Abstract
In this article, we observed the unified view of the macromicroscopic parameters of the organ by examining the macromicroscopic structure of the thyroid gland, which is actively involved in the body's compensation and adaptation processes. The purpose of the research work is to study the macromicroscopic structural features of the thyroid gland during adolescence. In our scientific work we used from silver impregnation method by Kupriyanov, toluoidine and hematoxylin-eosin staining methods. Based on our observations, polymorphism is observed in the follicles of the thyroid gland during adolescence, as well as a decrease in the height of the follicle epithelium, presence of sometimes prismatic, mostly cuboidal and flat epithelium is noticeable. A cuboidal epithelium is noted at a height of 5-7 μm. In different age periods, especially in teenagers, the neurovascular relationship, the nerve sheaths are often found. The morphological features of structural homeostasis is characterized by the formation of changes in the activity of the thyroid gland under the influence of strumogen factors. The changes in the microcirculatory system are observed at the initial stages. Macroscopic parameters, as well as functional insufficiency of the thyroid gland, depend on gender and age. So, the diameter of follicles in males with age decreases by an average of 10-12% in different parts of the gland and in females it increases by an average of 4-5%. During the macromicroscopic examination of the thyroid gland were obtained the 10-13% nodular, 80-86% follicular and 80-90% diffuse types of goiter in our study. The intrafollicular proliferation as 30-32% is noted in thyroid gland epithelium. The results obtained in the study can be used as preventive step during various pathologies of the thyroid gland.
Full article
Giriş. Mühüm daxili sekresiya vəzilərindən olan qalxanabənzər vəzinin morfoloji xüsusiyyətlərinin öyrənilməsi hər zaman böyük maraqla izlənilir. Belə ki, son illərdə endokrin patologiyaların artması ilə əlaqədar olaraq tədqiqatçılar tərəfindən qalxanabənzər vəziyə maraq artmışdır. Bu sahədə tədqiqatlar qalxanabənzər vəzi patologiyalarının müalicəsi zamanı daha effektiv cərrahi əməliyyatların aparılması baxımından faydalıdır. Normada insanların qalxanabənzər vəzisinin ölçüləri və həcminin təyininin nəticələri bu və ya digər patologiyaların dəyərləndirilməsi üçün normativ kimi istifadə oluna bilər. Morfoloji müayinə metodları ilə uzun müddət qalxanabənzər vəzinin ölçülərini müəyyən edərkən meyit preparatlarından istifadə olunmuşdur. Bu sahədə aparılmış tədqiqatlar əsasən elmi-nəzəri əhəmiyyətə malik olub, daha çox tövsiyə xarakteri daşıyırdı. Müasir diaqnostik üsullardan istifadə qalxanabənzər vəzinin morfometrik ölçülərinin diri insanda müəyyən edilməsi üçün yeni imkanlar açmışdır. Qalxanabənzər vəzi termininin elmə ilk dəfə hələ II əsrdə Qalen tərəfindən gətirilməsi qeyd edilir. Həmin dövrdə qalxanabənzər vəzi xüsusilə də qadınlarda insan boynuna gözəl şəkil verən bir orqan kimi göstərilirdi. Məlum olduğu kimi qalxanabənzər vəzinin hormonları maddələr mübadiləsini, eləcə də, toxuma və orqanların inkişafını təmin edir. O cümlədən bu hormonlar ürək-damar və sinir sistemlərinin, həzm traktının fəaliyyətini tənzimləyir, reproduktiv funksiyaya, süd və tər vəzilərinin fəaliyyətinə də təsir göstərir. Qalxanabənzər vəzinin çox az dərəcədə funksional pozğunluqları zamanı belə digər orqanlarda da patologiyalar yarana bilər. Odur ki, qalxanabənzər vəzi fəaliyyətinin qiymətləndirilməsi yaş artdıqca gələcəkdə osteoporoz əmələ gəlməsinin qarşısını vaxtında ala bilər. Məlumdur ki, osteoporoz skeletin metabolik xəstəliyi olub, sümük toxumasının zədələnməsi, eləcə də sümüklərin deformasiyası və sınığı ilə nəticələnən bir xəstəlikdir. Sümük toxumasının əsas hissəsi quruluşca demək olar ki, uşaqlıq və gəncik dövrlərində möhkəmlənir, 25 yaşında artıq maksimuma çatır. 35 yaşdan sonra isə sümük kütləsi azalmağa başlayır. Qeyd edilir ki, bu azalma il ərzində kişilərdə 0,5%, qadınlarda isə 4%-lə özünü büruzə verir. Bu onunla izah edilir ki, 35 yaşdan sonra sümüklərdə kalsiumun azalması daha intensiv gedir. Belə müəyyən edilir ki, 40-45 yaşa qədər qadınlarda, sümüklərin möhkəmliyini estrogenlər (cinsi hormonlar) qoruyub saxlayır, lakin sonra onların ifrazı get-gedə azaldığından təbii ki, bu sümük kütləsinə də öz təsirini göstərir. İnsanda yaşla əlaqədar və bədənin quruluş xüsusiyyətlərindən asılı olaraq qalxanabənzər vəzinin ölçüsü dəyişə bilir. Dünyada qalxanabənzər vəzi xəstəliklərinin ən çox yayılmış səbəbi yod çatışmazlığıdır. Patologiyanın yayılması və tezliyi yod çatışmazlığının dərəcəsindən asılıdır. Müəyyən edilmişdir ki, yüngül yod çatışmazlığı ilə urun rast gəlmə tezliyi 20%-ə qədərdir. Orta dərəcəli 30%-ə qədər, ağır yod çatışmazlığı ilə müşayiət olunan patologiyalara isə 30%-dən çox rast gəlinir.
Nəzərə almaq lazımdır ki, qalxanabənzər vəzi patologiyaları müxtəlif morfoloji və klinik xüsusiyyətlərə malikdir. Bu baxımdan urun əmələ gəlmə səbəblərini təkcə yod çatışmazlığı ilə əlaqələndirmək olmaz. Diffuz toksik urun inkişafına genetik, demoqrafik və ətraf mühit amilləri də daxil edilə bilər. Digər səbəblərə də Qreyvs xəstəliyi, anadangəlmə hipotiroidizm, doğuşdan sonrakı tiroidit, sarkoidoz və amiloidoz, hipofiz vəzinin adenomaları və s. daxildir. Belə güman edilir ki, xəstəliyin yayılmasında radioloji görüntüləmədən istifadənin artması və ultrasəs ilə daha teztez müayinə də səbəb ola bilər. Piylənmə, insulin müqaviməti və metabolik sindromun patoloji vəziyyətin, eləcə də vəzinin ölçüsünün artmasına səbəb ola biləcəyi düşünülür. Tədqiqatın məqsədi müxtəlif yaş dövrləri, xüsusilə yeniyetmə dövründə qalxanabənzər vəzinin makromikroskopik quruluş xüsusiyyətlərinin öyrənilməsindən ibarət olmuşdur. Tədqiqatın material və metodları: Tədqiqatda Azərbaycan Tibb Universitetinin İnsan anatomiyası və tibbi terminologiya kafedrasında saxlanılan insan meyitlərindən götürülmüş qalxanabənzər vəzi preparatlarından (12 ədəd) istifadə edilmiş, həmçinin endokrin patologiyası olan şəxslərdən cərrahi əməliyyat nəticəsində götürülmüş vəzilər (15 ədəd) araşdırılaraq müqayisəli şəkildə təhlil edilmişdir. Tədqiqat materialı 3 yaş qrupunu əhatə edir: I qrup (12-16 yaş), II qrup - (17-21 yaş), III qrup isə yaşlı şəxslərdir. Tədqiqat zamanı Kupriyanov üsulu ilə gümüşlə impreqnasiya, toluoidin abısı, hematoksilin-eozin ilə boyama üsullarından istifadə olunmuşdur. Tədqiqatın nəticələri və onların müzakirəsi: İnsanda daxili sekresiya vəzilərinin, o cümlədən qalxanabənzər vəzinin ölçülərinin fərdi, yaş və cinsi xüsusiyyətlərinin öyrənilməsi nəzəri-klinik əhəmiyyət kəsb edir. Tədqiqatımızda orqanizmin kompensasiya və uyğunlaşma proseslərində fəal iştirak edən orqanın makromikroskopik parametrlərinin mənzərəsini formalaşdırmağa çalışmışıq. Azərbaycanda V.B.Şadlinskinin rəhbərliyi ilə qalxanabənzər vəzinin morfologiyası ilə əlaqədar tədqiqatların aparılması davam edir. Müşahidələrimiz nəticəsində, yaş dövrlərinə nəzər saldıqda, yeniyetmə dövründə qalxanabənzər vəzi follikullarının kəskin surətdə böyüməsi polimorfizmlə nəzərə çarpır. Belə ki, proliferasiyaya uğramış follikulların sayı artır ki, bu da qalxanabənzər vəzi fəaliyyətinin güclənməsi ilə səciyyələnir. Yeniyetmə dövründə qalxanabənzər vəzidə sinir elementləri ilə damarların saya əzələ elementlərinin sıx rabitədə olması müşahidə olunur. Qeyd edilən dövrlərdə bir-birindən birləşdirici toxuma qatları ilə hüdudlanan damar-sinir kompleksi tez-tez rast gəlinir, ancaq magistral damarlar bir, bəzən bir neçə sinir kötükləri ilə müşayiət olunur. Tədqiqat nəticəsində belə müəyyən etdik ki, qalxanabənzər vəzinin damar-sinir kompleksi yeniyetmə dövründə mürəkkəb dəyişikliyə məruz qalır. Belə ki, damar-sinir dəstəsinin differensiasiyası yerləşməsi cəhətdən daha çox nəzərə çarpır. Bu mənada yeniyetmə dövründə vəzidə sinir kələflərinin sıx şəkildə yerləşməsi və sinir keçiriciliyinin çox olması qeyd edilir. O cümlədən damar-sinir münasibətlərini izlədikdə, postkapillyar və venulalara paralel şəkildə bir-birini müşayiət edən çox miqdarda sinir kələflərinə tez-tez rast gəlmək olur. Yeniyetmə dövrünə qədər müxtəlif formalı follikullar tez-tez təsadüf edilir. Diffuz urun daha çox rast gəlinən forması isə kolloid ur olmuşdur. Yeniyetmə dövründə qalxanabənzər vəzidə follikul epitelinin hündürlüyünün azalması, nadir hallarda prizmatik, əksərən isə kubşəkilli və yastı epitel nəzərə çarpır. Qalxanabənzər vəzinin tiroid epitelində 30-32% intrafollikulyar, daha çox isə ekstrafollikulyar proliferasiya qeyd edilir. Endemik bölgələrdə yeniyetmə dövründə qalxanabənzər vəzinin parenximatoz və parenximatoz ̶ follikulyar növləri müşahidə edilir.
Endemik bölgələrdə yeniyetmə dövründə qalxanabənzər vəzinin parenximatoz və parenximatoz-follikulyar növləri müşahidə edilir. Struktur homeostazın morfoloji xüsusiyyətlərinin öyrənilməsi strumogen amillərin təsiri nəticəsində qalxanabənzər vəzinin fəaliyyətində dəyişikliklərin əmələ gəlməsi ilə səciyyələnir. Belə ki, ilkin mərhələlərdə mikrosirkulyator şəbəkədə dəyişikliklər müşahidə olunur. O cümlədən follikulyar epitelin hiperplaziyası ilə follikul boşluğunda invaginatların əmələ gəlməsi qeyd edilir.
Qalxanabənzər vəzi hipofiz tərəfindən onun fəaliyyətini stimullaşdırmaq üçün tirotrop hormonuna cavab olaraq tiroid hormonu (tiroksin/T4 və triiodotironin/T3) ifraz edir. Onlar hüceyrələrin metabolizmi üçün çox vacibdir. Daxili sekresiya vəzisi eləcə də, kalsium mübadiləsində mühüm rolu olan kalsitonin hormonunu ifraz edir. Orqanizmdə yod çatışmazlığı səbəbindən tiroid hormon istehsalının azalması ilə TSH artır və bu uzun müddət qalxanabənzər vəzi follikullarının hiperplaziyası və nəticədə onun ölçüsünün böyüməsinə səbəb ola bilir. Belə müəyyən edilir ki, urun yayılmasında irqi deyil, irsi fərq vardır. Müşahidələrimizə əsasən ur bəzi ailələrdə tez-tez rast gəlinir. Urun əmələ gəlməsi və yayılmasında həmçinin siqaret çəkmə, selenium və dəmir çatışmazlığı ilə bağlı problemlər də klinik praktikada geniş mövcudluğu ilə nəzərə çarpır. Müşahidələr göstərir ki, urun etiologiyasında irsiyyət mühüm rol oynayır. O cümlədən bir çox dərmanların qəbulu tiroid hormonu sintezinin azalmasına səbəb ola bilər və TSH stimulyasiyasını artıra bilər. Belə müəyyən edilir ki, yetkinlər üçün tövsiyə olunan yod qəbulu gündə 150 µg, hamiləlik zamanı 220 µg/gün, uşaqlar üçün isə 90-120 µq/gün təşkil edir.
Tədqiqatımızda makromikroskopik müayinə nəticəsində yeniyetmə dövründə qalxanabənzər vəzidə sekretor tsiklik fazalarının birini digərini üstələməsi və ya geriləməsi müşahidə olunur. Müşahidələrimiz zamanı qeyd etdik ki, tsiklik dəyişiklikər, xüsusilə də bu yaş dövründə rast gəlinən fazanın geri qalması getdikcə adenoma, kolloid kista, eləcə də adenokistomalar yarada bilər.
Demək olar ki, bütün yaş dövrlərində parenximatoz-follikulyar tip quruluşlu vəzilər müşahidə olunur. Erkən uşaqlıq dövründə follikulların ölçüsü orta hesabla 200mkm-ə qədər, birinci və ikinci uşaqlıq dövrlərində isə göstərilən ölçüdən artıq olur. Qeyd edilən yaşlar üzrə, həmçinin yeniyetmə dövründə müxtəlif formalı follikullar müşahidə olunur. Yeniyetmə dövründə kürəvi, yaxud oval formalı follikullar tez-tez nəzərə çarpmış olur. Vəzi epitelinin hündürlüyü müxtəlif olur. Kubabənzər epiteli 5-7mkm hündürlükdə nəzərə çarpır.
Qalxanabənzər vəzidə sekretor tsikl fazalarının nisbət dəyişikliyi kolloid mayesinin də əhəmiyyətli dərəcədə azalmasına səbəb olur. Qalxanabənzər vəzinin makroskopik parametrləri cinsdən və yaşdan asılıdır. Müəyyən edilmişdir ki, kişilərdə follikulların diametri yaş artdıqca vəzinin müxtəlif nahiyələrində orta hesabla 10-12% azalır, qadınlarda isə orta hesabla 4-5 % artır. Yetkinlik dövründə kişilərdə follikulların ümumi sahəsi nisbətən çox olur. Qadınlarda isə orta hesabla 18% müşahidə edilir. Yaş artdıqca kişilərdə və qadınlarda follikul sahəsi orta hesabla 15,8% azalır; kişilərdə və qadınlarda follikulyar epitelin hündürlüyü qocalıq dövründə maksimum həddə çatır .
Figures
Keywords
References
1. Шадлинский В.Б-В Структурная организация и морфофункциональные особенности щитовидной железы в норме и при струмогенном воздействии. – Баку, – 1998, – с. 40-48.
2. Шадлинский В.Б. Структурный гомеостаз и морфофункциональные особенности щитовидной железы в условиях нормы и зобогенного воздействия: / aвтореферат докторской диссертации / – Баку, – 2000, – с.19-25.
3. Колесникова E.B. Патоморфологические эквиваленты структорной перестройки щитовидной железы у суцидентов при повешении: / aвтореферат кандидатской диссертации / – Москва, – 2008, – с.12- 22.
4. Erkan M.E. Efficiency of radioactive I-131 therapy in geriatric patients with toxic nodular goiter / M.E.Erkan, H.Demirin, M.Aşik [et al.] // Aging Clin Exp Res. – 2012. Dec;24(6), – р. 714-717.
5. Resende P.N. Pemberton Sign: A Recommendation to Perform Arm Elevation Spirometry With Flow-Volume Loops // P.N.Resende, M.B.de Menezes, G.A.Silva [et al.] // Chest. – 2015. Dec;148(6), – р. e168-e170.
6. Yildirim Simsir I., Cetinkalp S., Kabalak T. Review of Factors Contributing to Nodular Goiter and Thyroid Carcinoma // Med Princ Pract. – 2020, 29(1), – p. 1-5.
7. Knobel M. Etiopathology, clinical features, and treatment of diffuse and multinodular nontoxic goiters // J Endocrinol Invest. – 2016, Apr;39(4), – p. 357-373.
8. Zheng R. A contemporary analysis of goiters undergoing surgery in the United States / R.Zheng, A.J.Rios-Diaz, D.P.Thibault // Am J Surg. – 2020. Aug;220(2), – p. 341-348.
9. Can A.S., Nagalli S. StatPearls Publishing; Treasure Island (FL). [Electronic resource], Jul 3, 2023. Substernal Goiter.
10.Bel Lassen P, Kyrilli A, Lytrivi M, Corvilain B. Graves' disease, multinodular goiter and subclinical hyperthyroidism P.Bel Lassen, A.Kyrilli, M.Lytrivi // Ann Endocrinol (Paris). – 2019. Sep;80(4), – p. 240-249.
Article Info:
Publication history
Published: 15.Jan.2025
Copyright
© 2022-2025. Azerbaijan Medical University. E-Journal is published by "Uptodate in Medicine" health sciences publishing. All rights reserved.Related Articles
COMPARATIVE ANALYSIS OF MYCOLOGICAL FEATURES OF THE SKIN MICROBIOME IN INDIVIDUALS WITH BAD HABITS
Viewed: 21


