Abstract
The work was carried out with the aim of comparative study of mycological features of the skin in drug addicts and alcoholics. The study included 31 healthy individuals, 43 drug addicts and 48 alcoholics. According to the results of the research, dangerous fungi of the genus C. krusei, Mucor, Rhizopus, Absidia, Pensillosis, P. notatum were not detected on the skin of healthy people. C.tropicis is statistically significantly higher in alcoholics than in healthy individuals (p=0,0014, p>0,005, xi2 = 10.26). Although other fungal species were more common in alcoholics than in healthy individuals, the differences were not statistically significant. Among drug addicts, fungi of the genus C. tropicalis (p=0,0041, p>0,005, xi2=8,23) and Cryptococcus (p=0,002, p>0,005, xi2=9,53) were statistically significantly more common than in healthy individuals. Although there was no statistical significance in the frequency of occurrence of other fungal genera in drug addicts and alcoholics, all fungi were more common. Only fungi of the genus C. tropicalis were more common in alcoholics (48%) than in drug addicts (44%). It has been established that harmful and lifethreatening habits, such as drug and alcohol addiction, pose a serious threat to the skin microbiome.
Full article
Giriş. Dəri örtüyü insan orqanizmində mikrobiom tərkibinə görə ikinci orqan hesab edilir. Hesab edilir ki, 1 sm2 dəri örtüyündə 1 mln-a qədər mikrbiom tərkibi vardır. İsan dünyaya gəldiyi andan dəridə koloniyalaşma başlayır.
Dəri müxtəlif mikrobiota populyasiyası üçün məskənləşmə üçün yerdir. Dərinin bir çox təbəqələri vardır ki, onlar geniş diapazonla pH, temperatur, rütubət və dəri piyi örtüyünə malikdir. Bundan başqa, tük follikulları, piy, ekkerin və apokrin vəzirlərinin də özünəməxsus sturukturu vardır.
Dəri mikrobiomunun tərkibi müxtəlif olub, bakteriyalar, viruslar, göbələklər və parazitlərdən ibarətdir. Bakterial hüceyrələrin sayı insan hüceyrələrindən xeyli çoxdur: orta hesabla 70 kq insan bədənində 3,8 x 1013 bakteriya hüceyrəsi olduğu hesab edilir.
Dəri mikroflorası orqanizmin homeostazının saxlanmasında vacibdir, patogen mikroorqanizmlərin nüfuzunun qarşısını alır, immunitet sistemini aktivləşdirir; dəri mikrobiosenozunun balanslaşdırılmış vəziyyəti bu biotopun kolonizasiya müqavimətini təmin edir. Homeostazın müəyyən komponentlərinin pozulması mikrosistemin sabit-liyini dəyişir və dəri disbiozuna səbəb olur. Dərinin və selikli qişaların daimi mikroflorası aşağıdakılardan ibarətdir: Staphylococcus epidermidis; Staphylococcus aureus; Micrococcus spp.; Sarcinas s.; korinform bakteriyalar; Propionibacterium spp. Tərkibində keçici: Streptococcus spp; Peptococcus spp; Bacillussubtilis; Escherichia coli; Enterobacter spp.; Acinetobacterspp; Lactobacillisspp Candida albicans. Bunlardan bəziləri şərti-patogenlərə aid edilir: Staphylococcus aureus, Staphylococcus saprophyticus, Malasseziaspecies.
Bəzi mikroorqanizmlər qida mənbəyi kimi ifraz olunan suda və yağda həll olunan maddələrdən, keratinin parçalanma məhsullarından və mikrobların özündən istifadə edirlər. Onlar dərinin daimi sakinləri olub, onun funksiyalarına təsir etmir və xəstəliklərə səbəb olmur. Kulturların müayinələrindən məlumdur ki, Candida spp. nadir hallarda insan dərisini kolonizasiya edir, lakin xüsusilə immun-çatışmazlıq, diabet və ya antibiotik istifadə-sindən sonra klinik infeksiyaya səbəb ola bilər. Kulturların müayinəsinin nəticələrinə əsasən digər göbələk növlərinə Debaryomyces və Cryptococcus spp. kifayət qədər təhlükəli növlərdir.
Son illər narkotik maddələrin təsiri altında baş verən cinayətlərin sayı artmaqdadır. ÜST tərəfindən aparılan tədqiqatlarda alkholizm zəmnində artna cinayətkarlıq haqqında məlumtalar verilmişdir. Narkomaniya və alkohol aludəçiliyi kimi təhlükəli vədrişlərin insan sağlamlığına böyük ziyan vurduğunu və tibbi məhkəmə üçün böyük həhmiyyət kəsb etdiyini nəzərə alaraq, onlarda dəri örtüyünün göbələk örtüyünün tədqiq edil-məsi aktual mövzu olaraq qarşıya qoyulmuşdur. Tədqiqatın məqsədi narkoman və alkohol aludəçilərində dəri örtüyünün mikoloji xüsusiyyətlərinin müqayisəli öyrənilməsdindən ibarət olmuşdur. Tədqiqatın material və metodları. Tədqiqat işi 2019-2024-cü illər ərzində aparılmışdır. Tədqiqat işinə 122 nəfər daxil edilmişdir. Təd-qiqat iştitakçıları aşağıdakı şəkildə qruplara ayrılmışdır: I qrupa narkotik maddələrdən istifadə etməyən və alkohol aludəçisi olmayan. heç zaman bu zərərli vəridşlərə məruz qalmayan 31 praktik sağlam şəxs daxil edilmişdir. II qrupa 5 ildən çox müxtəlif narkotik maddələrdən (opioid. kokain. amfetamin qrup vasitələr və hallusogenlər) istifadə edən 43 narkoman daxil edilmişdir. III qrupa müxtəlif dərəcəli (1-5 promil. promil və daha yüksək) alkoholizmə məruz qalan 48 nəfər daxil edilmişdir. Tədqiqat iştirakçıları yaşa görə aşağıdakı kimi bölüşdürüldü: I qrupda 31 nəfər 18-63 yaş kateqoriyasında olmuş, orta yaş həddi 42,3±2,33 il tə.kil etmişdir. İkinci qrupda alkohol aludəçisi olan 48 nəfər 28-62 yaş arasında olmuş, orta yaş həddi 44,1±1,33 il olmuşdur. III qrupda (narkomanlarda) minimum orta yaş həddi hesablanmış, 31,4±1,16 nəfər təşkil etmişdir. Onlar yaşı 18-45 arasında olmuşlar (p0.05). Mikoloji müayinələr Saburо mühitindən istifadə edilməklə aparılmışdır. Qidalı mühitlərdə кultivasiyasına əsaslanır. Nümunələr baкterial flоranın inкişafını inhibisiya etməк məqsədilə siкlоheкsamid və хlоramfeniкоl əlavə edilmiş aqarda 1-3 həftə müddətində оtaq temperaturunda inкubasiya edilir. Коlоniyaların хaraкterinə, eləcə də коlоniyalardan hazırlanmış preparatlarda mоrfоlоji хüsusiyyətlərə əsasən identifikasiya aparılır.
Tədqiqatın nəticələri və onların muzakirəsi. Bütün iştirakçılardan dəri qaşıntısından alınan bioloji materiallar Candida, Zygomycota, Aspergilloz cinslərindən olan göbələklər üzrə müayinə edilmişdir (cədvəl). I qrupda, yəni sağlam şəxslərdə (I qrup) C.krusei, Мucor, Rizopus, Absidia, Pensilloz, P.notatum təhlükəli göbələklər aşkar edilməmişdir. Bu qrupda 45% Candida, 42% A.fumygatus və P.glaucum aşkar edilmişdir. Alkohol aludəçilərində P.notatum və Rizopus göbələklərindən başqa digərləri aşkar edilmişdir. ədəbiyyat mənbələrindən məlumdur ki, P.notatum daha çox çirkablarda, natəmiz yerlərdə aşkar edilir. Müəlliflər Rizopus göbələyinin insan həyatı üçün təhlükəli göbələk hesab edirlər. Beləliklə, kifayət qədər təhlükəli olan bu göbələklər sağlam şəxslərdə və alkohol aludəçilərində (II qrup) aşkar edilməmişdir. Lakin sağlam şəxslərdən fərqli olaraq zərərli vərdişləri olan şəxslərdə 21% C.krusei, 21% halda Mucor və 38% halda Absidia aşkar edilmişdir. Göbələklərin rastgəlmə tezliyinə görə statistik dürüstlüklər hesablandıqda, məlum olmuşdur ki, C.tropicalis alkohol aludəçilərində sağlam şəxslərə nisəbətn statistik dürüst çox aşkar edilmişdir (p=0.0014, p>0,005, xi2=10.26). digər göbək cinsləri də alkohol aludəçilərində sağlam şəxslərə nəzərən çox aşkar edilsə də, fərqlər statistik fərq olmamışdır. Narkomanlarda (III qrup) isə dəri göbələklərinin həm rastgəlmə tezliyi çox yüksək olmuş, həm də bir çox təhlükəli göbək cinsləri aşkar edilmişdir. Onlarda C.tropicalis cinsi sağlam şəxslərə nisbətən dürüst çox aşkar edilmişdir (p=0.0041, p>0,005, xi2=8,23). Cryptococcus cinsindən olan göbələklər də narkomanlarda Diaqramdan göründüyü kimi, narkomanlarda dəri örtüyü göbələklərinin rastgəlmə tezliyi də yüksək olmuş, eyni zamanda təhlükəli göbələk də olmuşdur. Beləliklə, dəri örtüyünün göbələk tərkibi təhlil edildikdə daha ağır vəziyyət narkotik istifadəçilərində aşkar edilmişdir. C.krusei, P.notatum, Мucor, Absidia, Cryptococcus kimi təhlükəli göbələklər nəinki rast gəlinmişdir, həm də yüksək həddə müəyyən edilmişdir. Bu baxımdan narkotiklərin də, alkohol içkilərinin də zərərli vərdiş olmasına baxmayaraq, narkotiklərin təsiri daha ağır olmuşdur. Ədəbiyyat mənbələrində göstərilmişdir ki, narktoik istifadəçilərində dəri ilə bağlı bir çox problemlər olur. Onlarda tez-tez qaydasız inyeksiyaların edilməsi nəticəsində xoralar yaranır, infeksiya mənbəyinə çevrilir. Zədələnmiş dəri örtüyündən götürülmüş bakterial kulturların nəticələri çox zaman müsbət olur.
Yekun. Aparılan tədqiqatdan məlum olur ki, zərərli vərdişləri olan şəxslərdə dəri örtyünün göbələk tərkibinin tədqiq edilməsi kifayət qədər elmi-praktik əhəmiyyətli olmuş, gələcək tədqiqatların aparılmasına zəmin yaradır.
Figures
Keywords
References
1. Захарова И.Н., Касьянова А.Н. Микробиом кожи: что нам известно сегодня? // Медицинский совет, – 2019, №17, – с. 168-176.
2. Grice E.A. A diversity profile of the human skin microbiota / Grice E.A., Kong H.H., Renaud G. [et al.] // Genome Res., – 2008, 18 (7), – p. 1043-1045 doi: 10.1101/gr.075549.107
3. Sender R., Fuchs S., Milo R. Revised estimates for the number of human and bacteria cells in the body // PLoS Biol., – 2016, 14(8), – p.1-14. doi: 10.1371/journal.pbio.1002533.
4. Baldwin H.E. The Role of Cutaneous Microbiota Harmony in Maintaining a Functional Skin Barrier / H.E.Baldwin, N.D.Bhatia, A.Friedman [et al.] // J Drugs Dermatol., – 2017, 16(1), – p. 12-18.
5. Николов В.В. Микрофлора наружного покрова в норме и при рожистой инфекции // Клиническая иммунология, аллергология, иммунитет, – 2015, 7(86). – c. 9-12.
6. Рахматов Т.П., Рахматов А.Б., Курбанова Н.К. Наружная терапия хронических дерматозов, ассоциированных с инфекциями кожи // Дерматовенерология и эстетическая медицина, – 2019, 3(43), – c. 156.
7. Саипова Н.С., Тохтаев Г.Ш. Микробиота кожи и ее роль при дерматологических заболеваниях у больных туберкулезом легких // Universum: химия и биология, – 2020, № 8, – с.8-14
8. Grice E.A., Segre J.A. The skin microbiome. // Nat Rev Microbiol. – 2011, 9 (4), – p. 244- 253.doi: 10.1038/nrmicro2537.
9. Миннебаев Р.Х. Наркотизация как фактор преступности // Юридическая наука и практика // Вестник Нижегородской академии МВД России, – 2014, №4, – c. 145-150
10.Бахтеев С.С. Проблемы алкоголизма и преступности // Правопорядок: история. теория. Практика, – 2014, №1, – с.101-103.
11.Fierro F. Penicillium chrysogenum, a Vintage Model with a Cutting-Edge Profile in Biotechnology / F.Fierro, I.Vaca, N.I. Castillo [et al.] // Microorganisms, – 2022, 10(3), – p. 573 doi: 10.3390/microorganisms10030573.
12.Gryganskyi A.P. Phylogenetic and Phylogenomic Definition of Rhizopus Species /
A.P.Gryganskyi, J.Golan, S.Dolatabadi [et al.] // G3 (Bethesda), – 2018, – 8(6), doi: 10.1534/g3.118.200235.
13.Chan Carusone S. “Maybe if I stop the drugs, then maybe they’d care?”- hospital care experiences of people who use drugs / S.Chan Carusone, A Guta., S. Robinson [et al.] // Harm Reduct J, – 2019. 16(1), – p. 16 doi: 10.1186/ s12954-019-0285-7.
Article Info:
Publication history
Published: 15.Jan.2025
Copyright
© 2022-2025. Azerbaijan Medical University. E-Journal is published by "Uptodate in Medicine" health sciences publishing. All rights reserved.Related Articles
COMPREHENSIVE ANALYSIS OF THE EPIDEMIOLOGICAL SITUATION OF COVID -19 IN AZERBAIJAN (2020–2022)
Viewed: 22


