Abstract
The aim of the study was to examine the nerve structures within the walls of the external and internal illiac arteries the material for the study was pieces of the walls of the external and internal illiac arteries. The material for the study was pieces of the walls of the external and internal illiac arteries taken from 15 white rats weighing 250–400 grams. The study of neural structures was carried out using the method of V.N. Shvales and N.I. Zhuchkova. A study of the nervous apparatas of indicated arteries showed the presence of well-developed noadrenergic nervous structures in the walls of both arteries. İn both vessels well luminous sympathetik nerve fibers are detected. Nerve fibers of different diameters are detected in the walls of the indicated arteries. The walls of the external iliac artery mainly contain small and medium diameter nerve fibers. However, nerve fiber of medium and large diameter were found in the wall of internal illiac artery. In some histological preparations, noradrenergic nerve fibers the wall of external illiac artery from parallel to each other or form medium-or larg loop plexuses. Noadrenergic nerve fiber in the external illace artery are located in contact form in its outer sheath. In addition, In the wall of the external iliac artery, noradrenergic terminals are detected in the form of clearly visible varicose thickenings or nerve fibers are detected in the form of looped endings. Also in the external iliac artery there are branches-dichotomous, bushy, sparsely tree-like type.
Full article
Tədqiqatın məqsədini ağ siçovulların xarici və daxili qalça arteriyalarının divarlarının tərkibindəki noradrenergik sinir strukturlarının öyrənilməsi və müqayisəli təhlili təşkil etmişdir.
Tədqiqat materialı və metodları.
Tədqiqat materialı olaraq çəkisi 250-400 qr. arası olan 15 ağ siçovulların xarici və daxili qalça arteriyaların ayrı-ayrı kəsilmiş hissələri istifadə olunub. Noadrenergik sinir strukturlarının aşkar olunması üçün V.N. Şvalyova N.İ. Juçkova təklif elədikləri metodikadan istifadə olunub.
Qeyd olunan arteyaların sinir aparatının öyrənilməsi üçün kriostatda qalınlığı 15-20 mkm ölçüsündə nazik kəsiklər aparılıb. Tədqiq olunan damarların kəsikləri eninə və boy-boylama istiqamətində aparılıb.
Göstərilən metodika vasitəsilə alınan histoloji preparatlar lyuminessent mikroskopun altında baxılıb. Xarici və daxili qalça arteriyalarının histoloji praparatlarda sinir aparatının fərdi xüsusiyyətləri öyrənilib və hər iki göstərilən arteriyaların divarlarında sinir strukturlarının təhlili aparılıb.
Tədqiqatın nəticələri.
Tədqiqat zamanı xarici və daxili qalça arteriyalarının histoloji preparatlarında sinir aparatının baxılması və təhlili hər iki göstərilən arteriyaların divarlarında yaxşı inkişaf etmiş noadrenergik sinir strukturlarının aşkar olunması ilə nəticələndi. Alınan histoloji preparatlarda hər iki arteriyaların divaralrında işıqlanan simpatik lifləri gorunür. Qeyd olunan arteriyaların divarlarında müxtəlif diametrli sinir lifləri aşkar olunub.
Belə ki, xarici qalça arteriyaların divarlarındakı əsasən orta və kiçik diametrli noadrenergik sinir lifləri, lakin daxili qalça arteriyaların divarlarında əsasən orta və iri diametrli noadrenergik sinir lifləri aşkar olunub.
Əldə etdiyimiz bəzi histoloji preparatlarda xarici qalça arteriyalarının divarlarında noadrenergik sinir lifləri bir-birinə paralel olan sinir dəstələrini əmələ gətirir. Bəzi histoloji praparatlarda isə xarici qalça arteyiların divarlarında noadrenergik sinir lifləri orta və iri ilgəkli kələflər əmələ gətirir. Xarici qalça arteriyalarının divarlarının xarici (advensissia) qişasında noadrenergik sinir lifləri sıx şəkildə yerləşir. Xarici qalça arteriyalrının divarların xarici qişasında yaxşı görünən varikoz qalınlaşmaları şəklində noadrenergik terminallar aşkar olunub. Xarici qalça arteriyalarının divarlarındakı tək-tək sinir lifləri adətən dolama uclar şəklində bitir. Adətən belə sinir ucları xarici qalça arteriyalarının damarətrafı sahələrində müxtəlif formalı şaxələnmələr əmələ gətirir. Bu şaxələnmələr müxtəlif: dixotomik, kolabənzər, daha az, ağacın budağınabənzər formalarda rast gəlinir.
Daxili qalça arteriyalarının divarlarında isə əldə etdiyimiz histoloji preparatalarda noadrenergik sinir liflərinin ayrı-ayrı dəstələri paralel yerləşir. Daxili qalça arteriyaların divarlarında işıqlanan zümrüd rəngli noadrenergik sinir terminalları mikroskopun altında kiçik ölçüdə aydın şəkildə görünür.
Eyni vaxtda daxili qalça arteriyalarının divaralrında tək-tək şəkildə zəif işıqlanma verən varikoz genişlənmələr aşkar olunur.
Noradrenergik sinir liflərinin sıxlığı yuxarıda qeyd olunan damarlarının divarlarında bir-birindən fərqlənmir. Belə ki, arteriyaların divarlarında proksimal istiqamətdən distal istiqaməti doğru noradrenergik sinir liflərin sıxlığı dəyişir və distal hissələrində bu sıxlıq daha çoxdur.
Bundan da başqa başlanğıcdan eyni məsafədə kəsilmiş hər iki arteriyanın divarlarındakı sıxlığın müqayisəsi onu göstərdi ki, daxili qalça arteriyasının divarlarındakı noradrenergik sinir liflərinin sıxlığı daha çoxdur.
Yekun.
Beləliklə, aparılan tədqiqatlardan əldə olunan nəticələri onu göstərir ki, ağ siçovulların xarici qalça arteriyalarının divarlarında əsasən kiçik və orta diametrli noadrenergik sinir lifləri, lakin ağ siçovulların daxili qalça arteriyalarının divarlarında isə əsasən orta və iri diametrli noadrenergik sinir lifləri çoxluq təşkil edir.
Noadrenergik sinir liflərinin sıxlığına gəldikdə isə daxili qalça arteiyalarının divarlarında sıxlıq, nəinki başlanğıcdan eyni məsafədə götürülmüş hissələrdə, xarici qalça arteriyalarının bütün gedişi boyu divarındakı sıxlıqdan daha gözə çarpandır.
Figures
Keywords
References
1. Гавырин А. Букинич А.Д. Распределение адренергических волокон в стенке кровеносных сосудов мелекопитающих // АГЭ, − 1974, №2, − с. 30-36.
2. Валишина Д.С. О роли адренергического медиатора в регуляции тонуса сосудов / Автореф. канд. дисерт./ − Казань, 1970, 49с.
3. Крамар Н.И., Титов В.Г, Вепритцева О.Т. Нервный аппарат стенки внутренних яремных, нижней полой и печеночных вен в пренатальном онтогенезе человека // − Москва: Журнал теоретической и практической медицины, −2010, №4, − с.138-139.
4. Рагимов З.Х., Байрамова И.Г. Норрадренергическая иннервация простатической и перепончатой частей мужского мочеиспускательного кана-ла. // − Bakı: Azərbaycan təbabətinin müasir nailiyyətləri, − 2024, №1. − s. 205-210.
5. Abdreshov S.N., Condition of Adrenergic innervation apparatus of the Thyroid gland, blood and lymht vessels and lymph nodes during correction of hypothyrasis. / S.N.Abdreshov, G.A.Demchenko, A.T.Mamataeva [et al.] // l Med. − 2021 May;171(2). − p. 281-285. doi: 10.1007s10517-021-05212-5.
6. Abdreshov S.N., / S.N.Abdreshov, N.A.Akhmetbaeva, [et al.] // Bull Exp. Biol. Med. − 2019, 168(2):. − p. 295-299. doi: 10.1007/s.10143-016-0788-6.
7. Montalbano M.J., Loukas M, Oskouian R.J., Innervation of the blood vessels of the spinal cord: a comprehensive review // Neurosurg Rev. − 2018, Jul;41(3). − p. 733 -735. doi: 10.1007/s10143-016-0788-6.
8. Ермолова А.И., Баранова Г.А., Вегетативная нервная система и вегетативные нарушения. − Пенза: Учебные пособие, − 2015, −39с.
9. Майборода Ю.Н., Гоман М.В.// Формирование и иннервация сосудов микроциркуляторного русла органов полости рта человека // − Краснодар: Кубанский научный медицинский вестник. − 2013, № 6 (141). − с. 121-127
Article Info:
Publication history
Published: 24.Dec.2025
Copyright
© 2018-2025. Official publication of Azerbaijan Society of Anatomists, Embryologists and Histologists. Published by "Uptodate in Medicine" health sciences publishing. All rights reserved.Related Articles
Viewed: 176

