk dəfə bizə bu cür kompleks tədbirləri hazırlamağa imkan verdi.
Şəkillər
Açar sözlər
İstinadlar
1. Buzás G.M. Benign and malignant gastroduodenal diseases associated with Helicobacter pylori: A narrative review and personal remarks in 2018. Minerva Gastroenterol Dietol. 2018;64, p. 280–296.
2. Fagoonee S., Pellicano R. Helicobacter pylori: Molecular basis for colonization and survival in gastric environment and resistance to antibiotics. A short review. Infectious Dis. 2019;51, p. 399–408.
3. Malfertheiner P., Megraud F., O’Morain C. A., Gisbert J. P. European Helicobacter and Microbiota Study Group and Consensus panel. Management of Helicobacter pylori infection-the Maastricht V/Florence Consensus Report / P.Malfertheiner, F.Megraud, C.O’Morain [et al] // Gut. 2017, Jan; 66 (1): p. 6–30. doi: 10.1136/gutjnl-2016-312288.
4. Mégraud F. Helicobacter pylori resistance to antibiotics in Europe and its relationship to antibiotic consumption /F.Mégraud, S.Coenen, A.Versporten [et al.] // Gut. 2013;62:34–42.
5. Tacconelli E. Discovery, research, and development of new antibiotics: The WHO priority list of antibiotic-resistant bacteria and tuberculosis / E.Tacconelli, E.Carrara, A.Savoldi / [et al.] // Lancet Infect Dis. 292018;18:318–27. [
6. Jones N.L. ESPGHAN, NASPGHAN. Joint ESPGHAN/NASPGHAN Guidelines for the Management of Helicobacter pylori in Children and Adolescents (Update 2016) / N.L.Jones, S.Koletzko, K.Goodman [et al.] // J Pediatr Gastroenterol Nutr. 2017; 64 (6): 99; 1–1003. doi: 10.1097/MPG.0000000000001594.
7. Jina Vazirzadeh, Moghim, S., Falahi, J. Comparison of Four Invasive Methods for Diagnosis of Helicobacter pylori Infection: Fluorescence in situ Hybridization, Histology, Culture, Rapid Urease Test. // Mol. Genet. Microbiol. 2020. 35, p. 123–128 doi: 10.3103/S0891416820020111
8. Silva L.L.L. Diagnostic performance between histopathological and molecular methods in the detection of Helicobacter pylori / L.L.L.Silva, I.M.C.Calassa, A.K.S.Oliveira [et al.] // J Bras Patol Med Lab. 2021; 57(1): p. 1‑7. doi:10.5935/1676-2444.20210037
9. Akinpelu O.O. Current concepts of Helicobacter pylori infection. / O.O.Akinpelu, H.S.Samuel, D.A.Undie [et al.] // Eur J Med Res. 2025 Dec 29; 31(1): p. 169. doi: 10.1186/s40001-025-03725-7.
10. Dumra S., Ray A. Recent advances in Helicobacter pylori diagnosis, treatment, and management: a comprehensive review. Explor Dig Dis. 2025; 4, p. 100598. doi: 10.37349/edd.2025.10059
Məqalə barədə təfərrüatlar:
Nəşr tarixçəsi
Dərc edilib: 01.Oct.2026
Müəllif hüququ
© 2022-2026. Nəzəri, Klinik və Eksperimental Morfologiya Jurnalı. Jurnalın elektron versiyası "Uptodate in Medicine" tibb nəşriyyatı tərəfindən dərc olunur. Bütün hüquqlar qorunur.Əlaqəli məqalələr
2020–2022-Cİ İLLƏRDƏ AZƏRBAYCANDA COVID-19 ÜZRƏ EPİDEMİOLOJİ VƏZİYYƏTİN KOMPLEKS TƏHLİLİ
Baxılıb: 22


