Abstrakt
Dünyəvi söz ustası, söz dahisi və sözə yüksək dəyər verən M. Füzuli yazırdı: “Elm haqqa, həqiqətə aparan bilgilər sistemidir”. Sözün həqiqi mənasında bu bilgilər sisteminin fədakarlarından biri də professor Vaqif Şadlinskidir. Vaqif müəllim həm də böyük rus alimi Landaunun qeyd etdiyi kimi qazancınızərrələrdən başlanğıc götürən elm mənbəyinin külliyatından, nəsibini isə uzunmüddətli gərgin araşdırmalarından alanlardandır.
Əsas mətn
Bu günə kimi oxuduqlarım, gördüklərim və eşitdiklərim məni, dünyanın ən müdrik şəxsiyyətləri həyatını xalqının gələcəyinə, fəaliyyətini isə Vətəninin inkişafına həsr edənlərdir, qənaətinə gəlməyə sövq etdi. Böyük fərəh hissi ilə qeyd etmək istərdim ki, ömrünün düz 50 ilini tələbələrinə elmi biliklərin aşılanmasına, layiqli tibbi kadrların hazırlanmasına, gələcəyin yüksək mənəviyyatlı həkim kontingentinin formalaşmasına həsr edərək daim bu məramla əlində qələm, zəkasında bilik, ürəyində sevgi ilə əsil həkim hazırlamaq arzusuna doğru irəliləyənlərdən biri də hamımızın sevimlisi əməkdar elm xadimi, tibb elmləri doktoru, professor Vaqif Şadlinskidir. Beləliklə, belə bir ziyalı alim və kamil insan haqqında bildiyim həqiqətlərlə qarşınızdayam.
Şəkillər
Açar sözlər
İstinadlar
Məqalə barədə təfərrüatlar:
Nəşr tarixçəsi
Dərc edilib: 18.Oct.2019
Müəllif hüququ
© 2022-2026. Nəzəri, Klinik və Eksperimental Morfologiya Jurnalı. Jurnalın elektron versiyası "Uptodate in Medicine" tibb nəşriyyatı tərəfindən dərc olunur. Bütün hüquqlar qorunur.Əlaqəli məqalələr
DENTİN HİPERHƏSSASLIĞININ AĞIRLIQ DƏRƏCƏSİNİN ORAL SAĞLAMLIQLA ƏLAQƏLİ HƏYAT KEYFİYYƏTİNƏ TƏSİRİ
Baxılıb: 30


