Abstract

Tədqiqatın məqsədi kranioloji material üzərində Çivinini dəliyinin öyrənilməsi olmuşdur. 75 kəllə tədqiq olunmuş, Çivinini dəliyi eramızın I-VII əsrlərinə aid katakomb məzarlığından tapılmış 1 (1,3%) süni deformasiya olunmuş qadın kəlləsində müəyyən edilmişdir.

Full article

Tədqiqatın məqsədi kranioloji material üzərində Çivinini dəliyinin öyrənilməsi olmuşdur. 75 kəllə tədqiq olunmuş, Çivinini dəliyi eramızın I-VII əsrlərinə aid katakomb məzarlığından tapılmış 1 (1,3%) süni deformasiya olunmuş qadın kəlləsində müəyyən edilmişdir. Tədqiqatda kranioskopik və kraniometrik metodlardan istifadə olunmuşdur. Kəllənin süni deformasiyası Georg K. Neumann (1942) təsnifatından istifadə ilə müəyyənləşdirilmiş və paralel-alın-ənsə deformasiyasının yəhərəbənzər basıqlıq yarımtipinə aid edilmişdir.Kəllə metopik olmuş, metopik tikişin uzunluğu 111,11 mm təşkil etmişdir. Tikişin
5,26 mm başlanğıc seqmenti zəif ifadə olunmuş dişciklərə malik olmuşdur. Çivinini dəliyi tam və bilateral olmuşdur. Sol Çivinini dəliyinin uzunluğu 3,77 mm, eni 3,48 mm təşkil etmiş, sol tərəfdə tin dəliyi olmamışdır. Bazal normada qanadabənzər-tin atması oval dəliyi iki hissəyə bölmüş kimi görünmüşdür. Sağ Çivinini dəliyinin uzunluğu 4,14 mm, eni 6,19 mm olmuşdur. Başqa sözlə, sağ dəliyin ölçüləri sol dəliyin ölçülərindən artıq olmuşdur. Sol tərəfdə olduğu kimi, bazal normada sağ tərəfdə də qanadabənzər-tin atması oval dəliyi iki hissəyə bölür. 

Figures

Keywords

References

Article Info:

Publication history

Published: 08.Nov.2021

Copyright

© 2022-2025. Azerbaijan Medical University. E-Journal is published by "Uptodate in Medicine" health sciences publishing. All rights reserved.

Related Articles

Journal of Theoretical, Clinical and Experimental Morphology of Azerbaijan Society of Anatomists, Embryologists and Histologists.

Viewed: 50