Abstract

Department of Human Anatomy and Medical Terminology, Azerbaijan Medical University, Baku, Azerbaijan In the presented fragment of the work, the study and analysis of the thickness of the skin-fat folds of separate areas of the upper arm and forearm in Azerbaijani girls aged 16-17 and 18-20 years, belonging to different somatotypes, and their application in medical practice. 329 Azerbaijani girls aged 16-17 years and 426 men aged 18-20 years were examined as research subjects. Method B.A. Nikityuk – V.P. Constitutional groups and somatotypes were revealed by Chtetsov, and the thickness of the skin-fatty fold was determined by the caliperometer method, which is considered one of the classic anthropometric methods. The research results showed that in girls of asthenic narrow-boned somatotype at the age of 16-17 years, the thickness of the skin-fatty fold on the back surface of the upper arm was minimal (6 mm), and in euriplastic somatotypes, this indicator was maximal, that is, – 3.43 times greater (PU<0.001). For girls aged 18-20 years, the similar indicator did not change. The indicator of the thickness of the skin-fat fold on the inner surface of the upper arm was minimal in girls of the asthenic narrow-boned somatotypes at the age of 16-17 years, and this indicator was – 3.92 times greater in euriplastic tall somatotypes. In girls 18-20 years old, the thickness of the skin-fatty fold of the inner surface of the upper arm was the smallest, i.e. minimal, in asthenic narrow-boned somatotypes compared to others, it was – 4.80 times (PU<0.001) less than in euriplastic tall somatotypes. The thickness of the skin-fatty fold of the inner surface of the shoulder was the smallest, t.е. minimal, in girls 16-17 years asthenic somatotypes т.е. – 5.73 times (PU<0.001) less than in euriplastic tall somatotypes. In girls 18-20 years old, this indicator was minimal in asthenic narrow-boned girls and maximal, i.e. - 5.73 times (PU<0.001) more, in euriplastic tall somatotypes. In girls 18–20 years old, this indicator was minimal in girls belonging to the asthenic narrow-boned body type, and maximum in the euriplastic tall body type, i.e. – 6.61 times more (PU<0.001). Thus, the analysis of the obtained data allows us to conclude that there are signs of a tendency to obesity in girls belonging to the picnic, mesoplastic and euriplastic body type at the age of 16-17 and 18-20 years. In such cases, it is advisable to turn to nutritionists and dietitians for the correction of the diet for preventive purposes.

Full article

Tədqiqatın məqsədini müxtəlif somatotiplərə mənsub 16-17 və 18-20 yaş həddində olan gənc azərbaycanlı qızlarda sağ yuxarı ətrafın bazu və said nahiyələrinin dəri-piy büküşü qalınlığının kaliperometrik tədqiqi təşkil edir.

Tədqiqat materialı və metodları.
Tədqiqat işinə cəlb edilən Azərbaycan populyasiyasına aid qızlardan 329 nəfəri 16-17, 426 nəfəri isə 18-20 yaş həddində olub və onların böyük əksəriyyəti Azərbaycan Tibb Universitetində, qismən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında, qismən də Bakı şəhərindəki tam orta məktəblərdə təhsil alan müvafiq yaş qruplarına aid tələbə və şagirdlər olub.

Tədqiq edilən gənc qızların da tərəfimizdən şərti olaraq iki yaş qrupuna bölünməsinin səbəbi, əsasən, gənclik yaşı dövrü boyunca onların fiziki inkişaf dinamikasının təhlilinin əsas meyar kimi qəbul edilməsi olmuşdur. Belə bölgü həm də onunla əlaqələndirilir ki, qızlarda məhz gənclik yaşı dövründə hormonal təsirlər, xüsusilə də estrogen hormonu təsirləri yüksəlir və onlarda ikincili cinsi əlamətlərin formalaşması prosesi özünü daha aşkar büruzə verir.

Tədqiqat işinin yerinə yetirilməsində müasir antroponutrisiologiyada və bədən komponentlərinin tədqiqində geniş istifadə olunan bioimpedansometriyadan  – bizim işimizdə “İn Bodi 770” cihazından, eləcə də bədənin müxtəlif nahiyələrinin dəri-piy büküşü qalınlığını ölçən kaliperometr adlı ölçü alətindən istifadə olunub.

Sağ yuxarı ətrafda bazunun yuxarı üçdəbirinin arxa – üçbaşlı əzələ nahiyəsində dəri-piy büküşü qalınlığının ölçüsü aparılarkən qol sərbəst və boşalmış halda, yana sallanmış vəziyyətdə olub, büküş isə şaquli (boylama) istiqamətdə yerləşib; həmçinin, sağ qol boşalmış və yana sallanmış vəziyyətdə olmaq şərtilə, bazunun yuxarı üçdəbir hissəsinin içəri tərəfində ikibaşlı əzələ nahiyəsində, eləcə də, saidin yuxarı üçdəbir hissəsinin ən yoğun yerinin içəri nahiyəsində boylama istiqamətdə olmaqla dəri-piy büküşü qalınlığı ölçüləri tədqiq edilib.

Somatotipləşdirmə Б.А.Никитюк – В.П.Чтецов diaqnostik sxemi üzrə aparılıb, rəqəm göstəricilərinin statistik işlənməsi metodlarından istifadə olunub. Belə ki, tədqiqat zamanı alınmış göstəricilər variasiya sıralarına bölünüb. Variasiya sıraları cədvəl və qrafiklərdə orta (M – orta hesabi göstərici, ±m – standart xəta, min (max) - ən kiçik (ən böyük) göstərici, 95% etibarlıq intervalı) və orta struktur göstəricilərindən (Me – Median, Q1, Q3 – kvartillər) istifadə edilib. Sıraların müqayisəsi üçün qeyri-parametrik U-Mann-Whitney meyarı tətbiq olunub, hesablamalar SPSS-26 statistik paketində aparılıb.

Tədqiqatın nəticələri və onların müzakirəsi.
Tədqiqat zamanı müxtəlif somatotiplərə aid 16-17 və 18-20 yaş qruplarından olan gənc azərbaycanlı qızlarda sağ yuxarı ətrafın dəri-piy büküşü qalınlığının təhlili aparılıb (cədvəl). Cədvəldən də göründüyü kimi astenik ensizsümüklü somatotipə aid 16-17 yaş həddində olan qızlarda bazunun arxa nahiyəsində dəri-piy büküşü qalınlığı minimaldır (6,0 mm), onunla müqayisədə stenoplastik somatotipdə bu göstəricinin – 1,93 (PU <0,001), mezoplastiklərdə – 2,13 (PU<0,001), pikniklərdə – 4,03 dəfə (PU<0,001) çox olduğu aşkar edilib.

Həmin göstəricinin qiyməti asteniklərlə müqayisədə eyni yaş qrupundan olan atletik qızlarda ‒ 1,56 (PU<0,001), subatletiklərdə ‒ 1,97 (PU<0,001), euriplastik bəstəboylarda ‒ 3,43 (PU<0,001), euriplastik hündürboylarda da ‒ 3,43 (PU<0,001), qeyri-müəyyən konstitusiya qrupuna aid qızlarda isə – 3,25 dəfə (PU<0,001) çox olub (qrafik 1).

Astenik ensizsümüklü somatotipə aid 18-20 yaşlı qızlarda bazunun arxa nahiyəsinin yuxarı üçdəbir hissəsinin dəri-piy büküşü qalınlığının qiyməti minimal olub və bununla müqayisədə astenik enlisümüklü somatotipə aid qızlarda bu göstərici demək olar ki, dəyişilməyib.

Astenik ensizsümüklü somatotiplərə mənsub 16-17 yaşlı qızlarda bazunun içəri nahiyəsinin dəri-piy büküşü qalınlığının göstəricisi minimal olub və bu göstərici ilə müqayisədə həmin qiymət stenoplastik somatotiplərdə ‒ 1,56 (PU<0,001), mezoplastiklərdə – 1,95 (PU<0,001), pikniklərdə ‒ 4,26 dəfə (PU<0,001) çox olması qeydə alınıb.

Əldə olunan dəlillərə görə, 18-20 yaş həddində olan gənc qızlarda bazunun içəri nahiyəsinin dəri-piy büküşü qalınlığı astenik ensizsümüklü somatotiplərdə digərlərinə nisbətən minimal olub. Bununla əlaqədar olaraq sübut edilib ki, astenik ensizsümüklü somatotiplərə aid qızlarda bu göstərici demək olar ki, dəyişilməyib, digər somatotiplərdən olan stenoplastik somatotiplərə aid qızlarda həmin göstəricinin qiymətinin astenik ensizsümüklü somatotiplərdəki göstəricinin qiymətindən – 1,57 dəfə (PU<0,001), mezoplastiklərdə – 2,42 dəfə (PU<0,001), pikniklərdə – 4,59 dəfə (PU<0,001), atletiklərdə – 1,78 dəfə (PU<0,001), subatletiklərdə – 2,42 dəfə (PU<0,001), euriplastik bəstəboy qızlarda – 4,38 dəfə (PU<0,001), euriplastik hündürboylarda – 4,80 (PU<0,001) və qeyri-müəyyən konstitusiya qrupunda – 3,40 dəfə (PU<0,001) çox olub.

16-17 yaşlı astenik ensizsümüklü somatotiplərə aid qızlarda saidin içəri nahiyəsinin dəri-piy büküşü qalınlığının ölçüsü digər somatotiplərə nisbətən minimal olub. Odur ki, astenik ensizsümüklü somatotiplərlə müqayisədə həmin göstəricinin stenoplastik somatotiplərdə ‒ 2,46 dəfə (PU<0,001), mezoplastiklərdə ‒ 2,92 dəfə (PU<0,001), pikniklərdə ‒ 5,53 dəfə (PU<0,001) çox olması qeyd olunub.

Araşdırmalar göstərir ki, astenik ensizsümüklü somatotiplərə aid 18-20 yaşlı qızlarda saidin içəri nahiyəsinin dəri-piy büküşü qalınlığının ölçüsü digər somatotiplərdən fərqli olaraq minimal qiymətə malikdir. Astenik ensizsümüklü somatotiplərlə müqayisədə analoji göstəricinin qiymətinin stenoplastik somatotiplərdə ‒ 2,46 dəfə (PU<0,001), mezoplastiklərdə ‒ 3,69 dəfə (PU<0,001), pikniklərdə ‒ 6,5 (PU<0,001), atletiklərdə ‒ 2,80 dəfə (PU<0,001), subatletiklərdə ‒ 3,23 dəfə (PU<0,001), euriplastik bəstəboy qızlarda ‒ 6,34 dəfə (PU<0,001), euriplastik hündürboylarda ‒ 6,61 dəfə (PU<0,001), qeyri-müəyyən konstitusiya qrupunda ‒ 5,03 dəfə (PU<0,001) çox olması qeyd olunub.

Beləliklə, əldə olunan dəlillərin təhlilindən belə nəticəyə gəlmək olar ki, 16-17 və 18-20 yaş qruplarına aid astenik və atletik somatotiplərə mənsub qızlarda bütövlükdə yuxarı ətrafın dəri-piy büküşü qalınlığının bir-birinə əks qütblər üzrə yerləşən fərdi minimum (asteniklərdə) və fərdi maksimum (atletiklərdə) qiymətləri piknik, mezoplastik, euriplastik somatotiplərə və qeyri-müəyyən konstitusiya qrupuna mənsub qızlardakı müvafiq göstəricilərdən xeyli dərəcədə azdır.

Bununla da nəticə olaraq müəyyən edilib ki, piknik, mezoplastik, euriplastik somatotiplərə və qeyri-müəyyən konstitusiya qrupuna aid gənclik yaşında olan azərbaycanlı qızlarda piylənməyə meyillik müşahidə olunur. Profilaktik baxımdan monitorinq yolu ilə onların aşkar edilmələri və gələcək ağırlaşmalarının, yəni gözlənilən şəkərli diabet, ürək-damar çatışmazlıqları, hipertoniya və s. kimi ağır qeyri-infeksion xəstəliklərin qarşısını vaxtında almaq məqsədilə diqqəti cəlb edən kontingentlərin dərhal antroponutrisioloq və dietoloqlara müraciət etmələri, onlarda qida tərkibinin, həmçinin, qəbul edilən qida rejiminin qaydaya salınması məqsəduyğun hesab edilir.

Figures

Keywords

References

1.Shadlinski V.B., Abdullayev A.S. Contribution of anatomists to antropology // European Journal of Molecular & Clinical Medicine, – 2020. 7 (8), – p. 4528-4532.

2. Şadlinski V.B., Abdullayev A.S. Antropologiya elminin təşəkkülü və inkişaf perspektivləri // – Bakı: Azərbaycan Tibb Jurnalı, – 2018. №4. – s. 129-132

3. Никитюк Д.Б. Индекс массы тела и другие антропометрические показатели физического статуса с учетом возраста и индивидуально-типологических особенностей конституции женщин / Д.Б.Никитюк, В.Н.Николенко, С.В.Клочкова [и др.] // Вопросы питания, Москва, – 2015? №4. – с.47-54

4. Bubas M. Tracking variability: recent anthropometric data for croatian population and comparison with other world populations / M.Bubas, M.Milosević, D.Delić-Brkljacić {et al.} // Collegium Antropologicum, – 2012. 36(2), – p. 585- 592.

5. Abdullayev, A.S. Kəllə əsasının uzunluğu və eninin yaş və cinsi xüsusiyyətləri və onların kraniometrik paramet göstəricilərilə korreksiyası // – Bakı: Azərbaycan Tibb Jurnalı. – 2024, № 4. – s.134-139. doi: https//doi.org/10.34921/amj.2024.4.021  

6. Quliyeva K.S. Qanadabənzər – əng yarığının kranioskopik və morfometrik tədqiqinin nəticələri. // – Bakı: Azərbaycan Tibb Jurnalı, – 2018. № 1. – s. 76-80.

7. Qanbayeva Ş.F. Müxtəlif yaş qruplarına aid normal qadın çanağının pelviometrik göstəriciləri // – Bakı: Azərbaycan Tibb Jurnalı, Bakı, – 2019, № 1. – s.77-81.

8. Xıdırov E.Ə., Qanbayeva Ş.F., İsayev N.N. Qadın çanağının pelviometrik göstəricilərinin yaşla əlaqəli xarakteristikası // – Bakı: Azərbaycan Tibb Jurnalı. – 2022, – № 1. – s. 99-104.

9. Ward, L. Bioimpedance profiling of the limbs: update / L.Ward, T.Essex, M.Bartlett [et al,] // Journal of Physics: Conference Series, – Bristol: – 2010. 224(1), – p. 12- 15.

10.Yoo J. Relationships between body mass index, fat mass, muscle mass, and musculoskeletal pain in community residents / J.Yoo, N.Cho, S.Lim [et al.] // Arthritis and Rheumatology, – 2014, 66 (12). – p. 3511-3520. doi: https// doi.org/10.1002/art.38861.

11.Никитюк Б.А. Морфология человека / Б.А.Никитюк, В.П.Чтецов. – Москва: Издательство Московского университета, – 1990. – 320 с.

12.Qafarov, İ.A. Biostatistika // – Bakı: “Təbib” – 2022, – 240 s.

13.Fərəcova S.S. Azərbaycan populyasiyasında piylənmə fonunda 2-ci tip şəkərli diabeti olan xəstələrin melanokortin MC2R geninin polimorfizmi // – Bakı: Azərbaycan Tibb Jurnalı, – 2017, № 1, – s. 30 - 33

Article Info:

Publication history

Published: 24.Dec.2025

Copyright

© 2018-2025. Official publication of Azerbaijan Society of Anatomists, Embryologists and Histologists. Published by "Uptodate in Medicine" health sciences publishing. All rights reserved.

Related Articles

CLINIC CHARACTERISTICS OF STOMATOLOGY STATUS OF ORAL CAVITY DURING PARODONT DISEASES AT TEENAGERS

Viewed: 195