Abstract

The aim of the study was to investigate the sagittal size of the masseter muscle using ultrasonography and to determine the correlation of this parameter with masticatory and mimetic muscles. The study was conducted on the sagittal size of the masseter muscle in 65 men and 48 women. Ultrasonography was employed for the measurements. The mean (M), median (Me), and the 25th and 75th percentiles (Percentile 25, Percentile 75) of the measured parameters were calculated. Analysis of the sagittal dimension of the masseter muscle across different age periods showed that the mean (M) was as follows: in the first adult period — 7.98 mm (median Me – 7.80 mm, Q1, Percentile 25 – 7.6 mm, Q3, Percentile 75 – 8.35 mm); in the second adult period — 7.92 mm (Me – 7.55 mm, Q1, Percentile 25 – 7.05 mm, Q3, Percentile 75 – 8.35 mm); and in the elderly period — 9.32 mm (Me – 9.10 mm, Q1, Percentile 25 – 8.5 mm, Q3, Percentile 75 – 10 mm). In the elderly, the sagittal dimension of the masseter muscle was statistically significantly higher compared with the first adult (Pt=0.009) and second adult (Pt=0.001) periods. The application of the F-Fisher and H-Kruskal-Wallis tests confirmed the statistical significance of the differences between age periods (PF=0.002, PH=0.008). Comparison of the studied parameter across age periods in men revealed a statistically significant difference using the F-Fisher test (PF=0.002); however, this was not confirmed by the H-Kruskal-Wallis test (PH=0.350). In women, comparison of the sagittal dimension of the masseter muscle across age periods demonstrated statistically significant differences (PF=0.008, PU=0.022). The sagittal size of the masseter muscle showed a statistically significant positive correlation with the horizontal size of the orbicularis oris muscle (ρ=0.447, P<0.001) and the sagittal size of the minor zygomatic muscle (ρ=0.260, P=0.005), and a negative correlation with the subcutaneous distance of the frontalis muscle (ρ=-0.227, P=0.015). With age, the sagittal size of the masseter muscle increases. This change is not associated with hypertrophy of muscle fibers but rather with muscle atrophy and a decrease in its dorso-ventral thickness, resulting in a remodeling of muscle shape. Thus, the findings indicate that with aging, it is not the volume or mass that increases, but the configuration of the muscle changes.

Full article

Tədqiqatın məqsədi. Çeynəmə əzələsinin sagittal ölçüsünün ultrasəs tədqiqi vasitəsilə öyrənilməsi, tədqiq olunan parametrin çeynəmə və mimiki əzələlərlə korrelyasiyasının müəyyənləşdirilməsi olmuşdur.

Tədqiqat materialı və metodları.
Çeynəmə əzələsinin ultrasəs müayinəsi Çin istehsalı olan, 2022-ci il buraxılışlı Mindray ultrasəs aparatı vasitəsilə aparılmışdır. Tədqiqat üçün səthi yerləşən yumşaq toxumaların yüksək dəqiqliklə təsvir olunmasına imkan verən xətti yüksək tezlikli L14-3WS tipli datçik istifadə edilmişdir. Bu tip datçik çeynəmə əzələsi kimi səthi əzələ strukturlarının aydın və detallı vizualizasiyasını təmin etdiyinə görə müayinə üçün optimal hesab olunur.

Skan edilmə istehsalçı tərəfindən səthi əzələ strukturlarının qiymətləndirilməsi üçün tövsiyə olunan rejimlərdən istifadə edilməklə standartlaşdırılmış şəraitdə həyata keçirilmişdir. Ölçmələrin təkrarlanma qabiliyyətini təmin etmək məqsədilə datçikin yerləşmə mövqeyi və görüntüləmə parametrləri bütün tədqiqat boyunca dəyişməz saxlanılmışdır. Artefaktların minimuma endirilməsi üçün müayinə çənənin rahat vəziyyətdə olduğu halda aparılmış, görüntülər isə çeynəmə əzələsinin və ətraf toxumaların sərhədlərinin ən aydın müşahidə olunduğu anda sabitləşdirilmişdir.

Tədqiqatda Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında müalicə almış xəstələrin ultrasəs müayinəsi materiallarından istifadə edilmişdir. Üz nahiyəsinin dərin çapıqları və iltihabi xəstəlikləri olan pasiyentlərin ultrasəs müayinəsinin nəticələri tədqiqata daxil edilməmişdir. Tədqiqat 1964-cü il Helsinki Bəyannaməsinin etik prinsiplərinə uyğun olaraq, Azərbaycan Tibb Universiteti Etika Komissiyası tərəfindən (№31; tarix: 07.06.2024) təsdiqlənmişdir.

Yaş dövrləri üzrə bölünmə belə aparılmışdır: I yetkinlik dövrü (22-35 yaş (kişilər), 21-35 yaş (qadınlar)) – 24 insanda, II yetkinlik dövrü (36-60 yaş (kişilər), 36-55 yaş (qadınlar)) – 76 insanda, ahıl dövrü (61-74 yaş (kişilər), 56-74 yaş (qadınlar)) – 13 insanda. Ümumiyyətlə, tədqiqat 65 kişinin və 48 qadının çeynəmə əzələsinin sagittal ölçüsü üzərində aparılmışdır.

Alınmış nəticələrin əsasında hər yaş dövrü üçün orta hesabi göstərici (Mean-M), orta struktur göstəricisi (Median-Me) və kvartillər (Q1-Percentile 25 və Q3-Percentile 75) hesablanmışdır. Statistik analiz “IBM Statistics SPSS-26” proqramı istifadəsi ilə aparılmış, parametr göstəriciləri arasındakı fərqlərin statistik etibarlılığı asılı olmayan iki və daha çox qrupun kəmiyyət göstəricilərinin müqayisə meyarlarından Student-Bonferroni t-meyarı, F-Fişer meyarı, qeyri-parametrik U-Manna-Uitni meyarı və qeyri-parametrik H-Kruskal-Uollis meyarının tətbiqi ilə yerinə yetirilmişdir. Tədqiqatda həmçinin qeyri-parametrik ρ-Spearman ranq korrelyasiya analizi üsulundan istifadə edilmişdir. Statistik dürüstlüyün sərhədi P=0,050 kimi qəbul edilmişdir.

Çeynəmə əzələsinin sagittal ölçüsünün çeynəmə əzələsinin dərialtı məsafəsi, ağızın dairəvi əzələsinin horizontal ölçüsü, gicgah əzələsinin sagittal ölçüsü, kiçik almacıq əzələsinin sagittal ölçüsü, alın əzələsi qalınlığı və alın əzələsi dərialtı məsafəsi ilə korrelyasiyası aparılmışdır.

Tədqiqatın nəticələri.
Çeynəmə əzələsinin sagittal ölçüsünün yaş dövrləri üzrə təhlili nəticəsində müəyyən olunmuşdur ki, orta hesabi göstərici, M, I yetkinlik dövründə 7,98 mm (orta struktur göstəricisi, Me – 7,80 mm, Q1, Percentile 25 – 7,6 mm, Q3, Percentile 75 – 8,35 mm), II yetkinlik dövründə 7,92 mm (Me – 7,55 mm, Q1, Percentile 25 – 7,05 mm Q3, Percentile 75 – 8,35 mm), ahıl dövründə 9,32 mm (Me – 9,10 mm, Q1, Percentile 25 – 8,5 mm, Q3, Percentile 75 – 10 mm) təşkil etmişdir.

Ahıl dövründə çeynəmə əzələsinin sagittal ölçüsü I yetkinlik (Pt=0,009) və II yetkinlik (Pt=0,001) dövrləri ilə müqayisədə statistik etibarlı artıq olmuşdur. F-Fişer və H-Kruskal-Uollis meyarlarının tətbiqi yaş dövrləri arasındakı fərqin statistik dürüstlüyünü təsdiq etmişdir (PF=0,002, PH=0,008).

Tədqiq olunan parametrin cinsi aspektdə öyrənilməsi göstərmişdir ki, kişilərdə çeynəmə əzələsinin sagittal ölçüsünün orta hesabi göstəricisi 7,98 mm (Me – 7,70 mm, Q1, Percentile 25 – 7,4 mm Q3, Percentile 75 – 8,1 mm), qadınlarda 8,26 mm (Me – 8,00 mm, Q1, Percentile 25 – 6,85 mm Q3, Percentile 75 – 9,35 mm) təşkil etmiş, alınmış nəticələr arasındakı fərq statistik etibarlı olmamışdır (PF=0,271, PU=0,640).

Cinsi aspektdə çeynəmə əzələsinin sagittal ölçüsünün yaş dövrləri üzrə təhlili I yetkinlik dövründə orta hesabi göstəricinin kişilərdə 7,89 mm (Me – 7,70 mm, Q1, Percentile 25 – 7,6 mm Q3, Percentile 75 – 8,0 mm), qadınlarda 8,21 mm (Me – 8,10 mm, Q1, Percentile 25 – 7,1 mm Q3, Percentile 75 – 9,3 mm) olduğunu müəyyənləşdirmişdir (PF=0,475, PU=0,264). II yetkinlik dövründə orta hesabi göstərici kişilərdə 7,96 mm (Me – 7,5 mm, Q1, Percentile 25 – 7,3 mm Q3, Percentile 75 – 8,1 mm), qadınlarda 7,88 mm (Me – 7,60 mm, Q1, Percentile 25 – 6,8 mm Q3, Percentile 75 – 9,0 mm) olmuşdur (PF=0,804, PU=0,459). Ahıl yaş dövründə orta hesabi göstərici kişilərdə 8,46 mm (Me – 8,80 mm, Q1, Percentile 25 – 7,7 mm Q3, Percentile 75 – 8,9 mm), qadınlarda 9,85 mm (Me – 10,0 mm, Q1, Percentile 25 – 8,8 mm Q3, Percentile 75 – 10,8 mm) təşkil etmişdir (PF=0,155, PU=0,105).

Kişilərdə yaş dövrləri arasında tədqiq olunan parametrin müqayisəsi F-Fişer meyarının tətbiqi ilə statistik etibarlı fərqi aşkarlasa da (PF=0,002), H-Kruskal-Uollis meyarı bunu təsdiq etməmişdir (PH=0,350). Qadınlarda çeynəmə əzələsinin sagittal ölçüsünün yaş dövrləri üzrə müqayisəsi statistik dürüst fərqi aşkarlamışdır (PF=0,008, PU=0,022).

Çeynəmə əzələsinin sagittal ölçüsü ağızın dairəvi əzələsinin horizontal ölçüsü (ρ=0,447, P<0,001) və kiçik almacıq əzələsinin sagittal ölçüsü (ρ=0,260, P=0,005) ilə statistik etibarlı düz, alın əzələsinin dərialtı məsafəsi ilə (ρ=-0,227, P=0,015) əks korrelyasiya göstərmişdir.

Müzakirə.
Wu WT. və həmmüəlliflərinin qənaətinə görə, ultrasəs tədqiqatı üz əzələlərinin qalınlığının, həmçinin onların exostrukturunun aşkar edilməsi üçün olduqca məqsədəuyğundur. Reis Durão AP. və həmmüəllifləri çeynəmə əzələsinin ultrasəs tədqiqatına həsr etdikləri sistematik icmalda qeyd etmişlər ki, nəzərdən keçirdikləri heç bir məqalə yüksək dəlilli səviyyəsi və dəlillərin sintezi təsnifatına cavab verə bilən bütün kriteriyalara malik olmamışdır. Bu, daha çoxsaylı nümunələri ehtiva edən yeni tədqiqatların aparılmasının vacib olduğuna işarədir, eləcə də ultrasəs tədqiqatının, əgər ehtiyac yaranarsa, kompyuter və maqnit-rezonans tomoqrafiyasının tətbiqi ilə çeynəmə əzələsi qalınlığının müəyyən edilməsində metodların standartizasiyasını tələb edir.

Həmçinin xüsusi vurğulanmışdır ki, gələcək işlərdə çeynəmə əzələsinin təkcə qalınlığını deyil, onun ölçüləri və sahəsinin bir-birinə münasibətini tədqiq etmək, yaş və cinsi faktorları nəzərə almaq lazımdır.

Qeyd edilməlidir ki, tədqiqatımız yaş və cinsi faktorları nəzərə almaqla aparılmış, eləcə də üzün bir sıra yumşaq toxuma parametrləri – çeynəmə əzələsinin dərialtı məsafəsi, ağızın dairəvi əzələsinin horizontal ölçüsü, gicgah əzələsinin sagittal ölçüsü, kiçik almacıq əzələsinin sagittal ölçüsü, alın əzələsi qalınlığı və alın əzələsi dərialtı məsafəsi ilə tədqiq etdiyimiz parametrin korrelyasiyası tədqiq edilmişdir.

Rani S. və Ravi MS. çeynəmə əzələsi qalınlığının bir sıra çənə parametrləri ilə korrelyasiyasını aparmışlar; lakin üzün yumşaq toxuma parametrləri ilə korrelyasiyasına toxunulmamışdır.

Apardığımız ultrasəs tədqiqatı nəticəsində müəyyən edilmişdir ki, üz əzələlərində, o cümlədən çeynəmə əzələsində yaşla əlaqədar morfoloji dəyişikliklər baş verir. Belə ki, tədqiq etdiyimiz sagittal ölçü yaşa dolduqca artır – ahıl dövründə çeynəmə əzələsinin sagittal ölçüsü I yetkinlik (Pt=0,009) və II yetkinlik (Pt=0,001) dövrləri ilə müqayisədə statistik etibarlı yüksək olmuşdur. F-Fişer və H-Kruskal-Uollis meyarlarının tətbiqi ilə yaş dövrləri arasındakı fərqin statistik dürüstlüyü bir daha təsdiq edilmişdir (PF=0,002, PH=0,008).

Həmçinin qadınlarda çeynəmə əzələsinin sagittal ölçüsünün yaş dövrləri üzrə müqayisəsi statistik dürüst fərqi müəyyənləşdirmişdir (PF=0,008, PU=0,022). Sagittal ölçünün artması əzələ liflərinin hipertrofiyası kimi deyil, onların atrofiyasının göstəricisi kimi qəbul edilməlidir.

Yaşa dolduqca əzələnin dorso-ventral ölçüsünün, başqa sözlə, qalınlığının azalması, onun sagittal ölçüsünün artması, yastılaşması ilə müşayiət olunur. Bu zaman əzələ formasını dəyişməsi, onun konfiqurasiyasının daha yastı şəkil alması baş verir.

Yekun.
Yaşla əlaqədar çeynəmə əzələsinin sagittal ölçüsü artır. Bu əzələ liflərinin hipertrofiyası ilə deyil, əzələnin atrofiyası və onun dorso-ventral qalınlığının azalması ilə əlaqədardır, nəticədə əzələnin forması yenidən qurulmaya məruz qalır. Beləliklə, müəyyən edilmiş nəticələr yaşa dolduqca həcm və ya kütlənin artımını deyil, əzələ konfiqurasiyasının dəyişdiyini göstərir.

Figures

Keywords

References

1. Uchida Y. Relationship between masseter muscle size and maxillary morphology / Y.Uchida, M.Motoyoshi, T.Shigeeda [et al.] // Eur J Orthod. – 2011 Dec;33(6): – p. 654-659. doi: 10.1093/ejo/cjq 152.

2. Rani S., Ravi M.S. Masseter muscle thickness in different skeletal morphology: an ultrasonographic study // Indian J Dent Res. – 2010, Jul-Sep;21(3). – p. 402-407. doi: 10.4103/0970-9290.70812.

3. Wu W.T. Ultrasound Imaging of the Facial Muscles and Relevance with Botulinum Toxin Injections: A Pictorial Essay and Narrative Review.Chang / W.T.Wu, K.V.Chang, H.C. [et al.] //Toxins (Basel). – 2022, Jan 27;14(2): – p. 101. doi: 10.3390/toxins 14020 101.

4. Reis Durão A.P. Masseter muscle measurement performed by ultrasound: a systematic review / A.P.Reis Durão, A.Morosolli, J.Brown [et al.] // Dentomaxillofac Radiol. – 2017, Aug;46(6): – p. 20170052. doi: 10.1259/dmfr.20170052.

5. Busato A. Ultrasound and analysis of the deformation patterns of the masseter muscle: comparing surgical anatomy, ultrasound and functional anatomy / A.Busato, G.Balconi, V.Vismara [et al.] // Oral Implantol (Rome). – 2017, Feb 14; 9 (Suppl 1/2016 to N4/2016): – p. 28-37. doi: 10.11138/orl/2016.9.1S.028

6. Текучева С.В. Ультразвуковая анатомия жевательных мышц (Экспериментально-клиническое исследование) / С.В.Текучева, Ф.Ф.Лосев, А.Г.Надточий [и др.] // Стоматология. – 2023; №62. – p 44–50.

7. Arıkan B., Dedeoğlu N., Keskinrüzgar A. Ultrasonographic evaluation of the masseter muscle in patients with temporomandibular joint degeneration // Imaging Science in Dentistry. – 2023; 53(4). – p. 355–363. doi: 10.5624/isd.20230134.

8. Uzun S. Quantitative analysis of masseter muscle by ultrasonography according to different occlusion types using Eichner classification in Turkish subpopulation / S.Uzun, Z. I. O.Barut,  B.Eren [et al.] // BMC Oral Health. – 2025; 25. – p, 613. doi: 1186/s12903-025-05990-8.

9. Kose MN, Cimen T. Evaluation of masseter muscle thickness of mouth breathing patients using ultrasonography // BMC Oral Health. – 2025 Oct 27;25(1). – p. 1673. doi: 10.1186/s12903-025-07143.

10. Qafarov İ.A. Biostatistika. – Bakı: Təbib. 2021, 238 s.

Article Info:

Publication history

Published: 24.Dec.2025

Copyright

© 2018-2025. Official publication of Azerbaijan Society of Anatomists, Embryologists and Histologists. Published by "Uptodate in Medicine" health sciences publishing. All rights reserved.

Related Articles

EVALUATION OF THE TREATMENT OF PATIENTS INJURED AS A RESULT OF TRAFFIC ACCIDENTS THROUGH FORENSIC MEDICAL EXPERTISE

Viewed: 161