Abstrakt

Məqalə müasir anatomiyanın banisi sayılan Andreas Vezalinin (1514-1564) həyatına və elmi fəaliyyətinə həsr olunmuşdur. Andreas Vezali (Vezalius) təbabətlə birbaşa əlaqəsi olan br ailədə dünyaya gəlmişdir. Onun sələfləri uzun müddət saray həkimləri və əczaçıları olmuşlar. Vezali tibb təhsilini Parisdə almağa başlamış, lakin müharibə səbəbindən təhsilini Paduya universitetində yekunlaşdırmışdır. Paduya universitetində o, anatomiya professoru kimi fəaliyyət göstərməyə başlamışdır.

Əsas mətn

Tədqiqatlarının əsasını meyit preparatlarının təşrihi əsasında quran Vezali dəqiq və detallı nəticələr almış, həmin nəticələri 1543-cü ildə Bazeldə nəşr etdirdiyi olan "De humani corporis fabrica" kitabında əks etdirmişdir. Bu kitab bir daha 1555-ci ildə, yenə də Bazeldə nəşr olunmuşdur. Bununla yanaşı, Vezali kitabın ixtisar olunmuş variantı olan “Epitome” əsərini də tərtib etmiş və bu kitabı tələbələrinin ixtiyarına vermişdir. Ümumiyyətlə, öz fəaliyyəti zamanı Vezali Qalenin 200-ə qədər anatomik səhvini aşkar edərək, təbabətin, anatomiya və cərrahiyyənin inkişafına mühüm təkan vermişdir. Qalen ideyalarına sadiq qalan professorlar Vezalinin əsərlərini açıq və gizli surətdə tənqid etmiş, onu təqiblərə məruz qoymuşlar. Vezali müasir anatomiyaya həsr olunmuş ilk kitabın müəllifi hesab edilir. Kitab nəşr edildikdən sonra Vezali təkcə anatom kimi deyil, eləcə də cərrah kimi böyük şöhrət qazanmış, əvvəlcə Müqəddəs Roma imperiyasının imperatoru V Karlın, sonra isə İspan kralı II Filippin saray həkimi kimi fəaliyyət göstərimişdir. II Filippin sarayı Madridə köçdükdən sonra Vezali daha çox təqiblərə məruz qalmış, inkvizisiya məhkəməsinə verilmişdir. Həyatını çox erkən itirmiş Vezalinin ölüm günü beynəlxalq səviyyədə Anatom günü kimi qeyd edilir. 

Şəkillər

Açar sözlər

İstinadlar

Məqalə barədə təfərrüatlar:

Nəşr tarixçəsi

Dərc edilib: 12.Mar.2020

Müəllif hüququ

© 2022-2026. Nəzəri, Klinik və Eksperimental Morfologiya Jurnalı. Jurnalın elektron versiyası "Uptodate in Medicine" tibb nəşriyyatı tərəfindən dərc olunur. Bütün hüquqlar qorunur.

Əlaqəli məqalələr

AZƏRBAYCANIN ƏHALİSİNİN DEMOQRAFİK XARAKTERİSTİKALARININ DİNAMİKASININ VƏ DƏYİŞMƏ FAKTORLARININ QİYMƏTLƏNDİRİLMƏSİ

Baxılıb: 28