Abstract
Although significant positive results have been achieved in the field of dentistry and maxillofacial surgery
in recent years, the problem of lack of bone mass during dental implantation remains relevant. Historically,
a number of methods have been developed to solve this problem.
Placement of dental implants bypassing the maxillary sinus (subantral), use of subperiosteal implants,
segmental osteotomy, online and inline plastic methods with bone blocks, etc. is one of the widely used
methods in modern stomatology. However, these methods also have a number of drawbacks. For example,
attempts to bypass sinus lifting surgery have often resulted in unstable implants due to insufficient vertical
bone volume, short implants, and too long bridge-like structures
Full article
İkinci qrupa aid olan 6 baş dovşanda əməliyyatdan sonta sinus boşluğuna 0,5 ml PRF və 0,5q ksenogen osteoplastik material - Gen-Os Mix daxil edilmişdir. Təcrübələrin 15 -ci günü dekapitasiya olunmuş dovşanların üst cənə seqmentindən hazırlanmış histoloji preparatların analizi göstərdi ki, ötən günlər ərzində dovşanların sinus boşluğunda PRF tamamilə dissosasiyaya məruz qalmış və sorulmuşdur. Boşluğa daxil edilən osteoplastik material ətrafında və daxilində birləşdirici toxuma elementləri inkişaf etmişdir. Nizamsız yerləşmiş fibrin liflər arasında çox zəif qan kapillyarları görünür. (a) İkinci qrupa aid olan dovşanların bir hissəsi (3 baş) təcrübələrin 30-cu günü dekapitasiya olunmuş və əməliyyat aparılan çənə sumuyü hissəsi fiksə edilmişdir. Aparılan histoloji müayinələrin nəticələri göstərdi ki, ötən 30 gün ərzində dovşanların sinus boşluğuna daxil edilmiş PRF tamamilə dissosasiyaya uğramış və sorulmuşdur. Boşluğa daxil edilmiş osteoplastik material Gen-OS mix qranulaları tamamilə rezorbsiyaya uğramış, bütövlükdə birləşdirici toxuma ilə əhatə olunmuşdur. Yeni əmələ gəlmiş fibroz toxumanın içərisində zəif qan kapillyarları və cavan sümük toxuması hüceyrələri görünür (b) Üçüncü qrupa aid olan 6 baş dovşanların sinus boşluğuna əməliyyatdan sonra 5 ml PRF və sintetik osteoplastik material – Hidroksiapatit qranulaları (0,15-0,20 mm) daxil edilmişdir. Əməliyyatdan 15 gün sonra dekapitasiya olunmuş dovşanların üst çənə sümüyündən hazırlanmış histoloji preparatların müayinəsi göstərdi ki, ötən günlər ərzində sinus boşluğuna daxil edilmiş PRF tamamilə parçalanmış və sorulmuşdur. Boşluğa daxil edilmiş Hidroksiapatit qranuları isə kifayət qədər rezorbsiyaya uğramış, material ətrafında və daxilində birləşdirici toxuma elementləri inkişaf etmişdir. Nizamlı yerləşmiş liflər arasında cavan sümük toxuması hüceyrələrinə rast gəlmək olur (b) Dördüncü qrupa aid olan 6 baş dovşanların sinus boşluğuna əməliyyatdan sonra 0,5 ml PRF və 0,15-0,20 mq osteoplastik material Bio-Oss daxil edilmişdir. Təcrübələrin 15-ci günü dekapitasiya olunmuş dovşanların əməliyyat aparılmış üst çənə seqmentindən hazırlanmış preparatların histoloji analizi göstərdi ki, ötən 15 gün ərzində sinus boşluğuna daxil edilmiş PRF tamamilə parçalanmış və sorulmuşdur. Sinus boşluğuna daxil edilmiş osteoplastik material – Gen-Os Maxc resorb (Berlin) qranulaları kifayət qədər rezorbsiyaya uğramış, material ətrafında və daxilində birləşdirici toxuma inkişaf etmişdir. Ötən günlər ərzində sinus boşluğunda formalaşmış zəif fibrin liflər arasında fibroblast hüceyrələrə rast gəlinir (a). Bu qrupa aid olan təcrübə heyvanlarının bir hissəsi (3 baş dovşan) təcrübələrin 30-cu günü dekapitasiya olunmuş və üst çənənin əməliyyat aparılmış hissəsi formalin məhlulunda fiksə edilmişdir. Fiksə edilmiş materiallardan hazırlanmış histoloji preparatların mikroskopik analizi göstərdi ki, ötən 30 gün ərzində sinus boşluğuna daxil edilmiş PRF tamamilə parçalanmış və sorulmuşdur, boşlu-ğa daxil edilmiş osteoplastik material tamamilə rezorbsiyaya uğramış və birləşdirici toxuma ilə əvəz olunmuşdur. Boşluqda inkişaf etmiş kollagen liflər arasında zəif qan kapillyarları görünür (b). Yekun. Aparılan histoloji tədqiqatların nəticələrini ümimiləşdirərək belə bir nəticəyə gəlmək olur ki, dovşanların sinus boşluguna PRF daxil edilməsi osteogenez prosesinə stimullaşdırıcı təsir göstərməklə boşluqda birləşdirici toxuma elementlərinin inkişafına müsbət təsir göstərir. Boşluğa daxil edilmiş osteoplastik materiallar əsasən rezorbsiya qabiliyyətinin olmasına görə birləşdirici toxuma elementlərinin inkişafına mane olmur. Daha yüksək rezorbsiya qabiliyyətinə malik olan ksenogen material – Gen-Os Mix resorb qranulaları (0,5-1,0 mm) osteokonduktiv xassələrinin nisbətən yüksək olmasına görə digər-lərindən fərqlənir.
References
1. Абдуллаев Ш.Ю., Архипова М.Х. Использование новых биологически совместимых материалов при восстановлении дефектов челюсти // Стоматология. – 1999. №3, – c. 37 -38
2. Петров Ю.М., Баринов И.М. Детальная имплантация при атрофии альвеольярных отростков. // Медицинские и социальные вопросы: Материалы 3 Международного семинара по вопросам пожилых. Самара. – 1999. – c. 143
3. Иванов С.Ю.,Бизяев А.Ф., Ломакин М.В., Панин А.М. Клинические результаты использования различных костнопластических материалов при синус-лифтинге// Новое в стоматологии. –1999. №25. – c.51-55.
4. Анастасов А.В. Разработка методов восстановления обьема костной ткани альвеолярного отростка верхней челюсти при подготовке к дентальной имплантации: / Автор. дисс. канд. мед. наук / Новосибирск. – 2002, – 22с
5. Кубарев О.Л., Комлев В.С., Майтс М. Биоактивная композиционная керамика в системен гидроксиапатит – трикальцифосфат. // Доклады Акад. Наук. – 2007. №3, – c.360- 362.
6. Кулаков А.А., Королев В.М., Караян А.С. Использование аутокостных трансплантантов с целью увеличения альвеолярных отростков и замешения костных дефектов челюстей при дентальной имплантации // Стоматология . – 2007. №2. – c. 30-34
7. Майбородин И.В. Влияние фибринового сгустка при повреждении кости нижней челюсти в эксперименте / И.ВМайбородин., И.С.Колесников, А.И.Шевелев [и др.] // Стоматология. – 2011. №4, – c. 9-12
8. Павленко А.В., Димитриева Э.А., Лузин В.И. Гистологическое строение регенерата при заполнении костного дефекта материалами easyqraft и трикальцифосфатом.// Морфология . – 2011. №2, – c. .49-54.
9. Юдин Л.П., Юдин П.С., Алгоритм планирования управляемой компютером дентальной имплантации. //Российский вестник дентальной имплантации. – 2012. №26, – p. .52- 58
10.Железный С.П., Агаева Т.А. Дентальная имплантация при синус-лифтинге и осреопластике // Российский стоматологический журнал/ – 2010. №6, – c. 19-20.
11.Размыслов А.И., Минкин А.У. Использование аутогенного костного трансплантанта при увеличении альвеолярного гребня перед дентальной имплантации. // Пародонтология. – 2010, №3, – c. 54-58.
12.Кирилова И.А. Деминерализованный костный трансплантат как стимулятор остеогенеза: современные концепции // Хирур
Article Info:
Publication history
Published: 15.Jan.2025
Copyright
© 2022-2025. Azerbaijan Medical University. E-Journal is published by "Uptodate in Medicine" health sciences publishing. All rights reserved.