Abstract
Deforming osteoarthritis is one of the diseases affecting the majority of the population. In the clinical course of osteoarthritis, the pain syndrome disrupts the quality of patients’ lives with its acuteness. It has been proven that, the use of physical and natural factors in the treatment of osteoarthritis is considered one of the safest methods. From this point of view, the application of natural Daridagh arsenic salt (DAS) solution in the treatment of joint diseases is very interesting. During 2019-2023, 150 osteoarthritis patients were examined and women (70%) predominated among them. Depending on the prescribed treatment methods, patients with osteoarthritis are divided into 3 groups: 1st main group: 90 patients were comprehensively given general electrophoresis and microwaves in pulse mode with a 4% solution of Daridagh arsenic salt. 2nd group: 27 patients were given general electrophoresis with a 4% solution of Daridagh arsenic salt. 3rd group: 33 patients were given pulsed microwaves locally to the joints by the contact method. Group treatments were performed with massage and therapeutic gymnastics. Due to the compensation of imbalances caused by its complex therapeutic effect, the regression of inflammation and destructive processes stabilized the pathogenesis mechanisms of osteoarthritis.
Full article
Giriş. Deformasiyaedici osteoartroz əhalinin böyük əksəriyyətini əhatə edən xəstəliklərdən biridir. Oynaq xəstəliklərindən əziyyət çəkənlərin 80%-dən çoxunu osteoartroz təşkil edir. Osteoartrozun patogenezi çox mürəkkəbdir, belə ki, osteoartrozun patogenezinin inkişafı və proqressivləşməsinə təsir edən müxtəlif amillər mövcuddur ki, qığırdağın destruksiyası, sinovial iltihab, subxontral sümüyün rigidliyi buna aiddir. Müasir dövrdə müəyyən edilmişdir ki, osteoartroz zamanı oynağın bütün strukturları, o cümlədən periartikulyar toxumalar da prosesə cəlb olunur.
Osteoartroz oynaq qığırdağının dağılması və ləng gedişli degenerasiyası ilə müşayiət olunan distrofik xəstəliklər içərisində özünəməxsus yer tutur. Bu xəstəlik polietioloji patogenezə malik olub, xronik proqressivləşən hialin qığırdağının degenerasiyası və subxondral sümüyün struktur dəyişikliyi ilə xarakterizə olunan qeyriiltihabi proses kimi qiymətləndirilir. Belə ki, müxtəlif regionlarda osteoartrozun rastgəlmə tezliyi 45-50 yaşlı əhali arasında 7,7- 14,3% təşkil etdiyi halda, 65 yaşdan yuxarı əhali arasında 80%-dən artıq təsadüf olunur. Ona görə də osteoartrozun kifayət qədər effektli profilaktikası, müalicəsi və reabilitasiyası məsələsi bu günün də ciddi tibbi-sosial problemi olaraq qalmaqdadır. Həm geniş yayılması, həm də digər xəstəliklərlə müqayisədə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin yüksək olmasına görə qonartrozlu xəstələrin müalicəsi və reabilitasiyası problemi hələ də aktualdır. Müalicə metodlarının seçimində ağrı probleminin səbəbləri nəzərə alınmalıdır. Bu o deməkdir ki, osteoartrozun müalicəsi bir çox mütəxəssislərin, revmatoloqlar, ortoped, nevroloq, cərrahlar cəlb edilməsini tələb edən mürəkkəb kompleks prosesdir. Xəstəliyin simptomatik və patogenetik müalicəsində geniş tədbiq olunan müxtəlif çeşidli qeyri-steroid iltihabəleyhinə və xondroprotektiv dərman preparatları orqan və toxumalar ,xüsusilə də mədə bağırsaq traktı tərəfindən ciddi ağıralaşmalara səbəb olduğundan, osteoartrozun müalicəsində təbii fiziki amillərin tətbiqinə geniş yer verilməsi təqdirəlayiqdir. Sübut edilmişdir ki, çox vaxt qeyri-steroid iltihabəleyhinə preparatların tətbiqi degenerativ proseslərin dərinləşməsi ilə nəticələnir. Osteoartrozun müalicəsində fiziki metodlara geniş yer verilməsi təqdirəlayiqdir, ona görə ki, bu metodlar oynaq funksiyasının yaxşılaşması və əzələlərin tonusunun artırılmasında əvəzolunmazdır.
Beləliklə, osteoartrozun müalicəsinin əsas istiqamətləri aşağıdakılardır: 1. İltihabi amillərin aktivliyinin aşağı salınması, belə ki, sinovit osteoartrozun iltihabi sitokinlərin degenerasiyası; sinovial enzimlərin aktivliyinin yüksəlməsi; 2. Destruktiv amillərin aktivliyinin azaldılması: metalloproteazların sintezi, kollagen liflərin deqradasiyası, qlükominozlikanların sintezinin azalması, proteolitik aktivliyin yüksəlməsi; 3. Subxondral sümüyün rigidliyin aşağı salınması; 4. Oynaq sürüşkənliyinin yaxşılaşdırılması, belə ki, osteoartroz zamanı oynaq qığırdağının qidalanmasını həyata keçirən sinovial mayenin elastikliyi və özlülüyü azalmış olur. İmpulslu mikrodalğalı terapiya toxumaların dərin qatlarının iç temperatur yüksəkliyini təmin edir.
Müalicənin effektliyi əzələ sistemi, bağlar, vətərlər, artikulyar kapsula, qan, sinir hüceyrələrində metabolizmin yüksəl -məsi və analgetik effektlə özünü biruzə verir. Bu baxımdan təbii Darıdağ mərgümüş duzu (DMD) məhlulunun oynaq xəstəlikərinin müalicəsində tətbiqi böyük maraq doğurur. Darıdağ mineral suları dayaq-hərəkət aparatı sistemi, ürək-damar sistemi, bir sıra dəri xəstəlikləri, uroloji və periferik sinir sistemi xəstəliklərində da müalicəvi xüsusiyyətləri artıq öyrənilmişdir. Bu təbii müalicəvi mənbə tərkibində mineral duzların yüksək miqdarı ilə (mərgümüş 22-28 mq/l) digər təbii amillərdən fərqlənir. Bu təbii məhsulun ümumi vannalar və elektroforez şəklində oynaq patologiyalarında tətbiqi onun iltihabəleyhinə və ağrıkəsici effektliyinə əsaslanır. Tədqiqatın məqsədi. Yuxarıda qeyd olunanları nəzərə alaraq Darıdağ mərgümüşlü duzun osteoartrozlu xəstələrin kompleks müalicəsində əhəmiyyətini öyrənməyi qarşıya məqsəd qoyduq. Tədqiqatın material və metodları. 2019-2023-cü il ərzində 150 osteoartrozlu xəstə müayinədən və müalicədən keçmişdir, xəstələr arasında qadınlar (70%) üstünlük təş-kil etmişdir. Təyin olunan müalicə metrodlarından asılı olaraq osteoartrozlu xəstələr 3 qrupa bölünmüşdür: 1-ci əsas qrup: 90 xəstəyə Darıdağ Mərgümüşlü duzunun 4%-li məhlulu ilə ümumi elektroforez – Vermel üsulu ilə və mikrodalğalar impuls rejimində kompleks şəkildə verilmişdir, 2-ci qrupa: 27 xəstəyə DMD-nin 4%-li məhlulun ümumi elektroforezi verilmişdir. 3-cü qrupa: 33 xəstəyə isə impuls rejimində mikrodalğalar kontakt metodla zədələnmiş oynaqlar nahiyəsinə lokal olaraq verilmişdir.
Elektroforez prosedurlarına istifadə olunan DMD-nin 4%-li məhlulu institutun laboratoriyasında hazırlanmışdır. Ümumi elektroforez Vermel üsulu ilə təyin olunmuşdur. Əvvəlcə xəstələrin oynaqları nahiyəsinə impuls rejimində mikrodalğalar, sonra isə DMD məhlulu ilə ümumi elektroforez prosedurları verilmişdir, müalicə kompleks şəklində aparılmışdır, hər prosedurun davamı 10 dəqiqə təyin təyin olunmuşdur, müalicə kursu 10 gün davam etmişdir. Müalicənin effektliyini qiymətləndirmək üçün aşağıdakı göstəricilərin dinamikası nəzərə alınmışdır: A. Ağrı sindromu (ball): ağrı yoxdur – 1, zəif ağrı – 2, orta intensiv ağrı – 3, şiddətli ağrı – 4. B. Oynaqlarda hərəkət amplitudasının pozulması (dərəcə bucaq altında): referens (180-1500 )-1, cuzi pozulma (150-1000 )-2, orta dərəcədə pozulma (100-5000 ), çox pozul-ma (500 aşağı) – 4. Müalicənin səmərəliyinin qiymətləndirilməsi kliniki və laborator göstəricilərin əsasında 3-ballı sistemlə aparılmışdır: “yaxşılaşma” – 1 bal müsbət dinamikasının olmaması, “dəyişməz” – 2 bal, xəstənin vəziyyətinin “pis -ləşməsi” - 3 bal. Qruplarda aparılan müalicələr masaj və müalicə qimnastikası fonunda aparılmışdır. Əvvəlcə xəstələrin oynaqları nahiyəsinə impuls rejimində mikrodalğalar, sonra isə DMD məhlulu ilə ümumi elektroforez prose-durları verilmişdir. Müalicə kompleks şəklində aparılmışdır, hər prosedurun davamı 10 dəqiqə təyin olunmuşdur. Müalicə kursu 10 gün davam etmişdir. Bütün xəstələrdə ağrı sindromu, zədələnmiş oynaqların sayı, oynaqların hərəkət amplitudasının pozğunluğu, iltihabi reaktantlar, lipid spektri dinamikada tədqiq edilmişdir. Tədqiqatın nəticələri və onların müzakirəsi. Xəstələrin əsas şikayətləri mexaniki ritmli ağrılardan ağrının hərəkət zamanı və günün ikinci yarısında artmasından, əksinə sakit vaxtı azalmasından, aktiv və passiv hərəkət zamanı oynaqlarda (əsasən diz oynaqlarında) “şıqqıltı”nın olmasından, hərəkət məhdudluğundan olmuşdur. Xəstələrin əsas hissəsinin başlanğıc dövründə yaşı 48-dən yuxarı olmuşdur. Xəstəliyin əmələgəlmə səbəbini 29 xəstə - travma ilə, 37 xəstə - soyuqlama ilə əlaqələndirilmişdir, qalan 84 nəfər xəstənin səbəbini heç bir faktorla əlaqələndirə bilməmişlər. Patoloji prosesin lokalizasiyasına görə, qonartroz 82 xəstədə, koksartroz – 37 xəstədə aşkar edilmişdir. Xəstələrin təxminən yarısında poliosteoartroz qeydə alınmışdır. İkincili reaktiv sinovit – 41 xəstədə müəyyən edilmişdir. Qeyd etmək lazımdır ki, xəstələrin 18- 30% aşkar edilmiş yanaşı gedən xəstəliklər (piylənmə, aşağı ətrafların venoz qatmamazlığı) oynaqlarda degenerativ prosesin ağırlaşmasına səbəb olmuşdur. -də təqdim edilən kliniki göstəricilərin dinamikası göstərir ki, pozitiv dəyiş -mələr hər 3 qrup xəstələrdə müşahidə olunur. Belə ki, ağrı sindromunun və zədələnmiş oynaqların sayının azalması eləcə də oynaqlarda hərəkət amplitudasının artması daha çox I-ci qrup xəstələrdə müşahidə olunurdu (p˂0,05; p˂0,05). Nəticədə oynaqlarda hərəkətin həcmi I-ci qrupda 80%, ikinci qrupda 61% və IIIcü qrupda 55% xəstədə artmışdır. Reaktiv sinovit iltihabi müşahidə olan osteoartrozlu xəstələrin I-ci və II-ci qrup üzrə müalicənin sonunda bir istiqamətli pozitiv nəticələr əldə olunmuşdur. Belə ki, I-ci qrup 18 xəstənin 14-də və 13 xəstədən (II qrup) 7-də sinovit əlamətləri tam çəkilmişdir, o birilərində isə azalmışdır. Üçüncü qrupda isə həmin xəstələrin oynaqlarına mikrodalğalar təsiri nəticəsində 9 xəstədən 5-də iltihabi proses və ağrılar artmışdır, o birilərində isə vəziyyətin dəyişməməsi qeyd olunurdu. Qeyd etmək lazımdır ki, xəstələrdə qəbul edilən müalicə metodlarına qarşı oynaq sindromunun təzahürlərindən asılı olaraq cavab reaksiyaları müşahidə edilmişdir. 90 xəstədən (I qr.) 11-də , 27 xəstədən (II qr.) 3-də və 33 xəstədən (III qr.) 2 nəfərində müalicənin başlanğıcında ağrı sindromunun artması ilə müşayiət olunan balneoreaksiya müşahidə olunmuşdur. Müalicənin sonunadək 1-ci qrupda 9 xəstədə, II qrup 2 xəstədə balneoreaksiya aradan qalxmışdır. III qrup xəstələrdə isə davam etmişdir. Xəstələrin əksəriyyətində 4-5 prosedurlardan sonra ağrı sindromunun intensivliyi azalmış və oynaqlarda yüngüllük hissiyatı yaranmışdır. Birinci-ikinci prosedurdan sonra yuxarıda göstərilən əlamətlər bir neçə saat davam etmiş və tədricən artaraq müalicənin sonunda stabilləşmişdir. Nəticədə, DMD elek-troforezi ilə mikrodalğalarla kompleks şəkildə müalicə olunan 90 OA xəstənin 81-də “yaxşıl-aşma” 7% - xəstənin “vəziyyətin dəyişməz” olduğu və nəhayət 2% xəstənin səhhətinin “pisləşmə”si qeyd edilmişdir. Öyrənilən göstəricilərin müsbət dinamıkası II-ci və III-cü qrup xəstələrdə də aşkar edilmişdir, fəqət müvafiq dinamik göstəricilər statistik dürüstlük çərçivəsindən kənar olmuşdur (p>0,05). II qrupda 27 xəs-tədən 19-da “yaxşılaşma”, 4 xəstədə “səhhətin dəyişməməsi və 2 xəstənin vəziyyətinin “pisləşmə”si ilə müşahidə olunur-du. Zədələnmiş oynaqlar nahiyyəsinə lokal olaraq mikrodalğalarla müalicə aparılan 33 xəstədən 21-də “yaxşılaşma”, 9-da səhhətin “dəyişməməsi” və 5 xəstədə “pisləşmə” ilə nəticələnmişdir.
Beləliklə, apardığımız klinik tədqiqatlar nəticəsində aşkar olunur ki, DMD-nin ümumi elektroforezi ilə mikrodalğaların kompleks şəkildə tətbiqi daha yüksək müalicəvi effektə malikdir (). 150 xəstə üzərində aparılan müalicədən əvvəl laborator müayinələr zamanı aşkar olundu ki, xəstələrin bir hissəsində göstəricilər normadan kənardı. Leykositlərin ümumi sayının orta hesabla 8,8±0,2.109/l-ə qədər artması ilə cuzi leykositoz müşahidə edilmişdir. Leykositar formula əhəmiyyətli dərəcədə dəyişməyib. 66 xəstədə EÇS 33,9±0,53 mm/saat qədər, 32 xəstədə isə fibrinogenin 5,62±0,07 q/l qədər artımı aşkarlanmışdır, eyni zamanda 59 xəstədə yüksək CRZ 12,7±0,261 q/l qədər təşkil etmişdir. Xəstələrin 25%-də iltihabi prosesin kəskin fazasında CRZ səviyyəsinin artması EÇS-in sürətlənməsi ilə müşahidə olunurdu. Bu oynaqlarda iltihabi bir prosesin mövcudluğunu, birləşdirici toxumada destruktiv dəyişiklikləri və periartikulyar toxumaların zədələnməsini, eləcə də artmış trombogen riskini göstərir. Yuxarıda göstərilənlərlə yanaşı lipid mübadiləsinin vəziyyəti də öyrənilmişdir (cədvəl ). 74 (72%) xəstədə lipoproteinlərin yüksək səviyəsi aşkar edilmişdir: ümumi xolesterin 7,63±0,02 mmol/l-ə qədər və LDL 6,20±0,021 mmol/l-ə qədər artmışdır. LDL-in yüksək artımı qığırdaq toxumalarının aterosklerotik dəyişikliklərinə səbəb olur. Yüksək sıxlıqlı lipoproteinlərin (HDL) miqdarı normadan aşa-ğı, trigliseridlərin miqdarı isə normativ dəyərlər daxilində olmuşdur. 8 xəstədə göstəricilərdə istisna vəziyyət müşahidə olunub. Bu xəstələrin qanında trigliseridlərin səviyyəsi normadan yüksək 2,6±0,5 mmol/l-ə qədər olmuşdur. Ümummilikdə lipid spektrinin göstəricilərinin təqdim olunan nəticələri, xroniki iltihabın dislipidemiyanın inkişafına töhfəsi konsepsiyasını təsdiqləyir. Ümumi xolesterinin 5,60±0,4-dən 2,3±0,02 mmol/l-ə (p
Autoimmun xəstəliklərdən fərqli olaraq OA-da immun sisteminin effektor reaksiyaları humoral xarakter daşıyır. İmmunoqlobulinlərin dəyişməsi 5 nömrəli cədvəldə öz əksini tapmışdır. OA-lu xəstələrdə əsasən İgG (22,60±0,4 q/l); və İgM (3,4±0,52 q/l, p˂0,01) miqdarında artım müşahidə edilmişdir. İgE-də cuzi artım (75,3±14,1, p>0,05) müşahidə edilir. Reaktiv sinovitli xəstələrdə isə qanda bütün immunoglobulin populyasiyalarının səviyyəsində artım qeyd olunur. 9%-də (1,27± 0,17 q/l) azalma tendensiyası müşahidə edilmişdir. İg A səbviyyəsində isə azalma müşahidə edildi (1,61±0,3, p˂0,05). 46,2% hallarda İgG 14,9% İgM və 8% İgE səviyyələrində artım, İgA37,3% azalma müşahidə olunub. Müalicədən əvvəl və sonra laborator müayinələrin öyrənilməsinin nəticələri cədvəl 2-5-də verilmişdir. 90 nəfərdən ibarət I qrup xəstələrin kompleks müalicəsi təsiri nəticəsində EÇS normallaşmışdır 20,4±0,4-dən 6,30±0,4 mm/saata (p
Qələvi fosfatazanın azalması ilə paralel olaraq (228±10,2 nmol/l-ə kimi), elektrolit səviyyəsində də artım olmuşdur (). Maqnezium səviyyəsi 0,7±0,08 mmol/lə qədər əhəmiyyətsiz artmışdır, kalsiumun isə səviyyəsi 2,2±0,8 mmol/l-ə qədər əhəmiyyətli dərəcədə qalxmışdır. İonizə olmuş kalsiumum səviyyəsi orta hesabla 0,92±0,4 mmol/l qədər qanda yuksəlmişdir (p0,05). Qələvi fosfataza 232±12,3-dən 226±11,2 nmol/l-ə (p0,05). I qrupla müqayisədə III qrup pasiyentlərdə mikrodalğalı terapiya təsirinə iltihab göstəriciləri tərəfindən elə də önəmli dəyşirik aşkarlanmamışdır. Xəstələrin lipid mübadiləsinin göstəricilərinin dinamikası cədvəl 3-də təqdim edilmişdir. Qeyd etmək lazımdır ki, mikrodalğalarının təsiri altında triqliseridlərdən başqa bütün lipoproteidlər aşağıdakı dəyişikliklərlə muşahidə olunmuşdur. Ümumi xolesterin 5,7±0,05-dən 5,4±0,07 mmol/l-ə (p>0,05), aşağı sıxlıqlı lipoproteinlər - 2,8±0,03-dən 2,6±0,5mmol/l-ə (p>0,05) qədər əhəmiyyətsiz dərəcədə azalmışdırlar. Yüksək sıxlıqlı lipoproteinlər isə 1,7±0,3-dən 2,5±0,5-mmol/l-ə qədər artmışdır. Mikrodalğalar təsri altında 76% xəstələrin qanında elektrolitlərin səviyyəsinin az miqdarda artması müşahidə edilmişdir (cədvəl ). III qrup xəstələrdə maqneziumun səviyyəsinin 0,65±0,065-ə və müvafiq olaraq 0,7± 0,08 mmol/l-ə, kalsiumun 2,1±0,1-ə və müvafiq olaraq 2,2±0,8 mmol/l-ə və ionizə olunmuş kalsiumun 0,9±0,4 müvafiq olaraq 0,8± 0,007mmol/l qədər azalması ilə özünü göstərmişdir (p
Belə ki, EÇS 20,7±0,5 mm/saat-dan 15,4±0,7 mm/saat-a (p0,05), aşağı sıxlıqlı lipoproteinlər - 2,8±0,03-dən 2,6±0,5mmol/l-ə (p>0,05) qədər əhəmiyyətsiz dərəcədə azalmışdır. Yüksək sıxlıqlı lipoproteidlər isə 1,7± 0,3-dən 2,5±0,5-mmol/l-ə qədər artmışdır. Beləliklə, əldə etdiyimiz tədqiqatın müqayisəli nəticələri kompleks müalicənin xeyrinə, klinik və laboratoriya parametrlərində dəyişikliklərin daha aydın müsbət dinamikasını göstərdi. Bu məlumatlar həm tək, həm də mikrodalğalı terapiya ilə birlikdə istifadə edildikdə DMD-nin elektroforezinin müsbət təsir mexanizmini müəyyən etməyə imkan verir. Kompleksli terapevtik təsiri nəticəsində lipid mübadiləsində yaranan disbalansların kompensasiyası, iltihabı və destruktiv proseslərin reqressiyasına görə osteoartrozun patogenez mexanizmlərini stabilləşdirmişdir. Yekun. Osteoartrozlu xəstələrin müalicəsində Mərgümüşlü Darıdağ duzunun məhlulunun ümumi elektroforezinin mikrodalğalarla müştərək tətbiqi xəstəliyin kliniki təzahürlərinin aşağı salınmasını təşkil etmişdir. Mərgümüşlü Darıdağ duzunun məhlulu ilə ayrılıqda aparılan ümumi elektroforez osteoartrozlu xəstələrin 76%-də yaxşılaşma ilə nəticələnmişdir. Müəyyən edilmişdir ki, ayrılıqda və kompleks şəkildə aparılmış müalicə üsulları osteoartrozlu xəstələrdə iltihab əleyhinə immunokorreksiyaedici effekt göstərərək qanın hemostaz xüsusiyyətlərini, lipid mübadiləsini, elektrolitlərin tarazlığını normallaşdırır və bununla oynaqlarda restruktiv amillərin zəifləməsini təşkil edir.
Figures
Keywords
References
1. Аврунина А.С., Неверов В.А., Борковский А.Ю., В.Н.Хрулев К вопросу о минимальном базовом стандартном комплексе предоперационного лабораторного исследования крови у пациентов с плановым первичным и ревизионным эндопротезированием тазобедренного сустава// Гений ортопедии – 2005.№4, – с.135-142.
2. Балабанова Р.М. Новый подход к лечению остеоартроза как хронического воспалительного заболевания // Современная ревматология, – 2013. №2, – с. 95-98
3. Галушко Е.А., Насонов Е.Л. Распространенность ревматических заболеваний в России // Альманах клинической медицины. – 2018. №1, – с. 32 39
4. Меньшикова И.В. Современные подходы к диагностике и лечению остеоартроза коленного сустава: / автореферат диссертации дра мед.наук / – Москва, 2010. – 52 с.
5. Набиева Л.Б. Бальнеотерапевтическое значение мышьяковистых ванн, приготовленных на основе натуральных солей Дарыдагских источников // Мат-лы научн.практич.конф. «Актуальные вопросы диагностики и лечения системных заболеваний соединительной ткани». – Москва, – 1996, – с.18.
6. Набиева Л.Б. Электрофорез Дарыдагской мышьяковистой соли как обезболивающий фактор при гонартрозах // Тезисы Российской научн.практич.конф. «Патологическая боль». – Новосибирск, – 1999, – с.229-230.
7. Набиева Л.Б., Керимова С.С. Применение электрофореза Дарыдагской мышьяковистой соли при лечении больных анкилозирующим спондилоартритом. Методические рекомендации. – Баку, – 2002. – 48 с.
8. Корж Н.А., Филиппенко В.А., Дедух Н.В. Остеоартроз – подходы к лечению // Вісн. ортопед, травматол. та протез. – 2004. №3, – с.75-79.
9. Alekseeva L.I., Taskina E.A., Kashevarova N.G. Osteortrithis: epidemiology, claasification, risk factors and progression, clinical presentation, diagnosis and treatment. Modern Rhevmatolo
10.Katz J.N. Diagnosis and treatment of hip and knee osteoarthritis: A.Review / J.N.Katz, K.R.Arent, R.F.Loeser // JAMA, – 2021. 325, – р. 568-578
11.Насонова В.А. Рациональная фармакотерапия ревматических заболеваний: Руководство для практикующих врачей / В.А.Насонова, Е.Л.Насонов, Р.Т.Алекперов [и др.] – Москва: Литература, – 2010. – с. 448 с.
12.Ревматология. Клинические рекомендации. Москва, – 2005, – 103 с.
13.Бурмакова Г.М., Нацвлишвили З.Г. Применение препарата Реписан при лечении больных остеоартрозом коленных суставов // Вестник травматологии и ортопедии им.Н.Н.Приорова. – 2005, № 3. – с. 52-53.
14.Харт D.J., Spector T.D. Классификация и оценка остеоартрита // Bauliene
Article Info:
Publication history
Published: 15.Jan.2025
Copyright
© 2022-2025. Azerbaijan Medical University. E-Journal is published by "Uptodate in Medicine" health sciences publishing. All rights reserved.Related Articles
Viewed: 20


